Facebook Twitter WhatsApp

Əmri məruf üçün üç əsas şərt

Hikmət əhli buyurur ki:
Əmri bil məruf, nəhyi anil-münkər etmək hər möminə fərzdir. Yəni hər mömin bir şey danışmalıdır və ya bir şeyin deyilməsinə səbəb olmaq məcburiyyətindədir. Ancaq hər kəs əmri məruf və nəhyi anil-münkəri bacara bilməz. Bunu etməsi üçün üç əsas şərt lazımdır. Bu üç şərt nöqsan olarsa faydalı ola bilməz.


1- Elm sahibi olacaq. Elm də üç yerə ayrılır. Həm fiqh elmi, həm təsəvvüf elmi, həm də fənn elmlərində mahir olacaq, biləcək. Elmsiz əmri-məruf olmaz.

2- Adil olacaq. Etdiyi işlərində, xidmətlərində ədalət ön planda olacaq. Ədalət nədir? Çobanla sultan eyni haqlara sahibdir. Atası olsa, babası olsa, oğlu olsa, qızı olsa, fərq gördüyü anda, fərqli davrandığı anda, o adil deyildir.

3- Gözəl əxlaq sahibi olacaq. Gözəl əxlaq nədir? Qəlb qırmamaqdır, bağırmamaq, küsməməkdir, inciməməkdir. Necə də çətin işdir! O halda, gözəl əxlaqlı olmayan əmri-məruf edə bilməz.

Bunlardan biri nöqsan olarsa, xidmət də nöqsan olar. O zaman bunları ən yaxşı seçən, toplayan, izah edən bir kitabı [məsələn Tam Elmihal Səadəti- Əbədiyyəni] birinə verərik və ya verilməsinə səbəb olarıq. Beləliklə, əmri- məruf etmək fərzinin savabına girərik. Yoxsa fitnəyə səbəb olarıq. Fitnə də çox təhlükəlidir, adam öldürməkdən daha böyük günahdır.

Hər kəs bir arzu və istək arxasıncadır... Qovuşduqları isə ancaq ölümünə qədər... Öldükdən sonra bunların heç biri məzara girmir. Bunlar ona dost olmur. Bunların heç birini ona vermirlər. Deyirlər ki, bunlar sənə aid deyil. Bəs, nə etmək lazımdır? Qəbrimizə girə bilən bir şeyi seçməliyik. Bu nədir? O da, Allahü təalaya ixlasla ibadət etməkdir.

Səma hər yerdə mavidir. Dünyanın harasına getsək, göy rəngi həmişə eynidir, mavidir. Böyükləri sevənlər, yollarında olanlar, dünyanın harasında olurlarsa olsunlar, bu yolda olduqdan sonra, heç bir şəkildə ayrı olmazlar. Hindistanda, Dağıstanda, Amerikada, Avropada, hər yerdə ola bilərlər. Bu məsafə heç mühüm deyil, əgər sevgisi və məhəbbəti varsa, o hər zaman birlikdədir.

Axır zamanda ən böyük təhlükə, sağa-sola qulaq asmaqdır. İmam Rəbbani həzrətləri kimi əhli-sünnət alimlərinin dəyərli kitablarına qovuşanlar, xəzinəyə qovuşmuş deməkdir. Bu xəzinə qiyamətə qədər onlara kifayət edər. Amma o xəzinə rəfdə, vitrində qalmaq üçün deyildir. Dərman rəfdə istədiyi qədər qalsın, insan xəstədirsə ölüb gedəcək. O dərmanı içmək lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину