Facebook Twitter WhatsApp

Nəfsini bilən Rəbbini bilər

Hikmət əhli buyurur ki:
(N
əfsini bilən Rəbbini bilər) hədisi-şərifinin sirrinə agah olan, nəfsini küçədə gördüyü köpəkdən daha aşağı bilər. Nəfsinin ayıblarını, qüsurlarını görməyən kimsə, doğru yoldan ayrılar.


İstiqamət, yəni doğruluq üzrə olmaq lazımdır; çünki ən böyük kəramət, istiqamət üzrə olmaqdır.

Neçə kiçik əməl niyyətlə böyük əməl olur, neçə böyük əməl də, niyyətlə kiçilir. Elmin əvvəli niyyət, sonra anlamaq, sonra əməl etmək, sonra mühafizə, sonra da yaymaqdır. Kim elm axtararsa, öyrənər. Elmi öyrənən insan günah işləməkdən qorxar. Günahdan qorxan ondan qaçar. Ondan qaçan isə qiyamətdə hesabdan qurtular.

Din qardaşının bir ehtiyacını təmin etmək, bir il nafilə ibadət etməkdən daha önəmlidir.

Elmdə xəsislik edən insana, Allahü təala üç bəladan birini verər:
1- Ölər, elmi gedər.
2- Unudaraq elmini itirər
3- O, elmini unutduracaq insanla dostluq qurar, eləcə elmi əlindən gedər.

İnsandakı ən üstün xislət, kamil ağıldır. Əgər o yoxdursa, gözəl ədəbdir. O da yoxdursa onunla istişarə edə biləcəyi şəfqətli bir qardaşdır. O da yoxdursa davamlı sükutdur. O da olmasa, ölməkdir.

Bir alimin çəkinməsi lazım olan ən önəmli xüsus, Allahü təalanın haram qıldığı şeylərdən uzaq durmaq və dünyaya könül bağlamamaqdır. Dünya sevgisi və günahların istila etdikləri qəlbdən xeyir gəlməz.

Bir kimsə, Allahü təalaya üsyan edərkən, Onu sevdiyini deyər. Bu isə müqayisədə əcaibdir. Əgər sevgisi doğru olsaydı, Ona itaət edərdi; çünki sevən sevdiyinə itaət edər.

Gözəl əxlaqın, bir kəlmə ilə əsası, hirslənməməkdir.

Ölümdən sonrası üçün ölmədən əvvəl hazırlıq görmək lazımdır.

İnsan üçün ən gözəl bəzək, sükut, doğruluq və vüqardır.

Allahü təaladan qorxanlarla birlikdə olmaq lazımdır. Bidət sahibləri ilə oturub-durmaqdan çəkinmək lazımdır.

Ailə-uşaqlı bir kimsə, onların ehtiyacları üçün çalışsa, gecələri qalxıb üstü açıq halda gördüyü övladının üstünü bir şeylə örtsə və ya buna bənzər bir kömək göstərsə, döyüş və cihaddan daha üstündür.

İnsanın özünün bəyəndiyi şeyi, başqası üçün də bəyənməsi gözəl olar. Özünə layiq gördüyünü başqasına da layiq görməli, özünə layiq görmədiyini başqasına da layiq görməməlidir. Özünə faydası olmayanın, başqasına faydası olmaz.

Ölüləri, yaxşı və ya pis halda görmək, cənabı Haqqın bəzi qullarına ehsan etdiyi bir kəşf və kəramətdir. Dirilərə müjdə vermək, onlara doğru yolu göstərmək və ya ölülər üçün xeyirli bir iş görülməsinə, borclarının ödənməsinə yaraması üçündür. Ölüləri görmək daha çox yuxuda olmaqdadır. Oyaq vaxtı görənlər də vardır. Övliya və hal sahibləri üçün bu bir kəramətdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину