Facebook Twitter WhatsApp

Nemətlər nə zaman artar

* Müsəlmanlıq nemətlərinin itirilməsinə səbəb, bunların qədrinin bilinməməsidir. Əlimizdən alan Allahü təaladır. Allahü təalanın adəti-ilahiyyəsi belədir ki, yaxşı işləri sevdiyi qullarına, pis işləri düşmənlərinə etdirir. Allahü təala Qurani-kərimdə məalən, "Nemətlərimin qədrini bilib, şükür etsəniz onları artıraram. Qədrini bilməz, nankorluq etsəniz, əlinizdən alar, şiddətli əzab edərəm" buyurur. Hər nemət üçün də belədir. Şükür etmək, o neməti izn verildiyi və əmr edildiyi yerdə istifadə etmək deməkdir. Dil ilə əlhamdülillah və ya çox şükür demək şükür etmək sayılmaz. Buna "həmd" deyilir. Həmd dil ilə, şükür bədən ilə olur. Göz nemətinə şükür etmək üçün Allahü təalanın bax dediyi yerə baxılır, baxma dediyi yerə baxılmaz. İman nemətinə şükür etmək üçün də, onu Allahü təalanın digər qullarına çatdırmaq lazımdır. Amma doğru imanı, yəni əhli-sünnət etiqadını. 


* Dünyadan uzaq durun demək, haramlardan, qadağan olunanlardan uzaq durun deməkdir. 


* Müsəlmanlar Allahü təalaya təvəkkül edir. Təvəkkül çalışmadan oturub gözləmək deyildir. Təvəkkül, çalışıb səbəbinə yapışıb, o səbəbin təsirini Allahü təaladan gözləməkdir. Çalışmadan mənə ver Ya Rəbbi deyilməz. Namaz qılmadan, Ya Rəbbi günahlarımı bağışla deməyə bənzəyir. Namaz qılmayanın duası qəbul olmaz. 


* Yaxşı səbəbə yapışan yaxşı nəticə əldə edər. Çalışarkən nəticə ala bilməsəniz, qəbahəti özünüzdə axtarın. 


* Həsəd edən xoşbəxt ola bilməz. 


* İbadət üçün dəstəmaz şərtdir, ticarətdə də dürüstlük şərtdir. 


* Dinimizdə bir şey istəmək zillət, bir şey vermək izzətdir.


* Halal pulla bəslənən insana ibadətlər asan gəlir.


* Qovandan çıxmayan arı bal hazırlaya bilməz.


* Pul, iş görmək üçün yaradılmışdır, sevmək və yığmaq üçün deyil.


* Pul sevgisi ilan sevgisi kimidir.


* Dünya malını qəlbindən çaxaran, Allahın sevgili qulu olar.


* Dini qurtarmaq üçün, dünyanı verin.


* Çalışıb qazanmaq zəhməti çəkməmiş kimsədə xeyir yoxdur.


* Allahın verdiyi ruziyə razı olan insanı, başqalarının əlində olan nemətlər məyus etməz.


* İşləməyib hər kəsə möhtac qalanların, dini və ağlı nöqsan olur.


* Mal qazanmaqla, şərəf qazanılmaz.


* Ticarətdə üç şərt vardır: Keyfiyyət, qiymət, şirin dil və gülər üz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину