Gözəl İslam / Axirət qardaşı seçərkən

Axirət qardaşı seçərkən

Sual: Bir kişi bir qadınla axirət qardaşı ola bilərmi? Ola bilərsə, kişi ona yenə yaddır? Axirət qardaşlığı üçün diqqət ediləcək xüsuslar nələrdir?

CAVAB

Kişi ilə də qadınla da axirət qardaşı olmaq caizdir. Ancaq, axirət qardaşı yenə yaddır, qadın isə yenə naməhrəmdir. Hədisi-şəriflər də buyurulur ki:

“Allah üçün axirət qardaşlığı olan axirətdə öz qardaşından daha faydalı köməkləri ondan görər. Kim axirət qardaşını nə qədər çox sevərsə Allahu təala da onu o qədər çox sevər.”  [Ey Oğul Elmihalı]

“Allah üçün dost olan Cənnətdə heç bir əməli ilə çata bilməyəcəyi dərəcəyə çatar.” [İ.Əbiddünya]

“Allah yolunda bir dost edəni Allahu təala əfv edər.” [İ.Rafii]

“Çox dostunuz olsun! Çünki Rəbbiniz kərimdir. Qiyamətdə dostları arasında din qardaşlarının içində olan quluna əzab etməkdən həya edər.” [Şirə]

“Yaxşı din qardaşı gözəl ətir satan kimidir. Sənə ətir vurmasa belə yanında olduğun müddətcə gözəl qoxusundan faydalanarsan.” [Müslim]

Axirət qardaşına ediləcək rəftarlar:

“Üzr istəməsində səmimi olmasa da din qardaşının üzrünü qəbul edin. Belə etməyən Kövsər hovuzunun başında yanıma gələ bilməz.” [Hakim]

“Yoldaşlarınla mübahisə etmə! Ona buna onun halını soruşma! Bəlkə, ona düşmən birinə rast  gələrsən də, onun haqqında səhv bir şey söyləyib aranızın açılmasına səbəb ola bilər.” [Əbu Nuaym]

“İki yoldaşın Allah qatında ən yaxşısı yoldaşına qarşı daha şəfqətli davranandır.” [İ.Qəzali]

14-03-2018, 14:03
Geri