Facebook Twitter WhatsApp

Yeyib-içməklə əlaqədar müxtəlif suallar

Sual: Sirkə və bəhməz zamanla şərab halına gələrmi?

CAVAB

            Xeyr, gəlməz.

Sual: Yeməklər və qidaların içində jelatin adlanan bir maddə var, çoxları bunun ümumiyyətlə donuzdan eldə edildiyini bildirir. Bu doğrudurmu? Yəni, tərkibində jelatin olan yeməklərdən uzaq dayanmaq lazımdır?

CAVAB

            Dinimizdə ölçü vardır. Yeyilən qidada donuz yağı olduğu qəti olaraq bilinmirsə, yeyib-içməkdə zərər yoxdur.

Sual: Yemək qablarını bağlı tutmaq lazımdır?

CAVAB

            Gecə heç bir yeməyi üstü açıq buraxmamaq lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

            “Yemək-içmək qablarını bağlayın, ildə bir gecə vəba enər, bağlanmayan qabların içinə düşər. Üstünü bağlamağa bir şey olmazsa, Bəsmələ ilə bir çubuğu üstünə qoyun.” (Müslim)

            Hər zaman tərtibli, nizamlı olmaq, təmizliyə riayət etmək çox yaxşı olar. Hədisi-şərifdə buyuruldu ki:

            “Qab-qacağı yumaq, evi təmiz saxlamaq zənginliyə səbəb olar.” (Hatib)

Sual: Xaşxaşlı çörək yemək günahdırmı?

CAVAB        

            Günah deyildir. Çörəklərə qoyulan xaşxaşın toxumudur. Toxumu yağlı bir maddədir, içində tiryək yoxdur. Toxumdan yağ da çıxarılır. Yağında da, posasında da (suyu alınmış hər cür qida maddəsinin artığı) tiryək yoxdur. Xaşxaşın tiryək qismi kapsulasında olur. Bu qismi onsuz da çörəklərə qoyulmur.

Sual: Qrip olanda burnum tutulur. Spirtli dərmanın buxarını tənəffüs etmək caizdirmi?

CAVAB

            Bəli, amma spirtsizi varsa daha yaxşı olar.

Sual: Kakao likörü olan şokoladı yemək caizdirmi?

CAVAB

            Likör — meyvə, spirt və ətir qarışımından hazırlanan bir içkidir. Xaricdən gələn likörlü şəkər və şokoladlar vardır. Bunları yemək caiz deyildir. Ancaq, kakao likörü, likör qarışmış kakao deyildir. Qovrulmuş kakao toxumunun üyüdülərək maye halına gətirilmiş şəklidir. İçində spirt yoxdur. Bir çox kəlimədən doğru istifadə edilmir. Məsələn “Möcüzə yaratdı” deyirlər. Möcüzə kəliməsi peyğəmbərlərdən başqası üçün istifadə edilməz. Yaratmaq da tək Allaha məxsusdur. Yanlış sözdən istifadə etməkdən çəkinmək lazımdır!

Sual: Quş və ya başqa heyvan şəklində tort hazırlamaq caizdirmi?

CAVAB

            Xeyr. Mübahlarda da dinə riayət etməkdə xeyir-bərəkət vardır.

Sual: Bir nəfər başqa yerdəki dostuna verməyim üçün bir qutu şokolad verdi. Yolda şokoladın yarısını yedim. Çatanda, şokoladların yarısını yediyimi söyləyib halallaşdım. Xəbərsiz yediyim üçün günah oldumu?

CAVAB

            Əmanətə  xəyanət etmişsiniz. Halallaşmadan ölə bilərdiniz. Ancaq, halallaşdığınıza görə yalnız məkruh olur. (Hindiyyə)

Sual:  Siqaret az çəkincə günah olmayırsa, bəzi otlar var onlar günah olmaz deyirlər, heroin daha yüngüldürmü?

CAVAB

            Heroin yüngül deyil, çox qüvvətli narkotikdir. Sərxoş etməyən otları yeməkdə zərər yoxdur. Sərxoş edənləri də sərxoş etməyəcək qədər yemək caizdir.

Sual: Bir xoca “Bulaşıqları səhərə saxlamaq günahdır, kasıbçılığa səbəb olur. Çünki sabah edərəm deyənlər həlak olar buyurulur” dedi.  Doğrudurmu?

CAVAB

            İmkan varsa hər işi vaxtında etmək, sabaha saxlamamaq yaxşı olar. Ancaq, bulaşıqları səhərə saxlamaq günah deyildir. “Sabah edərəm deyən həlak oldu” hədisi-şərifi tövbə kimi fərz olan ibadətlərlə əlaqədardır. Yoxsa bulaşıq yumaqla əlaqədar deyildir. Kasıbçılığa səbəb olanlar arasında bulaşıqları gec yumaq deyə bir şey yoxdur. Hədisi-şərifdə kasıbçılığa səbəb olanlar sadalanarkən “Qab-qacağı yumadan yemək qoymaq, qab-qacağı üstü açıq saxlamaq” buyurulur. Bulaşıqları səhər yuyub təmiz vəziyyətdə qoyanda zərəri olmaz. Yeməklərin üstünü açıq qoymaq da uyğun deyildir. Soyuducuya qoyanda açıq qoyulmamış olur. Yaxud örtəcək bir şey tapa bilməyən bəsmələ ilə bir çubuq belə qoysa caizdir.

Sual: Çox ət yemək qəlbi qaraldarmış. Çox yeməyin ölçüsü nədir?

CAVAB

            Davamlı qırx gün yeyilərsə çox yeyilmiş olar.

Sual: Ağız qoxusu olmasın deyə saqqız çeynəmək olarmı?

CAVAB

            Bəli, olar.

Sual: Ətin üstündəki qan başqa ətə bulaşsa nəcis olarmı?

CAVAB

            Xeyr. Axan qan nəcisdir. Axmayan, ətdəki qan nəcis olmaz.

Sual: Mentollu dəsmalda spirt vardırmı?

CAVAB        

            Yoxdur.

Sual: Spirtli içki verən restoran sahibinin hədiyyə etdiyi yeməyi yemək caizdirmi?

CAVAB

            Caizdir. Çünki malının çoxu haram deyildir.

Sual: İylənmiş ət nəcisdir?

CAVAB

            Deyildir.

Sual: İnternatın personalı, internatın yeməyini yeyə bilərmi?

CAVAB

            Yeyə bilər. Yetimin vəlisi onun malından yeyə bilər.

Sual: Şəfa ayələrinin nüsxəsini suya salıb suyu içmək caizdirmi?

CAVAB

            Bəli.

Sual: Mülci-ikrah (ölümlə hədələmə) ilə şərab içməyən günaha girərmi?

CAVAB

            Caizliyini bilməyən, içməyib öldürülərsə şəhid olar.

Sual: Holland pendirləri yemək caizdirmi?

CAVAB

            Bəli.

Sual: Dəstəmaz alıb krandan su içmək, dəstəmazdan artıq qalan suyu içmək kimi şəfadırmı?

CAVAB

            Bəli.

Sual: “Mən yox ikən masamın üstündəki şəkərdən götürün” deyirəm. Aparmaları caizdirmi?

CAVAB

            Orada yemələri caizdir. Aparmaları caiz deyildir.

Sual: “Ev sahibi şəkər qutusunu bir yoldaşa verib, qonaqlara istədiyin kimi payla desə, o da kiminə bir dənə, kiminə bir neçə dənə versə, kimi orada yesə, kimi evinə aparsa caiz olmaz” deyilir. Doğrudurmu?

CAVAB        

            Doğru deyil, səhvdir. Heç zərəri olmaz. Vəkil, əsl kimidir, əskik və ya çox verə bilər. Verilən şey alanın mülkü olduğu üçün istər orada yeyər, istər evinə aparar.

Sual: Oğurladığı südü içdikdən sonra zərərini ödəsə, halal olar?

CAVAB

            Bəli.

Sual: Çöllərdə axar sular, çaylar üstü açıq olaraq axır. Bu sular içilərmi, belə sular ilə dəstəmaz alınarmı?

CAVAB

            İçinə nəcis qarışmırsa üstünün açıq olmasının zərəri olmaz.  Ümumiyyətlə axar su çirkli olmaz. Hədisi-şərifdə, “Rəngi, dadı və qoxusu dəyişməyən su təmizdir, nəcis deyildir”  buyurulur. (Dürər)

Sual: Qəti icazə verəcəyi bilinən adamın malını yemək caizdirmi?

CAVAB

            Caizdir. Amma sui-zənnə səbəb olacaq şeydən uzaq durmaq lazımdır.

Sual: Uşr verməyən qohumun yeməyini yemək caizdirmi?

CAVAB        

            Fitnəyə, harama səbəb olmamaq üçün caizdir.

Sual: Zəmzəm ilə çay qaynatmaq məkruhdurmu?

CAVAB

            Bəli.

Spirtin sirkələşməsi

Sual: Turşunun içinə dəymiş üzüm salxımı atılır.  Zamanla üzümdə spirt təşəkkül edir, spirt də zamanla sirkə olur. Turşuya belə dəymiş üzüm qoymaq caiz olarmı?

CAVAB

            Sonda sirkə olduğu üçün zərəri olmaz. Üzüm suyundan sirkə hazırlanarkən də, əvvəl spirtə çevrilər, sonra sirkələşər. Sirkələşəndə istifadə etməyin zərəri olmaz.

Sual: Beş yoldaş bir otaqda işləyirik. Siqaret çəkməyən çəkəndən narahat olur. Siqaret çəkməyə qadağa qoyulsa, çəkən narahat olur. Siqaretdən xəstə olan olur. Nə etmək lazımdır?

CAVAB

            Zərərə mane olmaq lazımdır.

Sual: Bir yerli qəzetdə bu xəbər var idi: “Tərəvəzləri sulamaq üçün kanalizasiya sularını toplayırıq”

            İnsan nəcisindən gübrə kimi istifadə etmək və belə sulanmış tərəvəzləri yemək caizdirmi?

CAVAB

            Tək insan nəcisindən istifadə etmək caiz deyildir. Torpaq və ya başqa şeylə qarışıq satmaq və istifadə etmək caizdir. İnsan və ya heyvan nəcisi ilə sulanmış tərəvəzləri yuyub yemək caizdir. Kanalizasiya suyu ilə sulanmış tərəvəzləri yemək caiz deyildir. (S. Əbədiyyə)

Sual: Evdə sular kəsiləndə içmək, dəstəmaz almaq kimi bir ehtiyac üçün məscid həyətindən su götürmək caizdirmi?

CAVAB

            Caizdir.

Donuz əti kəsilən bıçaq

Sual: Donuz əti kəsilən bıçaqla qoyun əti kəsilir. Belə əti yemək caizdirmi?

CAVAB

            Bıçağı yuduqdan sonra qoyun ətini kəsmək lazımdır. Donuz əti kəsilən bıçaqla kəsilən qoyun ətini yuduqdan sonra yemək lazımdır.

Pis yeməyi yemək

Sual: İki Müsəlmandan birisi bir yeməyə natəmiz, digəri təmizdir desə, o yemək yeyilirmi?

CAVAB

            Təmiz deyənə etibar edilir. (İbni Abidin)

Sual: Xoruz tüfənglə vurularaq öldürülsə yeyilməsi caiz olarmı?

CAVAB

            Xeyr, caiz olmaz, çünki xoruz ov heyvanı deyildir. Tüfənglə vurularsa, ölmədən əvvəl kəsmək lazımdır. Kəsilməzsə yeyilməz. (Bədayi)

Təzəklə isidilən soba

Sual: Təzəklə isidilən sobada bişirilən çörəyi yemək olarmı?

CAVAB

            Nəcasət yandığı zaman külü təmiz olduğu üçün zərəri yoxdur.

Günah işləyənin yeməyi

Sual: Böyük günah iş görən, lakin qazancı halal olanın yeməyini yemək caizdirmi?

CAVAB

            Bəli, lazım olduğu zaman yemək caizdir. Məsələn, spirtli içki verən restoranın yeməyini yemək caizdir.

Sual:  Qadınların yığıncağına getdiyim vaxt orada yeyib içirik, hətta bizə hədiyyə də verirlər. Onlara ərlərinin icazə verib vermədiyini bilmirik. Orada yeyib içməyin bir zərəri vardırmi?

CAVAB

            Ev sahibinə sui-zənn (yalnış düşünmək) caiz deyildir. Hazırlananları yeyib içməkdə və verilən hədiyyəni götürüb evə aparmaqda zərər yoxdur.

Ölü qoyunun südü

Sual: Ölmüş qoyunun südü içilərmi?

CAVAB

            Hənəfi məzhəbində təmizdir, içilər. Şafiidə nəcasətdir, içilməz.

Vegetarian olmaq

Sual: Vegetarian olmaq, yəni heç ət yeməmək, əti özünə zərərli görmək dinə uyğundurmu?

CAVAB

            Ət yeməmək günah deyilsə də, əti zərərli bilib, özünə haram etmək caiz olmaz. Bir ayəti-kərimə məali belədir:

            “Ey iman edənlər! Allahın sizə halal etdiyi, təmiz şeyləri haram etməyin və həddi aşmayın. Allah həddi aşanları sevməz” (Maidə 87)

            Hər gün ət yemək qəlbə sıxınıtı verər. Heç ət yeməmək isə əxlaqı pozar. (Şirə şərhi)

Toyuğun boynunu qoparmaq

Sual: Boynu qoparılaraq öldürülən toyuğu yemək caizdirmi?

CAVAB

            Xeyr.

Pasxa çörəyi

Sual: Xristianların pasxa günlərində bişirdiyi çörəklər şirniyyat dükanlarında bişirilib satılır. Bu çörəyi pasxa xaricində yeməkdə zərər vardırmı?

CAVAB

            Pasxa xaricində yeməkdə zərər yoxdur.

Dəvətsiz qonaq

Sual: Çay dəvəti olan bir yerə tanışdır deyə dəvətsiz gedənin orada yeyib içdiyi haram olar?

CAVAB

            Qapıdan girərkən buyur deyilmişsə, icazə verilmiş sayılır. İkram edilən süfrədən yeyib içmək caiz olar.

Qızıl və gümüş tozu yemək

Sual: Qızıl və gümüş tozu şokoladların içinə qoyulur. Pudinq və sıyıq kimi şirniyyatların da üstünə səpilir. Bu qidaları yemək caizdirmi?

CAVAB

            Caizdir. Bədənə zərər verməyən və nəcasət olmayan şeyləri yeyib-içmək caizdir. Bədənə zərər verənləri və nəcasət olanları yemək caiz olmaz.

İki gündə üç pay

Sual: Kəffarələrə baxanda, həmişə kasıbın səhər və axşam doydurulmasından bəhs edilir. Sağlamlıq baxımından iki dəfə yemək yaxşıdır, yoxsa iki gündə üç dəfə yemək?

CAVAB

            Gündə iki dəfə yemək caizdir. Ən yaxşısı isə iki gündə üç dəfə yeməkdir. Ancaq ehtiyaca və iş şərtlərinə görə  az və ya çox yemək də caizdir.

Bal, zeytun və çörəkotu

Sual: “Mələklər evində bal, zeytun və çörəkotu olana istiğfar edərlər” məalində bir hədisi-şərif vardırmı?

CAVAB

            Bəli. Mənakibi Cihar Yari Qüzin kitabında belə bir hədisi-şərif bildirilir.

Ziyafətin qəbul olması

Sual: Ziyafət yeməklərində stəkanların, qabların qırılması və ya buna bənzər xoşagəlməz və pis bir vəziyyətin meydana çıxması xeyrə əlamətdirmi?

CAVAB

            Bəli, xeyrə əlamətdir. İmam Rabbani həzrətləri buyurur ki:

            Dərdlərin, müsibətlərin acılığı, bir xəstəliyi yaxşı edən faydalı dərmanın acılığı kimidir. Pis niyyətlə, göstəriş, şan-şöhrət, hər hansı bir mənfəət üçün təşkil edilən bəzi ziyafətlərdə yeməkdə qüsur tapmaq və ya başqa surətlə edilən əziyyətlə ziyafət verənin qəlbinin qırılması, yeməkdəki zülməti, pis niyyətdən hasil olan günahı aradan qaldırmaqda qəbul olmasına səbəb olur. Əgər qonaqların şikayəti, tənqidi olmasaydı və ziyafət sahibinin qəlbi qırılmasaydı, yemək zülmətli və günah olacaq, qəbul edilməyəcəkdi. Qəlbinin qırılması qəbul olunmasına səbəb olur. (1/64)

Xurma çəyirdəyi

Sual: Xurma çəyirdəyini zibilə atmaq olmazsa, nə etmək lazımdır?

CAVAB

            Ağac dibinə və s. qoymaq lazımdır.

Ağacdakı meyvəni yemək

Sual: S. Əbədiyyədə, “Ağacdakı meyvə hədiyyə edilməz” deyilir, ancaq mal sahibi, “Bağçamıza gir, istədiyin qədər meyvə ye, istədiyin qədər al evinə apar, başqalarına da ver! Hamısı halal olsun” desə, o adam da yesə, başqasına versə, evinə aparsa halal olar?

CAVAB

            Sadəcə yedikləri halal olar. Evinə apardıqları və başqalarına verdikləri halal olmaz, çünki miqdarı bilinməyən yeməyin yeyilməsini halal etmək caizdir, amma miqdarı bilinməyən malı almaq üçün vəkil etmək, məchul və ayrı olaraq təslimi mümkün olan malı ayırmadan hədiyyə etmək səhih deyildir. (S.Əbədiyyə, Dürrət-ül-beyda)

Heyvanla əlaqəyə girmək

Sual: Qoyun kimi əti yeyilən və ya köpək kimi əti yeyilməyən heyvanla əlaqəyə girməyin hökmü nədir?

CAVAB

            Çox çirkin və böyük günahdır. Bunu sadist deyilən ruh xəstələri edər. Təcavüzə məruz qalan heyvan kəsilib yandırılır. Əti yeyilənin ətini yemək də caizdir. (S. Əbədiyyə)

Yanıq yemək

Sual: Qızardılan yeməklərin çox qızarmış yerini yemək haramdır?

CAVAB

            Xeyr, haram deyildir. Yanmışsa və yanıq da bədənə zərər verəcək qədər çoxdursa, o zaman yeyilməz.

Donuz südü ilə bəslənən quzu

Sual: Donuz südü ilə bəslənən quzunun əti yeyilir?

CAVAB

            Bəli, yeyilir. Nəcasət yeyən heyvanın ətinin yeyilə bilməsi üçün dəvə ilə mal 10, qoyun 4, toyuq 3 gün həbs  edilir, yəni nəcasət yedirilməz. (İbni Abidin – S. Əbədiyyə)

            Başqa bir qövlə görə, dəvə 40, mal-qara 20, qoyun-keçi 10, toyuq 3, sərçə 1 gün həbs edilir. (Hindiyyə)

Kobe danası

Sual: Kobe danasının əti ən yaxşı ət qəbul edilirmiş, ancaq bunlara pivə də içizdirilirmiş. Belə bir heyvanın ətini yemək caiz olarmı?

CAVAB

            Kobe danası da donuz südüylə bəslənən quzu kimidir. 10 gün pivə verilməyib kəsilərsə bir müşkülü qalmaz.

Eşşək südü

Sual: Eşşək südünün uşaqlardakı öskürəyə faydalı olduğu deyilir. Bunun üçün içirmək caiz olarmı?

CAVAB

            Ev heyvanı olan eşşəyin əti və südü tahrimən məkruhdur. Tək Maliki məzhəbində halaldır. Öskürək üçün mübah dərman tapılmazsa, faydalı olduğu da qətidirsə, içirilə bilər, belə bir ehtiyacdan ötrü Maliki məzhəbi təqlid edilərək də içirilə bilər.

Karton qutu

Sual: Karton qutuda satılan südləri içmənin zərərli olduğu deyilir, bunun əsli vardırmı?

CAVAB

            Xeyr, dini baxımdan zərəri yoxdur. Zamanla xarab ola bilər və ya içinə sağlamlığa zərərli maddə qoyula bilər. Belə bir vəziyyət olmadıqca zərəri olmaz.

Gecə yatarkən

Sual: Gecə xəstəlik yağdığı üçün yeməklərin və içkilərin üstünü örtmək lazım olduğu doğrudur?

CAVAB

            Bəli, doğrudur. Bir hədisi-şərif məali belədir:

            “Gecə açıq qabları örtün, səhəngləri bağlayın! Çünki, ildə bir gecə vəba enər və bu xəstəlik örtülməyən qabın və ya bağlanmayan səhənglərin içinə düşər.” (Müslim)

Göydən zəhər yağdığı da bildirilmişdir. Onun üçün evdə açıq olan qab-qacaq hər şeyi bağlamaq sünnətdir. Gecə açıq qapıları örtməklə əlaqədar hədisi-şəriflərdən ikisi belədir:

“Gecə yatarkən su qablarının ağzını ört, yemək qablarının üstünü ört! Əgər bağlayacaq bir şey yoxdursa, Bəsmələ çəkərək bir çubuğu üstünə qoy!” (Müslim)

“Gecə qapıları bağlayın, boş qabların da üstünü örtün və ya tərs çevirin!” (Buxari)

 Toy yeməyində

Sual: Ümumiyyətlə toy dəvətlərinə getdiyimiz zaman hər kəsin önünə yeməklər gəlir, bir də süfrəyə ayrıca bir qab içində meyvə, çörək, kürdan, kağız dəsmal qoyulur. Bunlardan istəyən istifadə edə bilir. Ortaya qoyulmuş bir şeylərdən orada istifadə etməyib evimizə aparsaq caiz olarmı?

CAVAB

            Toy sahibinin icazəsi olmadan onları aparmaq caiz olmaz. Üç kağız dəsmal aparıram, beş dişqurdalayan götürdüm demək lazımdır. Ortaya qoyulan çörək və meyvə kimi şeylər üçün, toy sahibi, “İstədiyiniz qədər yeyin, istədiyiniz qədər evə aparın” desə, sadəcə yedikləriniz caiz olar, evə aparılanlar caiz olmaz. (S. Əbədiyyə)

            Süfrəyə hər kəsin önünə adamların sayı qədər kağız dəsmal, odekolonlu dəsmal qoyulsa, bunları da icazəsiz götürüb evimizə apara bilmərik.

            Evə apararkən bu qədərini evə aparıram deyə toy sahibinə və ya o işlə səlahiyyətli birinə söyləmək lazımdır. O vaxt caiz olar. Bunları götürərkən, toy sahibi görmüşsə, yəni neçə dənə aldığını bilirsə, bunun zərəri olmaz, icazə vermiş deməkdir.

            Əgər bu hökm bilinmədən götürülübsə, alınanlar üçün tövbə etməli və toy sahibini axtarıb filan şeydən bu qədər götürdüm haqqını halal et, deyilməsi lazımdır. O halal etsə belə, icazəsiz götürməyin günahı üçün ayrıca tövbə etmək və bir daha icazəsiz götürməmək lazımdır.

Tibbi cəhətdən zərərlidirsə

Sual: Tibbi cəhətdən zərərli olan bir şey, dini cəhətdən də zərərli olarmı?

CAVAB

            Tibbi cəhətdən zərərli olan bir şey, dini cəhətdən də zərərli olar. Tibbi zərərli olmadığı halda dini zərərli olan çox şey vardır. Məsələn, Bəsmələsiz kəsilən quzu əti, tibbi cəhətdən zərərli deyilsə də, dini cəhətdən zərərlidir. Bir qaşıq şərab tibbi zərər verməsə də dinən haramdır.

            Bədənə zərər verən mübah şeylər dinən də zərərlidir. Məsələn, halaldan çox yeyilsə, doyduqdan sonra yeyilsə bədənə zərər verər və dinən də günah olar. Allergiya edən qidaları və meyvələri yemək də dinən caiz olmaz.

Duzlu şərab

Sual: Şərabın içinə duz qoyulanda sirkələşmə olurmuş. Şərabın içinə duz atıb içənlər olur. Bunun zərəri vardır?

CAVAB

            Əlbəttə zərəri vardır. Duz qoyulan kimi şərab dərhal sirkəyə dönməz. Zamanla sirkə halına gələrsə, ancaq o vaxt sirkəni yeməkdə zərər olmaz. Sirkələşmədən yeyilməz.

Tər nəcisdir?

Sual: Xüsusilə yayda çörək xəmiri yoğuran adamlar tərləyir və tərləri xəmirin içinə axır. Belə tər damlamış xəmirdən yoğrulmuş çörəyi yemək caizdirmi?

CAVAB

            Yoğurulan xəmirin içinə düşən tər az olsa zərəri olmaz.  (Hindiyyə)

Yumurtanı yumaq

Sual: Qabığını yumadan yumurtanı suda qaynadıb yemək haramdır?

CAVAB

            Yumurtanın qabığı nəcasət olmadığı üçün yumadan qaynadıb yemək haram olmaz, amma məkruh olar. Yuyaraq qaynatmaq lazımdır.

Pomidorda xaç işarəsi

Sual: Misirdə özlərinə Sələfi deyən məzhəbsizlərin pomidorun üfüqi kəsiləndə xaç şəklini aldığını, bu səbəblə pomidor yeməyin haram olduğunu söylədikləri qəzetlərdə yazılmışdır. Görəsən içlərində provokatorlar var? İslamiyyətdən soyutmaq üçün edilir?

CAVAB

            İçlərində provokatorlar olsa belə, digərlərinin də axmaq olduğu aydın olur. Belə bir şeyin dərc edilməsini necə uyğun görə bilərlər? Pomidor yaxud başqa bir tərəvəz və ya meyvə o şəkildə kəsilsə üstəgəl işarəsi çıxa bilər. Şeyx Əhməd vəsiyyətnaməsini də uyduranlar bunlardır. Coco Cola yazısını tərsdən oxuyanda La Muhamməd, La Məkkə yazılır, deyənlər də bu düşüncədə olan cahillərdir. İslamiyyətlə və Müsəlmanlarla lağ edilməsinə səbəb olurlar.

            Allahu təala qulları istifadə etsin deyə torpaqdan müxtəlif meyvə, tərəvəz kimi ruzilər bitirir. Bu ruziləri hansı məzhəbsiz haram edə bilər? Bir ayəti-kərimə məali belədir:

            “Allahın qulları üçün yerdən çıxardığı zinətləri və təmiz ruziləri kim haram edə bilər?” (Əraf 32)

Ölü toyuq yumurtası

Sual: Leş olaraq ölən toyuğun qarnından çıxan qabıqlı və ya qabıqsız yumurtalar yeyilir? Ölmüş qoyunun südü içilərmi?

CAVAB

            Yumurtalar yeyilir. Şafidə qabığı sərtləşməmişsə yeyilməz. Ölü qoyundan gələn süd də təmizdir, içilər. Şafidə isə nəcasətdir, içilməz.

At südü

Sual: At südü halaldır?

CAVAB

            At südü təmizdir, halaldır. Əti də halaldır, ancaq nəslinin azalmaması üçün ətini yemək məkruh deyilmişdir. (S.Əbədiyyə)

Göyərçin yemək

Sual: Yeyilməsi halal olan göyərçin, sərçə və kəklik kimi quşlar yeyilərsə, məhşərdə şikayətçi olacaqları deyilir. Belə bir şey vardırmı?

CAVAB

            Allahu təala hər şeyi insanların faydalanması üçün yaratmışdır. Əti yeyilən quşlar, kəsilib yeyildikləri üçün şikayətçi olmazlar. Hansı heyvan olursa olsun əziyyət etmək, əziyyətlə öldürmək haramdır. Dinimizin yeyilməsini halal qıldığı heyvanları kəsmək əziyyət deyildir, heç bir heyvan bundan ötrü şikayətçi olmaz.

            Bəzi səhvlər olan bir elmihal kitabında, “Yeyilməsi halal olan sağsağan, qumru, bülbül, kəklik quşlarını yeyənlərə bir bəla gələcəyi xalq arasında şayiə halına gəldiyi üçün yeyilmələri yaxşı deyildir” deyilir. Bu gün bu inancda olan insan yoxdur, olsa belə halal olan bir şeyi yeməklə insana bəla gəlməz. Xalqın batil və xurafə olaraq inandıqları şeylərə uymamaq lazım, hətta əksini edərək bunları ortadan qaldırmağa çalışmaq lazımdır. Məsələn, xalq arasında, “İlan öldürüləndə qardaşı intiqam alar, onun üçün ilan öldürmək olmaz” deyə bir batil inanc vardır. Halbuki Peyğəmbər əfəndimiz, “Namazda da olsanız, ilanı öldürün!” buyurur. (Nəsai)

            Rəsulullahın əmrinə uyaraq ilan harada görülərsə öldürmək lazımdır. Bir hədisi-şərif məali də belədir:

            “Hər ilanı öldürün! İlanın qisas almasından qorxan məndən deyildir.” (Nəsai)

             Göyərçin, sərçə və kəklik halal edilmişkən, yeməyib bunları özünə haram etmək çox səhvdir. Bir ayəti-kərimə məali belədir:

            “Ey iman edənlər! Allahın sizə halal etdiyi yaxşı və təmiz şeyləri özünüzə haram etməyin və həddi aşmayın! Allah həddi aşanları sevməz.” (Maidə 87)

            Həddi aşmayaq, göyərçini, kəkliyi və sərçəni özümüzə haram etməyək.

Bal mumundan istifadə etmək

Sual: “Bal şanının içində qida olan şəkər də olduğu üçün tük tökməkdə istifadə edilməsi  caiz olmaz” deyilir.  Bal şanından istifadə etmək şəkərə təhqir olur?

CAVAB

            Fiqh kitablarında, “İpək kimi pula dəyər şeylərlə, zəmzəmlə, kağızla istinca (təharət)  tahrimən məkruhdur. Boş kağıza da hörmət lazımdır” deyilir. Ancaq, istinca üçün istehsal edilən ayaq yolu kağızından dəsmal kimi istifadə etməkdə zərər yoxdur.  Duz da bir qidadır, amma, kanalizasiyanın donmaması üçün lağıma duz qoymaq caizdir. Bir ehtiyacdan ötrü suyunu çıxarmaq üçün qida olan üzümü ayaqla tapdalamaq caiz olduğu kimi, yenə qida olan çörək xəmirini yoğurmaq üçün ayaqla tapdalamaq da caizdir. Şəkər qida isə də tükləri təmizləmək üçün hazırlanan bal şanından o iş üçün istifadə etməkdə zərər yoxdur. Çünki bunlar təhqir qəsdiylə deyil, bir ehtiyacdan ötrü edilir.

Donuz əti yemək

Sual: Aclıqdan və susuzluqdan öləcək adam şərab içə bilərmi, leş, donuz və insan əti yeyə bilərmi?

CAVAB

            Bəli, ölməyəcək qədər içməsi, leş, donuz və insan əti yeməsi caiz olar. Amma canlı insanın ətindən yeyə bilməz. S. Əbədiyyədə Bezzaziyyə fətvasından alınaraq deyilir ki:

            “Bir nəfər ac olub yemək üçün leş belə tapa bilməyənə, qolumdan kəs və yeyərək ölümdən xilas ol desə, kəsməsi caiz olmaz. Zərurət halında da (canlı) insan əti halal olmaz.”

            Yenə S. Əbədiyyədə nəfəqə bəhsində, “Diri insanın orqanını, ətini yemək caiz deyildir” deyilir. Zərurət halında ölü insanın ətini yeməyin caiz olduğu, amma vəfat etmiş olsa da, peyğəmbərlərin ətinin caiz olmadığı Dürr-ül-Muxtar-da yazılıdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину