Facebook Twitter WhatsApp

Şəfa və zəhər olan feyz

* Bir övliyadan bəhrələnmək üçün, feyz gələ bilməsi üçün iki şərt lazımdır:

Birincisi, yol, səhih, sağlam olmalı, yəni silsiləsi Peyğəmbər əfəndimizə qədər sağlam və aydın olmalıdır. Səhihül-yəd, övliyalığı sağlam qaynaqdan deməkdir.

İkincisi, o şəxsə tam təslim olmaqdır. Təslim olanın qəlbi pozğun olmamalı, təslim olduğu şəxsdə qüsur, əksiklik görməməlidir. Bəs, qəlb pozğun olsa və ustadında qüsur, əksiklik görsə, necə olacaq? Yenə feyz gələr, amma bu halda əks təsir edər, yəni zəhərləyər. Şəkərin, şəkər xəstəsinə zərər verməsi kimi olar. Feyz də, qəlbi pozğun olan kəsdə zəhərə çevrilər. Bununla bağlı Allahü təala, “İmanı olanların imanını artırar, kafirlərin də küfrünü” buyurdu, çünki Qurani-kərim nurdur.

Şah Nəqşibənd həzrətləri, “Ustadını imtahan edən məlundur” buyurdu. İnkar edən qovuşmaz. Ona gələn feyz, daha çox azmasına səbəb olar. Əvvəlcə yoldaşlarını tənqid etməyə başlayar. Sonra xidmətləri bəyənməməyə başlayar. Ən sonda da ustadını inkar edər.

* Sevgi yuxarıdan aşağı doğrudur. Atanız sizi sevməsə siz onu sevə bilməzsiniz. Eləcə də Allahü təala bizi sevməsə biz onu sevə bilməzdik. Qurani-kərimdə də belə buyurulur: Radıyallahü anhüm və radu anh. Yəni “Allahü təala onlardan razıdır, onlar da Allahü təaladan razıdırlar”.  Əvvəlcə Allahü təalanın razı olduğu zikr edilir.

* Bir gün, böyük bir şəxsin tələbələrindən bir nəfər, ustadına “Əfəndim, Böyüklərə sual verildiyi zaman, onların verdikləri cavab həmişə doğru çıxır. Mən bunun hikmətini anladım” deyib. Ustadı, necə anladınız deyə soruşduqda, tələbə deyib ki:

“Böyüklər o insanın dünyasına deyil, axirətinə baxırlar. Ona uyğun cavab verirlər. Ona görə də nəticəsi doğru çıxır.”

Ustadı üç dəfə “doğru” deyib, “Maşallah gözəl anlamısınız. Allahü təala dünyaya ağcaqanadın qanadı qədər dəyər verməmişdir. Onun əxlaqı ilə əxlaqlanmış olan böyüklər heç dəyər verərmi?” buyurur. Yenə buyurur ki:

“Alim kimə deyilir? Alim çox kitab oxuyana, çox bilənə deyilməz. Alim, haqqı batildən ayıra bilənə deyilir. Haqqı batildən ayıra bilməlidir ki, insanların axirətinə görə cavab verə bilsin. Həqiqi alim o kimsədir ki, başını bir aslanın ağzında fərz edər, bir səhv hərəkəti ilə aslan başını qopara bilər.”

* İnsan cəsəd və ruhdan mütəşəkkildir. Cəmiyyətlər də [şirkətlər, dövlətlər də] belədir. İman və fənn bilikləri [texnologiya] tarazlıqda olarsa, o cəmiyyət davam edər. Əgər iman irəlidə, texnologiya geridə və ya texnologiya irəlidə olarsa, amma iman geridə olarsa, o cəmiyyət dağılmağa, yıxılmağa məhkumdur.

* İmanı olmayana yaxşı insan deyilməz. İşində, sənətində müvəffəqiyyətlidirsə, yenə də yaxşı həkim və ya yaxşı vəkil deyilməz. Həkimliyi yaxşıdır, vəkilliyi yaxşıdır demək olar. Allahın düşməninə yaxşı demək olmaz. Nə kəşf edirsə etsin, imanı yoxdursa heç bir dəyəri yoxdur.

* Fitnə, bir möminin bir işindən, sözündən, hərəkətindən, başqa möminlərin zərər görməsidir. Ona görə də, elə yaşayın ki, elə danışın ki, sizə görə heç kim əhli-sünnətdən çıxmasın. Sizin üzünüzdən heç kim xidmətlərdən soyumasın. Sizin üzünüzdən heç kim Cəhənnəmə getməsin. Əgər Cəhənnəmə gedərsə sizi də özü ilə aparar. Elə bir həyat sürün ki, heç kim sizə düşmən olmasın.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину