Facebook Twitter WhatsApp

Həmsöhbətiniz qəlb olsun

* Qısqanclıq atəşdir, insanı yandırar. 
* Faydasız söz danışmayın.
* İnsanların qəlibi ilə deyil, qəlbi ilə məşğul olun. Onların qəlibi ilə deyil, qəlbi ilə iş görün. Həmsöhbətiniz qəlib deyil, qəlb olsun. Müsəlman din qardaşının qəlbini qıran, Kəbəni yıxmaqdan daha böyük günaha girər. Müsəlmanın qəlbi, nəzərgahı-ilahidir, çox diqqətli olun.
* Xeyrin ən yaxşısı; doğru söz, yamanlıq düşünməyən qəlb və itaət edən xanımdır. Şərlərin (yamanlıqların) də ən betəri yalan söz, pis qəlb və itaət etməyən xanımdır.
* Övliya qulların hörmətinə yardım istəmək, hər zaman deyil, bütün çarə bitib tükəndiyi zaman olar. 
* Qurtulmaq üçün qurtulanlarla birlikdə olmaq lazımdır.
* Bütün yamanlıqlar, didişmələr almaq üstündədir. Bütün yaxşılıqlar vermək üstündədir.
* Mənfəətə əsaslanan yaxşılıq iyrəncdir.
* Elm maldan qiymətlidir. Mal qəlbi sıxar, elm öyrənənin isə qəlbi rahatlayar. 
* Elm öyrənməyə əhəmiyyət verməyən, qiymət verməyən küfrə qədər gedər. İslamiyyət iki təməl üzərində qurulmuşdur: Öyrənmək və öyrəndiyini öyrətməkdir. Öyrətmək üçün ən gözəl yol, əhli-sünnət alimlərinin kitablarını paylamaqdır.
* Ağlı olan İslamiyyətə tabe olar, Müsəlman olar, insanlara xidmət edər. Nəfsinə, şeytana uyan küfrə sürüklənər. İslamiyyətə uyan Cənnətə, nəfsinə uyan Cəhənnəmə gedər. İki əlac:
1) La ilahə illallah, Muhammədün Rəsulullah...
2) Əstağfirullah...
Birincisi küfrün əlacı, ikincisi günahların əlacıdır.
* Heç kimə zülm etməyin. Zalımın cəzası hələ dünyada ikən verilir. 
* Müsəlmanlar bir yerə toplandıqda, qəlbdən qəlbə, suyun axdığı kimi feyz axır, birləşmiş qablar kimi. Heç danışmasalar da feyz alırlar. Feyz gəlməsinin əlaməti budur: Feyz varsa, haramlara qarşı istək azalır, nifrət başlayır. Feyz yoxdursa, dünyaya qarşı məhəbbət artır. 
* İmanlı olmaq, əhli-sünnət olmaq, əlində atəş tutmaq kimidir. 
* Amandır, diqqətli olun, əsla iman nemətini əlinizdən buraxmayın, oğurlatmayın. Hər tərəf oğrularla doludur. Oğru zərgərlik dükanına gedər, yoxsa karxanaya? Bu nemətin tək bir şükrü vardır: O da bir-birinizi sevməyinizdir. Bir-birinizlə görüşməyi əsla kəsməyin, qüsurlarınızı görməyin, daim bir-birinizə qarşı gülər üzlü olun. Yoxsa bu iman nemətini əldən buraxarsanız.
* İnsan həyatı üç mərhələdən ibarətdir: Ana bətni, dünya həyatı, axirət həyatı. İlk ikisi çox qısadır, bir nəfəs kimidir, amma axirət həyatı sonsuzdur. Ağıllı olan sonsuzu seçər, axmaqlar yalnız dünya ilə məşğul olurlar.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину