* Qəlb dünya arzularından birinə bağlı qaldığı və keçici ləzzətlərdən birinin arxasınca düşüb getdiyi müddətcə, axirəti necə sevə bilər?
* İnsanın elmi artdıqca, Allaha sevgisi artdıqca, nəfsindən soyumağa, nifrət etməyə başlayar. Bu hala nail olmaq, Allahu təalanın lütf və ehsanıdır. O qulunu sevdiyinin əlamətidir.
* Dünyada əsl mərifət, çoxlu pul qazanmaq deyil, çoxlu savab qazanmaqdır.
* Dərdlərinizi qullara deyil, Allahu təalaya ərz edin. İstisnalar xaric, dərd və bəlanın hamısının öz qüsur və qəbahətlərimizə görə olduğunu unutmayaq.
* Yumşaq və mülayim olan qalib gələr.
* Sizə dininizi imanınızı öyrədən ana-atanız sizdən razı olmadıqca Allahu təalanın sevgili qulu ola bilməzsiniz. Ehsana qovuşma səbəbi ana-ata duasıdır.
* Səhrada qalmış insanın suya həsrəti kimi, hər kəsdən dua almağa çalışın. Üç insanın duası qəbul olar rədd olunmaz: 1)Ana-atanın 2) Qonağın 3) Məzlumların.
* İlk imanımızı anamızdan, atamızdan öyrəndik. Onlar ilk mürşidimizdir. Ona görə, ana-ata haqqı çox böyükdür. Buna görə də, din düşmənləri; İslamı kökündən qazımaq üçün ailə yuvasını dağıtmaq lazımdır, deyirlər.
* Uşaqlarımıza çox diqqət yetirməliyik. Qurani-kərim oxumalarına, əhli-sünnət etiqadını və elmihal biliklərini öyrənmələrinə, əhli-sünnət alimlərini tanımalarına və sevmələrinə çox əhəmmiyyət vermək lazımdır.
* Düşmənini tanımayan dostunu tapa bilməz.
* Əhli-sünnət etiqadından bir məsələ öyrətmək onlarla nafilə həcdən daha savabdır.
* Bir tələbə, dinini öyrənməyə və dinə xidmət etməyə, müsəlmanlara və insanlara faydalı olmağa niyyət edərsə, bu niyyətlə oxuyarsa, hər nəfəsi zikr olar.
* Ədəbə riayət etməyən heç kim, Allahu təalaya qovuşa bilməz, yəni vəli ola bilməz. Din böyüklərinin yolu başdan sona ədəbdir. Namazın sünnət və ədəblərindən birinə riayə etmək və tənzihi bir məkruhdan çəkinmək; zikr, fikirdən (təfəkkürdən) üstündür.
* İslamiyyət bir ağac kimidir. Kökü iman, gövdəsi ibadət, meyvəsi ixlasdır.
* Dinimizin 4 kəlməylə xülasəsi: İnanmaq, məhəbbət, əməl etmək, çəkinmək.
* Şirin dilli, gülər üzlü olun. Heç kimlə münaqişə etməyin. Bölünməyin, təfriqəyə düşməyin. Təfriqə fitnədir, amandır, düşməyin.
В корзине: 0 шт.
на сумму: 0