Facebook Twitter WhatsApp

Ədaləti ilə davranarsa, yanarıq

 * Ən yaxşı xislət dindar olmaqdır. Bu xislət iki olarsa, dindarlıq və mal sahibi olmaqdır. Üç olarsa, dindarlıq, mal və həyadır. Dörd olarsa, dindarlıq, mal, həya və gözəl əxlaqdır. Beş olarsa, dindarlıq, mal, həya, gözəl əxlaq və səxavətdir.
* Allahü təala sirrini əmin olana verir. Bilən söyləməz, söyləyən bilməz.
* Axmaqlıq xətada israr etməkdir.
* Allahü təala bizə rəhməti ilə, ehsanı ilə davransın, ədaləti ilə davranarsa, yanarıq.
* İxlaslı insan ən yaxşı halında da, ən zəif halında da münasibəti, hərəkətləri dəyişməyəndir. Allah üçün sevinmək, Allah üçün kədərlənmək lazımdır. 
* Dua etməklə birlikdə səbəblərə yapışıb çalışmaq lazımdır. Səbəblərə yapışmadan dua etmək silahsız  müharibəyə getmək kimidir. Səbəblərə yapışacağıq, ancaq səbəblərdən də bilməyəcəyik. Yaradan Allahü təaladır. 
* Allahü təala, hər şeyi bir səbəb altında yaratmaqdadır. Bu səbəblərə iş görə biləcək təsir, qüvvə vermişdir. Bu qüvvələrə təbiət qüvvələri, fizika, kimya və biologiya qanunları deyirik. Bir iş görmək üçün, bir şeyi əldə etmək üçün bu işin səbəblərinə yapışmalıyıq. Məsələn, buğda əmələ gəlməsi üçün tarlanı şumlamaq, əkmək, əkini biçmək lazımdır. İnsanların bütün hərəkətləri, işləri Allahü təalanın bu adəti içərisində meydana gəlməkdədir. Ancaq, Allahü təala sevdiyi insanlara yaxşılıq, ikram olmaq üçün və azılı düşmanlarını aldatmaq üçün onlara, adətini pozaraq səbəbsiz şeylər də yaradar.
* Həqiqi kəramət, kəramətin gizlənməsidir. Bunun xaricində görünənlər vəlinin iradə və ixtiyarı ilə deyildir. İlahi hikmət bunu lazım bilir deməkdir.
* Hər şey keçicidir. Ancaq Allahü təala bakidir (əbədi). Keçici şeylərə könül bağlamaq axmaqlıqdır. Sən də keçəcəksən, sevdiklərin də keçəcək. Qalıcı bir şeyə könül bağlamaq lazımdır. O da Allahü təaladır, Allah sevgisidir.
* Sözün xeyirlisi qısa və yol göstərən olanıdır. 
* Kafirlərə məhəbbət imanı aparır. 
* Alim, dinini doğru bilənə deyilir. Mədrəsə [üniversitet] bitirənə deyilmir. 
* Nəfsin azğınlığı birbaşa dinədir. Ona görə ən böyük riyazət (mücadilə), dinimizə tabe olmaqdır. Nəfs haramlarla aldada bilməyəndə, fərzə əməl etməmək üçün nafilələrlə məşğul edir. İnsan nəfsini tanıyarsa, Allahı tanıyar. Nəfsdən qurtulmadıqca, insan özünü təhlükəsizlikdə hiss edə bilməz. Ən böyük mübarizə nəfslə olmalıdır. Bu iş Allahın dininə sarılmaq yoludur.
* Allah üçün olan işdə sevgi vardır. Dünya üçün olan işdə sevgi yoxdur. Dünyanın təbiətində sevgi yoxdur. 
* Dünya, nəfsin və şeytanın hiyləsidir. Varlıqda imtahan, darlıqdan daha çətindir. Çünki darlıqda həmişə Allah deyirsən, varlıqda yadına düşəndə deyirsən. Bu çox təhlükəlidir. 
* Cənnətə getmək üçün bütün yollar, bütün qapılar açıqdır. Cəhənnəm üçün də elədir. Siz Cənnətə aparanı seçin. Sizin üçün xeyirlisi olan budur. Əsrlərdir eyni şeylər söylənir, hətta sizə sizin üçün yalvarılır. Bir az da sizin özünüzə rəhminiz gəlsin.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину