Facebook Twitter WhatsApp

Axirət qardaşı seçərkən

Sual: Bir kişi bir qadınla axirət qardaşı ola bilərmi? Ola bilərsə, kişi ona yenə yaddır? Axirət qardaşlığı üçün diqqət ediləcək xüsuslar nələrdir?

CAVAB

Kişi ilə də qadınla da axirət qardaşı olmaq caizdir. Ancaq, axirət qardaşı yenə yaddır, qadın isə yenə naməhrəmdir. Hədisi-şəriflər də buyurulur ki:

“Allah üçün axirət qardaşlığı olan axirətdə öz qardaşından daha faydalı köməkləri ondan görər. Kim axirət qardaşını nə qədər çox sevərsə Allahu təala da onu o qədər çox sevər.”  [Ey Oğul Elmihalı]

“Allah üçün dost olan Cənnətdə heç bir əməli ilə çata bilməyəcəyi dərəcəyə çatar.” [İ.Əbiddünya]

“Allah yolunda bir dost edəni Allahu təala əfv edər.” [İ.Rafii]

“Çox dostunuz olsun! Çünki Rəbbiniz kərimdir. Qiyamətdə dostları arasında din qardaşlarının içində olan quluna əzab etməkdən həya edər.” [Şirə]

“Yaxşı din qardaşı gözəl ətir satan kimidir. Sənə ətir vurmasa belə yanında olduğun müddətcə gözəl qoxusundan faydalanarsan.” [Müslim]

Axirət qardaşına ediləcək rəftarlar:

  • Səndən pul istəyərsə, dərhal pulqabını çıxarıb verəcəksən. İstədiyin qədər al deyəcəksən. Nə qədər lazımdı, mənim də ehtiyacım filan var deyərsən elə qardaşlıq olmaz.
  • Hər işdə onu özünə tərcih edəcəksən. Malını, canını ondan əsirgəməyəcəksən. Dostun yanında, bu mənimdir, bu sənindir deməmək lazımdır! Salehlər bu mənim qələmim deyənlə və ya gəl gedək deyə çagırdığı vaxt haraya deyə soruşanla yoldaşlıq etməzdilər. Bunu sənin üçün etdim demək də onu minnət altında buraxmaq olar, soyuqluğa səbəb olar. “Yoldaşlıq incə və lətif bir cövhərdir. Qorumasını bilməzsən qəzaya uğrayar” demişdirlər.
  • Üzr istəyərsə, qəbul edəcəksən. Bir qüsurunu görəndə, yetmiş şəkildə təvil edib onu təmizə çıxaracaqsan. Yenə qəlbin inanmazsa, “Sən nə qatı ürəklisən! Qardaşın sənə yetmiş bəhanə tapdı. Sən hələ qüsur axtarırsan” deyərək özünü günahlandıracaqsan. Hədisi-şəriflərdə buyurulur ki:

“Üzr istəməsində səmimi olmasa da din qardaşının üzrünü qəbul edin. Belə etməyən Kövsər hovuzunun başında yanıma gələ bilməz.” [Hakim]

“Yoldaşlarınla mübahisə etmə! Ona buna onun halını soruşma! Bəlkə, ona düşmən birinə rast  gələrsən də, onun haqqında səhv bir şey söyləyib aranızın açılmasına səbəb ola bilər.” [Əbu Nuaym]

“İki yoldaşın Allah qatında ən yaxşısı yoldaşına qarşı daha şəfqətli davranandır.” [İ.Qəzali]

  • Ona qarşı vəfalı olacaqsan. Vəfa demək, ehtiyac halında ona kömək etməkdir. Yoldaşının qüsurlarını görməmək vəfadandır. Yoldaşın dindəki ehtiyacı, maldakı ehtiyacından daha çoxdur. Yoldaşlıq yaxın qohumluq kimidir. Uşağımız bir günah işləyərsə onu dərhal tərk etmərik. Yoldaşı da səhvindən ötəri tərk etmək uyğun olmaz. Qüsurunu düzəldə bilməyən yoldaşı tərk etməmək lazımdır, çünki ideal dost tapılmaz. Qüsursuz dost axtaran dostsuz qalar. “Külfətsiz nemət, tikansız gül və maneəsiz yar olmaz” demişdirlər.
  • Bir mənfəət üçün yoldaşlıq edəndən uzaq dayan! Çünki gözlədiyi şey kəsiləndə, üzr qəbul etməz. Yoldaşdan heç bir mənfəət gözləməmək lazımdır. Ona xidmət etmək üçün yoldaş olmaq lazımdır. Əgər bunun ziddi olarsa, sən özünə yoldaş deyil xidmətçi axtarırsan deməkdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину