Sual: İnsan və əşyanın daşınması üçün nəqliyyat vasitəsini kirayə götürdükdə, vasitə yolda xarab olsa nə etmək lazımdır? Ustanın gördüyü işi müəyyən müddət üçün zəmanət verməsi səhih olarmı?
Cavab: Bir yerdən başqa bir yerə getmək üçün müəyyən bir heyvan, avtomobil, motosiklet, yük maşını kirayə götürüldüyü kimi, həmçinin müəyyən insanın və ya əşyanın aparılmasını də razılaşmaq olar. Vasitə yolda xarab olsa, bir icarə sözləşməsində müştəri muhayyər (sözləşmədən imtina etmək) olub, istəsə təmir olunana qədər gözləyər, istəsə imtina edib oraya qədər olan pulu verər. Digər sözləşmədə isə vasitə sahibi başqa vasitə ilə dərhal aparmağa məcburdur. Vasitədən əşyanı daşımaq də ona aid olur. Yol təhlükəli olsa geri dönmək lazım olsa, heç bir ödəniş verilməz.
Hamam və həcəmət pulu almaq caizdir. Erkək heyvanın dişi ilə cütləşdirmək ödənişini almaq olmaz, haramdır. [Dişi erkəyin olduğu yerə aparılsa, erkək heyvanın sahibinə yem və xidmət xərcı ödənməlidir.] Ustanın gördüyü işi bəlli bir müddət üçün zəmanət verməsi səhih deyil. Bu müddət ərzində xarab olsa təmir etməyə məcbur deyil. (Tam İlmihal s. 871)
В корзине: 0 шт.
на сумму: 0