Hikmət əhli buyurur ki:
Təvəkkül etmək, Allahü təalaya güvənmək, istişarə edib doğru səbəblərə yapışdıqdan sonra boş durmaq, bekar gəzmək deyildir. O işin olması üçün Allahü təalaya dua etmək, yalvarmaq deməkdir. Səhvimiz, qüsurumuz ola bilər, əskiyimiz ola bilər, niyyətimiz xalis olmaya bilər. Bizi bağışlaması üçün, xeyirlisini ehsan etməsi üçün, müvəffəq etməsi üçün səbəblərə yapışdıqdan sonra Ona dua etmək, yalvarmaq deməkdir.
Əhli-sünnət alimlərini pis insanlar sevməz. Yəni yararsızlar böyükləri sevə bilməzlər, çünki maqnit taxta parçalarını özünə çəkməz, cövhəri çəkər. Böyükləri sevən bir kimsədə cövhər vardır, onun qəlbi təmizdir.
Müsəlman olaraq nə böyük nemət içində olduğumuzu izah edərkən, (Düzdü biz heç on qəpik etmərik) demək yerinə, bol nemətlər içindəyik deməliyik.
Fiqh elmiylə məşğul olanın ömrü uzun olur.
Qarşımıza əngəl çıxarsa, bunun öhdəsindən gəlmək üçün həmişə çalışıb-vuruşub ömrümüzü hədər etmək yerinə, yanından keçmək daha doğru olar.
İmanı olmayana yaxşı insan deyilməməlidir. Məsələn, həkimliyi yaxşıdır, vəkilliyi yaxşıdır, sənətinin ustasıdır deyilməlidir. Allahı tanımayana yaxşı deyilməz. Nə kəşf edirsə etsin, imanı yoxdursa dəyəri yoxdur.
Bir gün, bir böyük şəxsin tələbəsi başqa bir tələbə yoldaşı üçün xocasından dua istəyir. Xocası buyurur ki: Mən ona dua etmərəm, etsəm də qəbul olmaz, çünki anası ondan razı deyil. Deməli, bizə edilən duaların qəbul olması üçün, ana-atamızı razı etməliyik, çünki Allahü təalanın rizası, saleh ana-atanın rizasına bağlıdır.
Kim özünü sevərsə, başqaları onu sevə bilməz.
Sədəqə bəlanın qarşısını alar, ömrü uzadar.
Dünyada hamı qonaqdır. Yanındakı şeylər əmanətdir. Qonağın getməkdən, əmanətin də geri alınmaqdan başqa çarəsi yoxdur.
Bu dünya haramları tərk edən üçün nemət, ibadət edən üçün qənimət, ibrətlə baxan üçün hikmət, mənasını anlayan üçün salamatlıq yeridir.
Aramızdan heç kim özünü uzun əməldən uzaq tutmaz, ancaq hər kəsin əməli öz dərəcəsinə görədir. Dərəcəsi ən yüksək olanın əməli bir tək nəfəsdən ibarətdir. Tuli-əməl əslində hər qul üçün rəhməti-ilahiyədəndir. Əgər o olmasaydı, heç bir qul yaşaya bilməzdi!
Allahın dinindən bir məsələ öyrədənə Allahü təala nafilə həcc savabı verər. Allahın dinindən bir məsələ öyrədənə, Allahü təala 100 ümrə savabı verər.
Dövrümüzün ən böyük silahı gülər üz, şirin dildir.
Pul-para üzərinə olunan danışıqlar, hər nə qədər dünyalıq kimi görünsə də Allahü təalanın dinini yaymaq üçün olarsa, hamısı zikri-ilahi olur.
Dinimizə aid bir kitabı yazan Allah üçün yazmamışdırsa, içərisindəkilər doğru olsa da, oxuyan faydalana bilməz. Allah üçün olmayan xəbisdir, sətirlər arasından xəbasət [murdarlıq] iyi gəlir, oxuyan zərər görər.
В корзине: 0 шт.
на сумму: 0