Hikmət əhli buyurur ki:
Adəm əleyhissalamdan bizim Peyğəmbərimizə qədər nə qədər peyğəmbər gəldisə, hər peyğəmbər ümmətinə bu nəsihəti etmişdir:
“Utanmasan, hər şeyi edərsən.”
Bu bir təhdiddir. Ona görə Peyğəmbər əfəndimiz “Həya imandandır” buyurur.
Utanmaq bir nemətdir. Utanmayan hər şeyi edər. Ona görə utanmaq duyğusu çox lazımdır. Utanmaq üçün də utananlarla birlikdə olmaq lazımdır. Utanmazlarla birlikdə olan həyasız olur, çünki əxlaq yoluxucudur. Yaxşı əxlaq kimi pis əxlaq da yoluxur. Yaxşı əxlaqlı olmaq istəyən, yaxşı əxlaqlılarla oturub-durmalıdır.
Himmət, bütöv çalışmağın, bütöv duanın, bütöv düşüncənin, hər şeyin eyni nöqtədə cəmləşməsi, yəni eyni nöqtədə birləşməsidir. Buna himmət deyirlər.
Əgər möminlər bir nöqtəyə, eyni nöqtəyə təvəccüh etsələr, eyni nöqtəyə öz diqqətlərini, dualarını, hər şeylərini cəmləşdirsələr, dağlar başıaşağı olar. Yəni heç bir əngəl qalmaz. Hər şey dümdüz olar.
Mömin möminlərin arxasından dua edər, münafiq möminlərin arxasından qeybət edər. Möminlə münafiqin fərqi budur. Heç bir mömin, digərinin arxasından, o eşitdiyi vaxt inciyəcəyi bir şeyi söyləməməlidir. Yoxsa qul haqqına girər.
Qul haqqı mütləq halallaşmağa bağlıdır. Maddi qul haqqı varsa, varislərinə verməliyik, varisləri yoxdursa xeyir həsənət olunmalıdır, amma əgər onu incidəcək, onu küsdürəcək, onun qəlbini qiracaq, onun canını sıxacaq bir söz demişiksə, o da eşidibsə, tək çarə onunla halallaşmaqdır. Əgər öldüsə, halallaşmaq imkanı da yoxdursa necə olacaq? Peyğəmbər əfəndimiz buyurur ki:
“Allaha və axirət gününə iman edən, ya xeyir söyləsin ya sussun. Allaha və axirət gününə iman edən, qonşusuna yaxşı davransın. Allaha və axirət gününə iman edən, qonağına bol ikram etsin.”
Dedilər ki, ya Rəsulullah bir qadın var. Gecə-gündüz ibadət edir. Amma qonşular onun əlindən illallah deyirlər. Peyğəmbər əfəndimizin verdiyi cavab:
“Onun gedəcəyi yer cəhənnəmdir.”
Hər kəs əlinə və dilinə sahib çıxmalıdır. Səhər açılanda bütün əzalar, insanın dilinə “Nə olar nə özünü oda at, nə bizi yandır. Etmə, eyləmə” deyə yalvarırlarmış. Dilinlə bizi yandırma. Çünki o yalan söyləyərsə, iftira atarsa, qeybət edərsə, sonra bütün bədən onun acısını çəkəcək. “Ya xeyir danış, ya sus” buyuruldu. Elə buna görə də “Ya xeyir danış, ya sus” buyuruldu.
В корзине: 0 шт.
на сумму: 0