Facebook Twitter WhatsApp

Şeytan daşlamaq

Sual: Bəziləri, şeytan daşlamağın əsası olmadığını söyləyirlər. Bu barədə hədis varmı?

CAVAB

Bir şeyin əsli olması üçün mütləq hədisi-şərif ilə bildirilməsi lazım deyildir. Dinimizdə dörd dəlil vardır. Bunların birisində varsa, başqa dəlil axtarılmaz. Bütün fiqh kitablarında şeytan daşlamağın vacib olduğu bildirilir.

Bu barədə bir neçə hədisi-şərif belədir:

“Ya Rəsulallah, bu daşları şeytana atmaqdakı mükafatımız nədir?” deyə soruşana, buyurdu ki:

“Bunun mükafatı ən çox möhtac olduğun Qiyamətdə, Rəbbinin qatında tapacaqsan!” [Tabərani]

 “İbrahim əleyhissəlam həcc etməyə gəldiyi vaxt ilk cəmrə[şeytan daşlama yerində] yolunu kəsən şeytana yeddi daş atdı. Şeytan yerə batdı. İkinci cəmrənin yanında görəndə yenə yeddi daş atdı. Şeytan yenə yerə batdı. Üçüncü daşlama yerində şeytanı təkrar görəndə, yeddi daş atıb onu yerin dibinə batırdı.” [Hakim, İbni Huzeymə]

Rəsulullah əfəndimizin şeytan daşlamağa piyada gedib gəldiyi Tirmizidəki hədisi-şərifdə bildirilir.

Sual: Hər il şeytan daşlanarkən izdiham olur, insanlar ölür. Buna çarə olaraq şeytanı gecə daşlamaq olmaz? Başqa bir yol tapıla bilməzmi, bir tədbir alına bilməzmi?

CAVAB

Hər cür tədbir alına bilər. Gecə də daş atıla bilər. Ancaq təşkil edəcək bir əmniyyətə ehtiyac vardır. Sadəcə bir tərəfdən gedib o biri tərəfdən çıxılsa yenə lazımlı tədbir alınmış olar. Gələnlərlə gedənlər eyni yolu paylaşanda izdihama səbəb olur. Təvafda da tədbir alınmır. Qadın-kişi, xəstə-sağlam qarışıq olur. Halbuki bəlli saatlarda qadınlar, yenə bəlli saatlarda kişilər ziyarət etsə rahat olar. İstanbulda hırkayı-şərifdə qadınların saatı ayrı, kişilərin saatı ayrıdır. Təvafda da belə edilə bilər.

Şeytana daş atarkən hərəkət edən nərdivanlar kimi zolaqlar edilə bilər, metro, qatar, tramvay salına bilər. Bir tərəfdən gedib o biri tərəfdən çıxarlar. Heç izdiham olmaz. Həll edilmək istənsə çarə çoxdur. Gecə də daş atmaq caizdir. Dinimizin hökmü aşağıda bildirilmişdir:

Minada, bayram günləri üç gün şeytan daşlanar. Bayramın birinci günü Minada, Cəmrəyi-Aqabə [Böyük Şeytan] deyilən yerdə iki yarım metrdən və ya daha uzaqdan Cəmrə [Böyük Şeytan] yerini göstərən divarın dibinə noxud qədər yeddi daş atılır. Ertəsi səhərə qədər caiz isə də o gün günortadan əvvəl atmaq sünnətdir. Bayramın ikinci günü, zöhr namazından sonra üç ayrı yerdə, yeddi daş atılır. Məscidi-Hıfə yaxın olandan başlanar. Əvvəl kiçik şeytan, sonra orta şeytan və böyük şeytana yeddi daş atılır, cəmi 21 daş edər.  

Bayramın üçüncü günü də belə yeddi daş atılır ki, hamısı 49 daş olur. [Eynilə ikinci günkü kimi.] Bu daşları günortadan əvvəl atmaq məkruhdur. [Birinci gün günortadan əvvəl atılır, ikinci və üçüncü gün günortadan sonra atılır.]

Üçüncü günü günəş batmadan əvvəl, Minadan çıxılır. Dördüncü gündə Minada qalıb səhərdən günəşin batışına qədər dilədiyi vaxt 21 daş daha atmaq müstəhəbdir. [Kiçik, orta və böyük şeytana yeddi daş atılır.]

Dördüncü günü səhərə qədər Minada qalıb daş atmadan ayrılarsa, cəza olaraq qoyun kəsmək lazımdır. (S.Əbədiyyə)