Facebook Twitter WhatsApp

Şöhrət fəlakətdir

* Şöhrət fəlakətdir. Şöhrət iki cürdür:
Birincisi, bir kimsə şöhrətli olmağı arzu edir, o fəlakətdir.
İkincisi, o şöhrətə qovuşmağı istəmir, amma Allahü təala onu məşhur edir və qoruyur.

* Elm yalnız cəhaləti apara bilər, axmaqlığı deyil. Axmaq kimə deyilir? Axmaq, səhv edən deyil, səhvində israr edəndir.

* Əgər gəmi sahilə çıxsa, yalnız kapitanını deyil, içində kim varsa, hamısını sahilə çıxarar. Ona görə sağlam gəmiyə minmək lazımdır.

* Bir gün gələcək İslamiyyəti dəyişdirib pozacaqlar. Yeni bir din ortaya çıxaracaqlar. Adına da İslamiyyət deyəcəklər.

* Əhli-dünyanın ən yaxşı dostu sağlamlıq, ən böyük düşməni xəstəlik, ən yaxşı sevgisi uşaq, ən böyük acısı aclıqdır. Əhli-axirətin ən yaxşı dostu Allahü təala, ən böyük düşməni nəfs, ən çox sevdiyi mürşidi, ən böyük acısı ayrılıqdır.

* Mömin istişarədə mənfəət güdməz. O soruşan, Allah rızası üçün soruşar, siz də Allah rızası üçün cavab versəniz, zahirdə yanlış belə olsa, Allahü təala onu xeyrə təbdil edər, doğru çıxarar.

* Ağıl nəyə deyilir? Ağıl, öldükdən sonra, yəni axirətdə işə yarayanları etdirən varlıqdır. İşə yaramayacaq olanlar ağıl ilə deyil, zəka ilə olunur.

* Qəzəblənmək iki cür olur. Birincisi nəfsdəndir, çox pisdir. İkincisi qeyrəti-ilahidəndir, bu çox dəyərlidir və çox şirindir. Çünki Allah rızası üçün qəzəblənir, nəfsindən ötrü deyil.

* Şeytan, möminin qəlbinə girə bilməz, yalnız pəncərədən vəsvəsə verir. Mömin, qəlbindən ruh aləminə pəncərə açılmış bir kimsədir. İnanmaq və bəhrələnmək üçün feyz pəncərəsi açılır. Kafirin ruh aləminə açılan pəncərəsi bağlıdır.

* Axirətdə faydası olan şeyə müvəffəqiyyət deyilir. Bunun da tək əngəli insanın öz nəfsidir. Kafirlər də müvəffəqiyyətli olurlar. Amma bu dünyəvi müvəffəqiyyətdir, axirətdə faydası olmayacaq.

* Dünya bölücüdür, axirət birləşdiricidir.

* Gələcəyiniz üçün iki şeydən qorxun: İsraf və təkəbbür.

* Bir kimsənin bir əhlullahı sevdiyinin əlaməti üçdür: Tabe olur, darıxır və tərifləyir.

*Möminin artığı, kəlamı və baxışı şəfadır.

* Övliyanın gözündən düşməkdənsə, yeddi qat göylərdən düşmək daha yaxşıdır.

* Fiqh ilə məşğul olanın ömrü uzun olur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину