Facebook Twitter WhatsApp

Zəkatı-şəri nə deməkdir?

Zəkatı-şəri nə deməkdir?

Sual: Tam Elmihalda “Zəkatı-şəri, ixtiyari və zəruri olmaqla iki yerə ayrılır” deyilir. Burada zəkat nə mənaya gəlir? İxtiyari və zərurisi necə olur?

CAVAB

            Zəkat kəlimə olaraq, bərəkət, artım, təmizlik, təharət kimi mənalara gəlir. Bildiyimiz zəkat da malı çirkdən təmizləməkdir. Zəkat kəliməsinin buradakı mənası, ev və ya yabanı heyvanları dinə uyğun şəkildə öldürərək təmiz vəziyyətə [yeyiləcək və ya başqa şəkildə istifadə ediləcək hala] gətirmək deməkdir. Məsələn, boğaraq, şişləyərək, elektrik verilərək öldürülən quzunun əti yeyilməz, leş olar.

            İxtiyari zəkat, dəvəni və digər ev heyvanları dinə uyğun şəkildə kəsmək deməkdir. Yəni, öz istəyimizlə heyvanı yıxıb dinə uyğun şəkildə kəsirik.

            Zəruri zəkat, ov heyvanlarını dinə uyğun şəkildə yaralayaraq öldürmək deməkdir. Ov heyvanlarını məsələn, bir aslanı qulağından tutaraq yerə yatırıb kəsə bilmərik. Onu ancaq silahla öldürə bilərik. Onun üçün buna zəruri zəkat deyilir.

            Zəkatı-şəri ilə (dinə uyğun şəkildə) öldürülən heyvan təmiz olar. Yəni ev heyvanı bəsmələ çəkərək kəsilmişsə, ov heyvanına güllə bəsmələ ilə atılmışsa, ov iti ova bəsmələ ilə göndərilmiş isə öldürülən heyvanı yemək halal olar.

            Zəkatı-şəri ilə öldürülən heyvan, yeyilməsi halal olan maral, dovşan, kəklik kimi heyvanlardan isə yeyilir, yeyilməsi halal olmayan, tülkü, dələ, aslan kimi heyvanlardan isə başqa surətlə istifadə edilir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину