Facebook Twitter WhatsApp

Həccin fəziləti

Sual: Həccə getməyin əhəmiyyəti nədir?

CAVAB

İmkanı olanın ömründə bir dəfə Kəbəyə gedib, o yerə məxsus ibadətləri etməsi fərzdir. Daha sonra edilən həclər nafilə olur. Fərz olan həccə getməyə çalışmaq lazımdır. Bir dəfə fərz olan həcci yerinə yetirmək 20 dəfə Allah yolunda savaşmaqdan daha savabdır. Hədisi-şərifdə, “Həcc, suyun kirləri təmizlədiyi kimi günahlar yox edər” buyuruldu. (Tabərani)

Qəbul olan həcc, namaz, oruc və zəkat borclarının bağışlanmasına səbəb olmaz. Bunları gecikdirmə günahlarının əfv edilməsinə səbəb olur. Qul borcları verilməzsə və ya halallaşmazsa, ödənmiş olmaz. Qul və Haqq borclarından başqa günahlar əfv edilir. Hədisi-şərifdə, “Arafatda vakfəyə durub günahlarının əfv edilmədiyini zənn edən böyük günah işləmiş olur” buyuruldu. (Hatib)

Həccin səhih olması üçün vaxtında yerinə yetirilməsi lazımdır. Qəbul olması üçün həccin səhih olması, o şəxsin etiqadının düzgün olması, bidət əhli olmaması kimi şərtləri vardır. Hədisi-şərifdə, “Bidət işləyənin orucu, həcci, cihadı qəbul olunmaz” buyuruldu. (Deyləmi)

Həccin qəbul olunması üçün həccin fərzlərini, vaciblərini və sünnətlərini əksiksiz etməyə çalışmaq, niyyəti düzəltmək, riya qarışdırmamaq, ixlasla hərəkət etmək və halal pul ilə getmək lazımdır.

Ticarəti, dünyalıq işləri həcc işinə qarıdırmamaq lazımdır. Borcları varsa ödəmək, haqq sahibləriylə halallaşmaq, günahlara tövbə etmək lazımdır. Bunlara riayət edilərək edilən həcc məqbul olar. Hədisi-şərifdə, “Həcc edin ki, möhtac olmayasınız. Səfərə çıxın ki, səhhətə qovuşasınız” “Həcc zinginliyə, zina kasıbçılığa səbəb olur” buyuruldu. (Tabərani-Şira)
Həccə gedərkən orada ölməkdən qorxmamaq lazımdır. Hətta həcc yolunda ölməyi qənimət bilmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Həccə gedərkən və ya gələrkən ölənin keçmiş günahları əfv olur. O şəxs hesaba çəkilmədən, əzab görmədən Cənnətə girər”. [İsfəhani]

Həccə gedən başqalarına sıxıntı vermədiyi kimi onlardan gələn sıxıntılara da qatlanmalı və xoş davranmalıdır. Hədisi-şərifdə, “Xoş davranmayan xeyir işləməmiş olur” buyuruldu. Sərt, qaba olmaqdan çəkinmək lazımdır. Hədisi-şərifdə, “Sərtlikdən və çirkin şeydən çəkinin. Mülayimlik insanı bəzəyər, çirkinlikdən azad edər” buyuruldu. (Müslim)
Həccə gedib gələnin deyil, həcci qəbul olanın günahları əfv olur. Hədisi-şəriflərdə buyuruldu ki:

“Qəbul olan bir həcc küçmiş günahları yox edər” [Beyhəqı]

“Həccə gedib pis söz danışmayan və düzgünlükdən ayrılmayan anasından doğulduğu gün kimi günahsız olur”, [Buxari]

“Həccə gedərkən yolda ölənə qiyamətə qədər həcc, cihada gedərkən də ölənə qiyamətə qədər cihad savabı yazılır”. [Əbu Yala]

Həcc yolunda xərclənən pulun fəziləti çoxdur. Hədisi-şərifdə buyuruldu ki:

“Həcc üçün xərclənən mala, Allah yolunda xərclənən mala verildiyi kimi yeddi yüz misli savab verilir”. [Beyhəqı]

“Hacı kasıblaşmaz” [Bəzzar]

“Həccə gedən zənginləşər” [Hakim]

Sual: Həcci qəbul olan insanın namaz, oruc, zəkat kimi qəza borcları əfv edilmədiyi kimi, kecikdirmə, yəni vaxtından sonraya saxlama günahları da bağışlanmır?

CAVAB

Təxir, yəni gecikdirmə günahları əfv olur.

Həcci-əkbər nədir?

Sual: “Arəfə günü cümə günü ilə üst-üstə düşən həccə, həcci-əkbər deyilir” sözü doğrudur?

CAVAB

Fərz olan həccə həcci-əkbər, umrəyə isə həcci-asqar deyilir. Arəfə günü cüməylə üst-üstə düşərsə, 70 həcc savabı hasil olur. Xalq arasında buna həcci-əkbər deyilirsə də bu söz doğru deyil. (S. Əbədiyyə)