Dünya sevgisi bütün pisliklərin başıdır. Günahların başı isə, küfürdür, imansızlıqdır.
İnsanlar nə istədiklərini bilsəydilər, dinimizin əmr və qadağalarına tabe olmaq onlara çətin gəlməzdi.
Bir dövrün insanlarının pozulduğuna əlamət, o insanların qorxudan çox ümid içində olmalarıdır.
Qurani-kərimi çox oxumaq lazımdır, çünki Qurani-kərim oxunub, əmr və yasaqlarına tabe olunduğu zaman Cənnətə aparar.
İnsan üçün qəbirdən daha ibrət verici və daha çox nəsihət edən bir şey yoxdur. Tənhalıqdan daha əmin bir şey yoxdur. Əhli-sünnət alimlərinin kitabları isə insana yaxın və səmimi bir yoldaşdır.
Ya Rəbb! Sənə böyüklərimiz, kiçiklərimiz tövbə edirik. Tövbələrimizi doğru qıl. Bizi tövbəsinə uymayanlardan etmə Allahım!
İnsanoğlu qəflətə dalarsa, Allahü təalanın əmrlərini etməməyə və qadağan etdiyi şeyləri etməyə başlayır. İnsanlardan qorxaraq, əmri-məruf və nəhyi-münkər, yəni yaxşılığı əmr edib, pisliklərdən çəkindirmə fərzini tərk edir.
Dünyalıq xüsusunda, özündən yüksəkdə olanlara, din xüsusunda özündən aşağıda olanlara baxan kimsəni, Allahü təala şükredən və səbiredən olaraq yazmaz. Dünyalıq xüsusunda özündən aşağıda olanlara baxıb, din xüsusunda özündən yüksəkdə olana baxan kimsəni, Allahü təala, şükredən və səbirli bir qul olaraq yazar.
Ağıllı bir kimsəni işlədiyi xətaya görə azarlamaq yaraşmaz. Kim birini incidərsə, daha şiddətli tənqidi özü bir başqasından eşidər.
Nəfsinin arzularına tabe olan, Allahü təalaya necə qul ola bilər? Ey insan! Kimə tabesənsə, onun qulu olacaqsan.
Namazdan başqa şeydə rahatlıq axtaran bir kimsə, məqbul deyildir. Namazı zay edən, əldən buraxan, dinin digər əmrlərini daha çox tərk edər.
Böyüklərə olan bağlılığı mühafizə etmək lazımdır. Gözəl əxlaqlı olub, insanlarla yaxşı keçinməli, qəza və qədər xüsusunda necə və nə üçünü tərk etməli, fağırlıq, qənaət, razı olmaq, təslim, təvəkkül və fərəqət üzrə olmaq lazımdır!
Qeybətdə söyləyən də, dinləyən də eynidir.
Dərd və bəlalar, kəməndi-məhbub olduğuna görə, Allahü təala sevdiyi qullarından dilədiklərinə verir.
Hər zaman Allahdan qorxmaq lazımdır. Beş vaxt namazını sevərək qılmalı, haramlardan uzaq durmalı, beləcə Allahü təalaya yaxınlaşanlardan olmağa çalışmaq lazımdır!
В корзине: 0 шт.
на сумму: 0