Facebook Twitter WhatsApp

Müsəlman təmiz torpağa bənzəyir

* Şükür, Allahü təalanın lütf və ehsanını, rəhmətini görməkdir. Bütün nemətlərin, Ondan gəldiyini anlamaqdır.

* Öz tədbirinə güvənənin yeri Cəhənnəmdir. Tədbirini aldıqdan sonra Allahü təalanın təqdirinə bağlananın isə yeri Cənnətdir.

* Bir Müsəlmanı tərifləyə bilmirsənsə, barı pisləmə! Faydalı ola bilmirsənsə, barı zərərli olma! Sevindirə bilmirsənsə heç olmasa incitmə!

* Öz nəfsini tərbiyə edə bilməyən, başqasınınkını heç tərbiyə edə bilməz.
* Ey insanoğlu! Bu gün günahlarından qorxsan, sabah heç nədən qorxmayacaqsan.

* Nemətlərə şükür etməyən, əldən çıxmalarına çalışmış olur. Nemətlərə şükür edən, onları ən möhkəm bağlarla bağlamış olur.

* Özünü üstün göstәrmәk üçün yüksəlmək istəyənləri Allahü təala alçaldar. Təvazö göstərənləri isə yüksəldər.

* Çox yatmaq, çox yemək, çox danışmaq könlü qatılaşdırır.

* Günahların bağışlanması və başa gələn bəlalardan qorunmaq üçün ən gözəl sığınacaq, istiğfar və tövbə etməkdir.

* Müsəlman təmiz torpağa bənzəyir. Təmiz torpağa hər şey atılır, əzilib, təhqir görür. Lakin ondan həmişə gözəl, təmiz, faydalı şeylər çıxır.

* Şəhvətlər, bitməyən arzu və ehtiraslar, üstü örtülü əzablardır.
* İnsanın şərəfi, iman və mərifətlədir. Mal və vəzifə ilə deyildir.

* Təriflənməkdən xoşlanmaq qədər axmaqlıq düşünülə bilməz.

* Din qardaşımın bir ehtiyacını görməyim, bir il nafilə ibadət etməyimdən daha vacibdir.

* Özündən daha aşağı dərəcədə olan kimsənin nəsihətini qəbul etmək, yüksək dərəcələrdən birinə sahib olmağa işarədir.

* Qocalıq, gəncliyin sonu və nəticəsidir. Nəticə isə, əvvələ bağlıdır. Gəncliyini yaxşı keçirənin, qocalığının da yaxşı keçəcəyi umulur.

* İnsanların Allahü təalaya ən yaxın olanı, gözəl xasiyyətlərə ən çox sahib olanıdır.

* İnsanın gözəlliyi sözlərinin gözəlliyindən, insanın kamalı da işlərinin doğruluğundandır.

* İnsanları, xor, həqir və alçaq görmək, sənin üçün müalicəsi mümkün olmayan böyük bir xəstəlikdir.

* Başqalarına yaxşılıq etdiyin zaman, özünə yaxşılıq etdiyini bil.