Facebook Twitter WhatsApp

Qəlbdəki gözün əhəmiyyəti

* Bu göz çox yaxşıdır, amma çox da yanıldıcıdır. Bir çox insanın Müsəlman olamamasının səbəbi bu gözdür. Gözünə inanan, mübarək bir şəxsin geyiminə, məsləyinə baxaraq yanılır, onu dinləmir və bəhrələnə bilmir. Başdakı gözə deyil, qəlbdəki gözə tabe olmaq lazımdır. Qəlbdəki göz doğrunu-yanlışı ayırır, kimin sevilib kimin sevilməyəcəyini bilir. Haqqı haqq, batili batil bilir.

Heç kimin işinə və ya geyiminə baxaraq qərar verilməz, işin qaynağına baxılmalıdır, nəql edilən məlumatın hardan alındığına baxılmalıdır. Bədənin qidasını yaxşı seçdiyimiz kimi, ruhun qidasını da yaxşı seçməyə məcburuq. Bədənə xarab qida qəbul edən dünyasını məhv edər, lakin ruhuna xarab qida qəbul edən axirətini məhv edər. Natəmiz borudan şəfa gəlməz. Suyun qaynağı da, keçdiyi yol da təmiz olmalıdır. Peyğəmbər əfəndimizə Həzrəti Əbu Bəkrin gözü ilə baxanlarla, Əbu Cəhlin gözü ilə baxanlar əlbəttə fərqlidir. Əgər insan bu şəxslərə, bu gözlə baxarsa kor olar. Əgər mübarək bir şəxs deyə baxarsa, qəlb gözü açılar. Əgər Allahü təala bir quluna hidayət nəsib edibsə, ona əhli-sünnət etiqadını veribsə, ona sevgili bir qulunu tanıdıbsa, o bu gözlə olmaz. Bu qəlb gözü ilə olur. Belədirsə, qəlb gözü açılmışdır. Qəlb gözü, haqqı batildən ayırmaq üçündür, uçmaq-uçurmaq üçün deyildir, bunu yaxşı anlamaq lazımdır. Ümmətinə öyrətmək üçün, “Ya Rəbbi mənə haqqı haqq, batili batil göstər” buyurur.


Bir gün bir mübarək şəxsdən soruşmuşlar ki, siz ustadınızdan nə öyrəndiniz ki, həmişə ondan bəhs edirsiniz? O şəxs də, mən ustadımdan kim sevilməli, kim sevilməməlidir, onu öyrəndim, bu da mənə kifayət etdi buyurmuşdur. Bir insan haqqa batil, batilə də haqq deyə sarılarsa məhv olar. Peyğəmbər əfəndimiz, ümmətim yetmiş üç firqəyə ayrılacaq, yetmiş ikisi pozulacaq, ancaq biri doğru yolda qalacaq buyurmuşlar. Bu yetmiş iki firqə Cəhənnəm atəşinə girəcəkdir, etiqadı pozulmuş olduğuna görə Cəhənnəmə gedəcəkdir. Atəş bu çirkabın təmizlənməsi üçündür, lakin Peyğəmbər əfəndimiz ümmətim dediyi üçün onlar daha sonra Cənnətə girəcəkdirlər. Heç kimin tək başına doğrunu tapması mümkün deyildir. İmam Rəbbani həzrətləri kimi Əhli-sünnət alimlərinin kitablarını oxumaq lazımdır.

* Böyüklərin yolunda olana feyz vardır. Dünyanın harasında olursa olsun bəhrələnəcəkdir. Ancaq iki insan feyz ala bilməz. Biri incidən, digəri inkar edən... İncitmək etiraz etməklə, inkar da rədd etməklə olur. İnkar edən məhrum qalır. İncitmədikcə və inkar etmədikcə bəhrələnəcəkdir.

* Dinimizə uymaq, əmrləri yerinə yetirib qadağalardan çəkinmək üçün elm şərtdir, amma doğru qaynaqdan olmalıdır.

* Kimlər dünyada bir-birini sevərsə, birlikdə olarsa, axirətdə də birlikdə olacaqlar.

* Allah demək rahatlıq verir. Hətta inanmayan da olsa!

* Kim özünü sevərsə, başqaları onu sevə bilməz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину