Facebook Twitter WhatsApp

Almaq axirətdə olacaq

Allahü təala bir quluna iki şey veribsə, deməli, hər şeyi vermişdir: 
Doğru iman, yəni əhli-sünnət etiqadı. 
Böyükləri tanımaq. [Məzhəb və etiqad imamlarımızı, əhli-sünnət alimlərini, silsiləyi-aliyyə böyüklərini tanımaq, yəni yollarında olmaq, hamısının yolu birdir.]

Allahü təala bu iki neməti kimə veribsə, o insan seçilmiş deməkdir. Onu Allahü təala seçmiş və sevmişdir, mən seçmirəm, mən sevmirəm heç elə şey olarmı?

* Dünyada ən çətin şey, bu böyükləri tanımaqdır. Hər şeyi bu böyükləri tanımaqla əldə etmək olar. 

* Böyüklərin qəlbində bir quruş qazanc düşüncəsi olsaydı, etdikləri xidmətlər dayanardı.

* Mürşidi-kamil demək, haqqı haqq, batıli batil bilən şəxs deməkdir. Onlara qovuşanın və hətta onların sadiq bəndələrinə, tələbələrinə qovuşanın ən böyük qazancı haqqı haqq, batıli batil bilməsidir. Buna çatmaq isə ən çətin nöqtədir. Dünyada ən çətin şey doğrunu tapmaqdır. 

* Həqiqi müsəlmanın üç vəsfi vardır:
1-Doğru iman, 
2-Səhih ibadət, 
3-Əhli-sünnət etiqadını yaymaq. Bu üç böyük nemətin davam etməsinin şərti İxlas və səbrdir. 

* İmanın düşməni içimizdə öz nəfsimiz, bunun da yardımcısı şeytan, meydanı da dünyadır. 

* Allah rizası üçün olunan xidmətdə vermək vardır, almaq yoxdur. Bu yolda dünyada almaq yoxdur, axirətdə alınacaq. Əgər almaq istəyirsinizsə, dünyada verin. Dünyada almaq olmur, almaq axirətdə olacaq.

* İnsan necə yaşayarsa, elə öləcəkdir. Necə ölərsə, elə diriləcək. Allahın dininə xidmət üçün yaşayaq. Yoxsa özün üçün, bilmirəm nə üçün etdiyin, çalışdığın hər şey boşdur. Sıfırla məşğul olan sıfırdır. Həqiqətlə məşğul olan əziz olar. Həqiqət Allahü təalanın bəyəndiyi şeylərdir. 

* İman dükanda-bazarda satılmaz, miras qalmaz. Yaxşılığa əlverişli olmayan insan Peyğəmbəri görsə də Müsəlman ola bilməz.. Allahü təala seçər. Buna verdim deyir. Səni Özümə dost etdim deyir Cənabı Haqq… Müsəlman demək, Cənabı Haqqın seçdiyi, özünə dost etdiyi insan deməkdir, bunları nəzərə alaraq hərəkət edin.

* İnsanın əlinə tikan belə batsa bir günah səbəbilədir. Günahın qarşılığı dünyada verilərsə, böyük nemətdir. Axirətdə verilərsə, fəlakətdir. Cinayət varsa cəza da vardır. 

* Bir günah iş görən dərhal bir yaxşılıq, bir xeyir iş etməlidir. Savab gələr, günah gedər. Bir-birini tarazlamalıdır. 

* Səxavət, Allahü təalanın böyük bir nemətidir. Siz səxavətli üçün narahat olmayın, çünki o yıxılsa, Allahü təala əlindən tutar, qaldırar onu. 

* Çox şey istəyin, istəyənin deyil verənin əzəmətinə baxın. Namazda şəhidlik, övliyalıq istəyin. 

* Tarla və bağçanın, hasil olan nemətin şükrü uşurla verilir. Malın, pulun şükrü, zəkatıyla olur, eyni zamanda malı, pulu təmizləyir. Zəkatı verməyən iki günah etmiş sayılır: 
1- Əmrə itaətsizlik, 
2- Kasıbın haqqını qəsb. 
Namazın qəbul olması üçün də zəkat vermək lazımdır, namaz imanla getməyə vəsilə olur.

* Hər kəsi quyunun dibində görən kimsə, özü quyunun dibindədir.

* Ən böyük düşmən nəfs və işlədiyimiz günahlardır. Ən yaxın dost da tövbə və istiğfardır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину