Hikmət əhli buyurur ki:
* Bir kimsə Peyğəmbərlərin etdiyi ibadətləri etsə, lakin üzərində bir qəpik qul haqqı olsa, bu bir qəpiyi ödəmədikcə Cənnətə girə bilməz.
* Qul haqqı çox mühümdür. Allahü təala hər cür günahı bağışlaya bilər, amma qul haqqı ilə gəlməyin, buyurur. Qul haqqı ilə gedənin işinə ədalətlə baxılır. Ədalətin nə şəkildə hökm verəcəyi bəlli olmaz. Allah qorusun çox kimsə ümidlə gedib, halı pərişan olur.
* Sizə haqsızlıq edən, zülüm edən, malınızı-mülkünüzü qəsb edən əslində sizə yaxşılıq etmişdir. Vay onların halına. Sən məzlum, onlar zalımdır. Alan düşünsün. Axirətdə zalım ağlayacaq, məzlum güləcək. Zalım verəcək, məzlum alacaq.
* Günahı çox olan şəxs, əhli sünnət alimlərinin kitablarını paylasın.
* O kəsə ki, himmət gəlir, o kimsə, yerində dura bilməz.
* Kasıblara verilən sədəqə namazdakı qüsurları örtür.
* Cənabı Haqq Ramazan orucunun qarşılığı ilə iftiraya uğrayan qullarının əcirlərini hesabsız verəcəyini vəd edir. Mərhəmətlilərin ən mərhəmətlisi olan Allahü təalanın kərəminin sonsuzluğuna baxın ki, mömin qullarının hesablarını savab-günah tərəzisi ilə ölçməyin yanında, qulun lehinə olaraq iki qapını axıra qədər açıq qoyur. Halbuki, savablarla günahların yazılışlarında belə qulun lehində hərəkət edilir, bunları təsbit etməklə vəzifəli mələklər, qulun xeyirli bir iş murad edib, amma edə bilməsə belə savab yazarkən, pis bir düşüncəni isə, ancaq əmələ çevrildikdən sonra qeyd edirlər.
* Məzhəri Canı Canan həzrətləri buyurur:
Bir dəfə cahanın bəzəyi və kainatın əfəndisi olan Peyğəmbər əfəndimizi yuxuda görməklə şərəfləndim. Yan-yana uzanmışdıq. O qədər yaxın idik ki, mübarək nəfəsi üzümə gəlirdi. Bu əsnada susadım. İmam Rəbbani həzrətlərinin oğulları orada idilər. Rəsulullah onlardan su gətirmələrini əmr etdi. “Ya Rəsulallah, onlar mənim pirimin oğullarıdır” deyə ərz etdim. “Onlar söz dinləyir” buyurdu. Onlardan biri qalxıb su gətirdi. Doya-doya içdim. Sonra; “Ya Rəsulallah, İmam Rəbbani mücəddidi əlfi sani haqqında nə buyurursunuz?” deyə ərz etdim. “Ümmətimdə onun bir bənzəri yoxdur” buyurdu. “Ya Rəsulallah! Məktubat, mübarək nəzərlərinizdən keçdimi?” dedim. “Əgər ondan xatırladığın bir yer varsa oxu” buyurdu. Mən də, Allahü təala üçün; “O, vera-ül-vera sonra yenə vera-ül-veradır, yəni Allahü təala ötələrin ötəsidir. Ağıl nəyi düşünür və nəyi təsəvvür edirsə O deyildir” yazdığını söylədim. Rəsulullah əfəndimiz bunu çox bəyəndi və “Təkrar oxu!” buyurduqda təkrar oxudum. Bu ifadələri çox gözəl hesab etdi. Bu hal xeyli bir müddət davam etdi.
Səhər açılanda böyüklərdən bir şəxs tezdən gəlib mənə; “Mən bu gecə yuxumda sizin bir yuxu gördüyünüzü gördüm. O yuxunu mənə danışın!” dedikdə danışdım. Çox bəyənib, heyrətləndi. Mən gördüyüm bu yuxuda, Rəsulullah əfəndimizin mübarək nəfəsinin və söhbətinin bərəkətilə özümü tamamilə nur və rahatlıq içində gördüm. Oyaq ikən ələ keçən şeylərdən daha çox bərəkətli olan bu yuxunun bərəkətilə günlərlə acımadım və susamadım.
В корзине: 0 шт.
на сумму: 0