Facebook Twitter WhatsApp

Həccin çeşidləri

Üç növ həcc vardır:

1- İfrad həcc. Bu həcci edənlərə müfrid deyilir. Ehrama girərkən yalnız həcc etməyə niyyət edən şəxsdir. Məkkədə oturanlar yalnız müfrid həci olur.

2- Qıran həcc. Bu həcci edənə qarin hacı deyilir. Həclə umrəyə birlikdə niyyət edən şəxsdir. Öncə umrə üçün təfav və sa’y edib, sonra ehramını çıxartmadan və təraş olmadan həcc günlərində həcc üçün təkrar təvaf və sa’y edir.

3- Təməttü həcc. Bu həcci edənə mütəmətti həci deyilir. Həcc aylarında, yəni Şəvval, Zilqadə, Zilhiccənin ilk on günündə umrə etmək üçün ehrama girib, umrə üçün təvaf və sa’y edib və təraş olub ehramdan çıxar. Vətəninə gütməyərək o il tərviyə günüdə və ya daha öncə həcc üçün ehrama girərək müfrid həci kimi həcc edər. Yalnız, təvafı-ziyarətdən sonar da sa’y edər. Qarin və mütəmətti hacıların şükür qurbanı kəsmələri vacibdir.

Təməttü və ya qıran həcci edənlərdən qurbanlıq heyvan tapmamaları və alınmamaları səbəbiylə qurban kəsmə imkanı olmayanlar, üç gün həcc əsnasında, yeddi gün həcdən sonra olmaq şərtilə on gün oruc tutarlar. İlk üç günün ehrama girdikdən sonra, həcc ayları içində və qurban bayramının ilk günündən öncə Məkkədə tutulmuş olması zəruridir. Qurban kəsmə imkanı əldə edilə biləcəyi ümidilə bu üç günlük orucun son vaxtına qədər gecikdirilməsi, yəni Arəfə günü tamamlanmaq üzrə 7, 8 və 9 Zilhiccə günlərində tutulması əfdaldır. Təməttü həccində bu oruc hələ həcc üçün ehrama girilmədən, umrə ehramından sonra da tutula bilər.   


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину