Sual: Biz Avropada yaşayırıq. Donuz yağından düzəldilən sabunlardan və şərab sirkələrindən istifadə etmək caizdir?
CAVAB
Kafir Müsəlman olanda tərtəmiz olduğu, hətta günahları savaba çevrildiyi kimi, şərab da tamamilə sirkəyə dönəndə, damcısı haram ikən, tərtəmiz sirkə olur. Keyfiyyətli üzümlərdən hazırlanan bir şərabın sirkəsi də keyfiyyətli olur. “Əl-Fiqhi ələl məzahibil-ərbəa” kitabında bildirilən bir hədisi-şərifdə, “Ən yaxşı sirkə şərabdan hazırlanandır” buyurulur. (Beyhəqı)
Şərab sirkəyə, donuz yağı da sabuna çevriləndə təmiz olur. Bütün kimyəvi dəyişmələr belədir. (Rədd-ül muxtar, Tahtavi, Dürər, S. Əbədiyyə)
Azğın bir kafir Müsəlman olanda, bütün günahları əfv edilir, tərtəmiz bir Müsəlman olur. Hətta günahları savaba çevrilir. (Furqan 70)
Qəhrəmanlığı, igidliyi ilə məşhur bir kafir Müsəlman olanda, qəhrəman bir Müsəlman olur. Həzrəti Ömər tək başına Rəsulullah əfəndimizi öldürməyə gedən birisi idi. Müsəlman olduqda Kəbəyə gəlib açıqdan ibadət etdi. Hər kəs gizli hicrət edərkən, o gündüz açıqdan getdi. Gedərkən də xəbər verdi. “Anasını ağlatmaq, zövcəsini dul buraxmaq istəyən varsa gəlsin” deyə meydan oxudu. (Miratı-Kainat)
В корзине: 0 шт.
на сумму: 0