Facebook Twitter WhatsApp

Fərzin yanında nafilənin qiyməti

Sual: Həcdə ölməkdən qorxuram. Həccə getmək yerinə bir xeyriyyə cəmiyyətinə yardım edən eyni savaba qovuşurmu? Bu uyğun deyilsə həccin qəbul olması üçün nələrə diqqət etmək lazımdır?

CAVAB

Hər hansı bir şəxs həccə getməyib onun yerinə min ədəd məscid, min ədəd məktəb, min yoxsula ev tikdirsə, həccə getmə savabı ala bilməz. Zəkat verməyib onun yerinə min ədəd məscid, min ədəd məktəb inşa etdirsə, bir qəpiklik zəkat borcunu ödəyə bilməz. Namaz qılmayan da bir vaxt namazın yerinə  min ədəd məscid, min ədəd məktəb inşa etdirsə, bir vaxt namazın borcunu ödəyə bilməz.

İmam Rəbbani həzrətləri buyurur ki:

“Fərz ibadətin yanında nafilə ibadətlərin heç qiyməti yoxdur. Dəniz yanında damla qədər belə deyil. Lənətlənmiş şeytan bəzi insanları aldadaraq fərzləri kiçik göstərir. Nəfiləyə qiymət verdirmir. Zəkat verdirməyib nafilə sədəqələri gözəl göstərir. Halbuki, zəkat niyyətilə yoxsula bir qızıl vermək yüz qızıl sədəqə verməkdən daha savabdır. Çünki zəkat vermək fərzdir.

Fərz olan həcci yerinə yetirdikdən nafilə həccə getməyib onun yerinə yaxınlarına, yoxsullara kömək etmək əlbəttə çox savabdır. Fərz olan həccə getməyə çalışmaq lazımdır. Bir dəfə fərz olan həcci yerinə yetirmək iyirmi dəfə Allah yolunda savaşmaqdan daha savabdır. Hədisi-şərifdə buyuruldu ki: “Həcc suyun kirləri təmizlədiyi kimi günahları yox edər” [Tabərani]

Qəbul olan həcc qılınmamış namazların, tutulmamış orucların, verilməmiş zəkatların günahlarının bağışlanmasına səbəb olmaz. Bunları gecikdirmə günahlarının bağışlanmasına səbəb olur. Qul borcları da verilmədikcə və ya halallaşmadıqca ödənmiş olmaz. Qul və Haqq borcundan başqa günahlar bağışlanır. Hədisi-şərifdə buyuruldu ki:

“Ərəfatda vaqfəyə durub, lakin günahlarının əfv edilmədiyini zənn edən mömin böyük günaha girmiş olar” [Xatib]

Həccin qəbul olması üçün həccin fərzlərini, vaciblərini və sünnətlərini yerinə yetirməyə çalışmaq, niyyəti düzəltmək, riya qarışdırmamaq, borcları varsa ödəmək, haqq sahibləri ilə halallaşmaq, günahlara tövbə etmək lazımdır. Bunlara riayət edilərək edilən həcc məqbul olar. İki hədisi-şərif məali:

“Həcc edin ki, möhtac olmayasınız! Səfərə çıxın ki, sağlığa qovuşasınız” [Şira]

“Həcc zənginliyə, zina yoxsulluğa səbəb olur” [Tabərani]

Həccə gedən başqalarına sıxıntı vermədiyi kimi, onlardan gələn sıxıntılara da qatlanmalı, mülayim davranmalıdır. Hədisi-şərifdə buyuruldu ki:

“Mülayim olmayan xeyir işləməmiş olar” [Müslim]

Sərt, vurub-dağıdan olmaqdan da qaçmaq lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

Sərtlikdən, çirkin şeydən çəkinin! Mülayimlik insanı bəzəyər, çirkinliyi aparar” [Müslim]

Həccə gedərkən orda ölməkdən qorxmamaq lazımdır. Hətta həcc yolunda ölməyi qənimət bilmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Həccə gedərkən və ya gələrkən ölənin bütün günahları əfv olur. O şəxs hesaba çəkilmədən və əzab görmədən Cənnətə gedər” [İsfəhani]

Dənizdə damla deyil

Sual: Bəziləri, “Həccə getmək yerinə o pulu möhtac bir insana vermək həccə getməkdən daha yaxşıdır. Nəzir qurbanını kəsmək yerinə onun pulunu bir yoxsula vermək daha yaxşıdır” deyir. Onun üçün heç həccə getməmək və heç qurban kəsməmək lazımdır?

CAVAB

Qurban deyə nəzir edincə onu ilk qurban bayramında kəsmək lazımdır. Kəsilməzsə artıq bird aha kəsilməz. Qurban deməyib nəzir deyilsə hər zaman kəsə bilər. 

Yoxsula yardım etmək, sədəqə vermək nəzir yerinə keçməz. Sədəqə vermək və ya yoxsullara yardım etmək həcc yerinə keçməz. Belə söyləyənlərin ya dindən xəbəri yoxdur, ya da qəsdən ibadətləri pozmaq üçün belə şeylər uydururlar. Həcc fərzdir, sədəqə isə nafilə. Qurban vacibdir, sədəqə isə nafilə. Nafilə vacibin və fərzin yerinə keçməz. Yoxsula yardım etmək nafilə ibadətdir. Həcc isə fərzdir. Qurban isə vacibdir. Nəzir də vacibdir. İmam Rəbbani həzrətləri buyurur ki:

“Fərzin yanında nafilənin heç qiyməti yoxdur. Dəniz yanında damla belə deyil”

İnandığın kim yaşamasan, yaşadığın kimi inanmağa başlayarsan. Bunun üçün Həzrəti Ömər buyurur ki:

“Dininizi doğru öyrənin, buna uyğun yaşayın. Yoxsa yaşadığınızı din zənn edərsinin”.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину