Facebook Twitter WhatsApp

Halal qidanın əhəmiyyəti

Sual: İndiki uşaqlar istənildiyi kimi niyə tərbiyə edilmir?

CAVAB

Uşağı halal qida ilə bəsləmək lazımdır! Haram qidanın təsiri uşağın daxilinə işləyər, uşaqda uyğun olmayan işlərin meydana gəlməsinə səbəb olar. Hədisi-şərifdə “Yeyib içdikləriniz halal, təmiz olsun! Uşaqlarınız, bunlardan hasil olur” buyuruldu.

Uşaqları əxlaqsız qadınlara da əmizdirməmək lazımdır! Peyğəmbər əfəndimiz axmaq qadınları da süd ana olaraq tutmamağı, südün pis təsirinin olacağını bildirir. Buradan kafir qadını süd ana olaraq tutulmaz mənası çıxarılmamalıdır! Çünki fiqh alimi İbni Abidin  həzrətləri, “Kafir qadının müsəlman uşağa və müsəlman qadının kafir uşağa süd ana tutulması caizdir” buyurur. (Rədd-ül Muxtar)

İbrahim Əthəm həzrətlərinə gecə gündüz ibadət edən, vəcdə gəlib özündən keçən bir gəncdən bəhs etdilər. Gəncin yanına gedib üç gün qonaq qaldı. Çox əcaib hallar gördü. Gəncin bu halının şeytandan olub olmadığını öyrənmək istədi. Yediyinə baxdı. Halaldan deyildi. Bu halların şeytandan olduğunu anladı. Gənci evinə dəvət etdi.  Gəncə halal yemək verdi. Gəncdəki əvvəlki eşq və hallar qalmadı. Gənc, mənə nə etdin, dedi. İbrahim Əthəm həzrətləri gəncə, “Səndəki hallar şeytandan idi. Halal yediyin zaman şeytan girə bilmədi. Əsas halın meydana çıxdı.” buyurdu. (Təzkirətü-övliya)

Haram yemək qəlbi qaraldar, xəstə edər. Zünnuni-Misri həzrətləri buyurdu ki:

Qəlbin qaralmasının dörd əlaməti vardır:

  1. İbadətin dadını hiss etməz.
  2. Allah qorxusu yadına gəlməz.
  3. 3.  Gördüklərindən ibrət almaz.
  4. Oxuduqlarını, öyrəndiklərini anlayıb qavraya bilməz.

Muhamməd ibn Fadl Bəlhi həzrətləri də buyurdu ki:

Qəlbin qaralmasına 4 şey səbəb olur:

  1. Öyrəndiyi ilə əməl etməmək
  2. Bilməyərək etmək.
  3. Bilmədiklərini öyrənməmək.
  4. Başqasının öyrənməsinə mane olmaq.

Nəfs pis istəklərdən (dinin qadağan etdiyi şeylərdən) qurtulanda qəlb təmizlənir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину