Facebook Twitter WhatsApp

Niyyət qızıl kimidir

* İxlas, mən Rəbbimdən istəyirəm, mən Rəbbimə güvənirəm, hər şeyi Rəbbim üçün edirəm, deməkdir. 

* Dünyada iki qram qızıl üçün iki ton torpaq ələnir. Axirətdə də belədir. Niyyət qızıl kimidir. Çox əməl deyil, ixlaslı əməl lazımdır. O qədər əməldə həmişə niyyət axtarılır, niyyətə baxılır, Allah üçün olanlar seçilir, digərləri atılır. 

* Əsla, əsla, mən haqqımı axirətdə səndən alacağam deməyin. Dünyada ikən xoşluqla halallaşmağa çalışın. Neçə alacaqlı orada borclu çıxacaqdır.

* Hüzur, pulla, malla, mülklə olmaz, qətiyyən olmaz. Ölümlə, axirətlə olur, daha doğrusu Allah deməklə olur.

* Maqnit içərisində cövhər olanı çəkir. Əhli-sünnət alimlərinin kitabları maqnit kimidir. Qəlbində cövhər olanları özünə çəkir. 

* İman nemətinin əldə qalmasının ən vacib şərti, hubbu fillah, buğdu fillahdır. 

* İmanın qədrini bilin. Allahü təalanın vədi vardır, Nemətlərin qədrini bilməsəniz geri alaram buyurur. Bu vədi-ilahidir. Alaram şiddətli əzab edərəm buyurur. Bu da vədi-ilahidir. Allahü təala vədindən dönməz, vəd etdiyini əlbəttə yerinə yetirər, çox qorxmaq lazımdır. 

* Qəzəb nəfsani, qeyrət rəhmanidir, çox-çox yaxşıdır. Qeyrət, bir müsəlmanın zərərinin qarşısını almaq üçün ona hirslənməkdir.

* Aldanan qazanclıdır, aldadan düşünsün. 

* İbadətlərin ən qiymətlisi namazdır. Çünki hər gün Allahü təalanı xatırladır. Allahü təalanı xatırlamaq zikr etməkdir. 5 vaxt namaz, 5 dəfə xatırlatmır ki. Nə qədər var namaza, bir saat var, yarım saat var, 10 dəqiqə var, həmişə bunları belə xatırladıqca, Allahü təala gündə 5 dəfə, ancaq hər birində neçə dəfə xatırlanır. Dəstəmaz alacağam, qılacağam, vaxt gəlir, vaxt keçir deyə-deyə, həmişə Allahü təala xatırlanır. Namaz Allahü təalanı zikr etməyə səbəb olur. 

Qəlblərin dərmanı zikirdir. Allah sevgisi, Allahın zikri olan qəlblərdə olur. Allah sevgisi Allahı zikr edən qəlblərə yerləşir. Buna da səbəb namazdır. Allahı zikr edən qəlblərdən dünya məhəbbəti çıxır. Dünya məhəbbəti qəlbdən çıxdıqda, Allah məhəbbəti özlüyündən gəlir. Necə ki, bir qabın içindən su çıxdıqda boş qalmaz hava dolarsa, yəni hava özü girərsə, dünya məhəbbəti də qəlbdən çıxdımı, Allah məhəbbəti özü gəlir. 


* Nəfs Allahın düşmənidir. Hər kəsin ən böyük düşməni nəfsdir. Nəfsi-əmmarədir. Bu nəfsi-əmmarə ölmür. Heç kimin nəfsi yox olmur. Nə üçün? Çünki o nəfs işə yarayır. Ölürmü? Onunla cihad etdikdə insanlar, mələklərdən daha yüksək olurlar. Mələkdən daha yüksək olmaq nəfs sayəsində olur. Nəfslə cihad sayəsindədir. Ona görə də nəfs ölmür, amma nəfs zəifləyir, qüvvəsi qalmır. Zəiflədikdə insanı aldada bilmir. Nəfsi zəiflətmək ibadət etməklə olur. Bəli, nəfsin ən böyük düşməni ibadətdir. Allahü təala müsəlmanları çox sevdiyi üçün namaz qılmağı əmr etdi. Namaz qılmaq elə bir lütfü-ilahidir ki, hər namazda nəfs qəhr olur, insanın qəlbini aldada bilmir. İnsan nəfsin şərindən qurtulur. 

* İbadətlər şərtlərinə uyğun edilərsə səhih olar, Allah rızası üçün edilərsə məqbul olar. Məqbul olması üçün səhih olması, yəni şərtlərinə uyğun olması lazımdır. Niyyət düzgün deyilsə, səhih ola bilər, amma məqbul olmaz.

* Əvvəlcə Allahü təalanın sevdiklərini öyrənmək lazımdır. Onlar, fərzlər, vaciblər, sünnətlərdir, bunları öyrənib əməl etmək lazımdır. Sonra Allahü təalanın sevmədiklərini öyrənib çəkinmək lazımdır. Onlar da haramlar və məkruhlardır. Müsəlman hər şeydən əvvəl Rəbbinin sevdiklərinə-sevmədiklərinə diqqət etməlidir.

* Bir möminin Kəbəni ilk gördüyü anda etdiyi duası qəbul olur. Mömin də bir mömini gördükdə etdiyi dua qəbul olur. Yəni salamlaşdıqda; salam verənə və aleyküm səlam və rahmətullahi və bərakətühü demək lazımdır. Eyni dua sənə də olsun deməkdir.

* Rizq çalışmaqla artmaz. Çalışmaqla mal çoxala bilər. Heç kim rizqini yeyib bitirmədən ölməz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину