Hikmət əhli buyurur ki:
Qəlbin, Allahü təaladan və Onun dostlarından başqasına meyil etməsi, o qəlbin xəstə olduğuna işarədir.
Elm öyrəndiyi şəxsdə ayıb və qüsur axtaran, onun elmindən, feyz və bərəkətindən faydalana bilməz.
Təsəvvüf gözəl əxlaqdır. Bu da üç qisimdir:
1- Haqla birlikdə olmaq, yəni Allahü təalanın əmrlərinə tabe olub, bu xüsusda şan-şöhrətdən uzaq durmaqdır.
2- Xalqla birlikdə olmaq. Bu da böyüklərə qarşı hörmət və ədəb, kiçiklərə qarşı şəfqət, yaşıdlara isə insaflı və adil davranmaqla olar.
3- Nəfsə sahib olmaq. Bu isə nəfsin boş istəklərinə, həva və həvəsə, şeytana uymamaqla olar. Bu üç maddəni nəfsində doğru bir şəkildə tətbiq edən adam gözəl xasiyyətli olar.
Təsəvvüf tamamilə ciddiyyətdir. Zarafat cinsindən olan hər hansı bir şeyi ona qarışdırmazlar.
Çalışıb təvəkkül etmək, kənara çəkilib ibadət etməkdən xeyirlidir. Təvəkkül sahibi hər şeydən üz çevirib, Allahü təalaya dönən kimsədir. Səbəblərə yapışılmalı, lakin bu vəziyyət, o səbəblərin və hər şeyin yaradıcısı olan Allahü təalaya etimad və təvəkkül etməyə mane olmamalıdır.
Fərzlərdən birini əda etməyən kəs, sünnəti etməmək təhlükəsinə düşə bilər. Sünnəti tərk edənin də bidətə, xurafata düşməsi mütləqdir. Güzəşt güzəşti gətirər. Belə güzəştdən uzaq durmağa çalışmaq lazımdır.
Əgər bir qul, ömrü müddətində, bir an riya və nifaqsız qalarsa, o bir anın bərəkətini ömrünün sonuna qədər hiss edər.
Arif, qəflətdən uzaq olub, heç bir zaman özünü bəyənməz, ucba qapılıb təkəbbürlənməz.
İnsanın nəfsi, haqsızlıq etməyə, həddi aşmağa aşiqdir. Yəni həmişə özünü bədbəxt edəcək şeyləri etmək istəyər. Hər istədiyi də öz zərərinədir.
Ölümə hazır olmaq lazımdır, çünki ölümdən qurtulmağın çarəsi yoxdur. Ölmədən də sonsuz nemətlərə qovuşmağa imkan yoxdur.
Qul, Allahü təalanın sevgisini, Onun sevdiklərini sevmək və Onun sevmədiklərinə düşmən olmaqla qazanar. Onun sevmədiyi şeylər, insanı Allahü təaladan uzaqlaşdıran hər şeydir.
Bütün işlərin nəticəsinin sağlam və faydalı ola bilməsi üçün iki şərt vardır: Səbir və ixlas.
İradə, nəfsin arzularına müxalifət edib, onu Allahü təalanın əmrlərinə yönəltmək və özü üçün Allahü təalanın təqdir etdiyinə razı olmaqdır..
В корзине: 0 шт.
на сумму: 0