Sual: Həccə gedənin bütün günahları əfv olur deyilir. Buna namaz, oruc və qul borcu da daxildir?
CAVAB
Həccə gedib gələnin deyil, həcci qəbul olanın günahları əfv olur. Hədisi-şəriflərdə buyuruldu ki:
“Qəbul olmuş bir həcc keçmiş günahları yox edər.” [Beyhəqı]
“Həcc edib pis söz söyləməyən və doğruluqdan ayrılmayan, anasından doğulduğu günki kimi günahsız olar.” [Buxari]
Həccin səhih və qəbul olmasının şərtləri vardır. Səhih olması üçün vaxtında həcc edilməsi lazımdır. Qəbul olması üçün də həccin səhih olması, o kimsənin etiqadının düzgün olması, bidət əhli olmaması kimi şərtləri vardır. Hədisi-şərifdə buyuruldu ki:
“Bidət işləyənin orucu, həcci, cihadı qəbul olmaz.” [Deyləmi]
Həcc, səhih və qəbul olsa da qul borcları, namaz və oruc borcları ödənmiş olmaz. Qul borclarını ödəmək? namaz və oruc borclarını qəza etmək surətiylə ödəmək lazımdır.
Bir kimsə tövbəyi-nasuh (bir daha pozmamaq üzrə edilən tövbə) edərsə günahları əfv olar. Namazlarını qəza etmədikcə yalnız tövbə ilə əfv olmaz. Qəza etdikdən sonra tövbə edərsə, əfv olması ümid edilir. Əvvəl düzgün bir etiqada sahib olmaq, bidətlərdən, çəkinmək, qul və Haqq borcunu ödəmək lazımdır.
В корзине: 0 шт.
на сумму: 0