Facebook Twitter WhatsApp

Kibr əlamətləri

Təkəbbür əlamətləri

Sual: Hansı xüsusiyyətlərə sahib olan kibrlidir?

CAVAB

Kibrdən olan işlərə bir neçə örnək verək:

1- Sual soruşmamaq kibrdən qaynaqlanır. Kibrli sual soruşmağı bilməməyin əlaməti qəbul edər. Sual soruşsam bilmədiyim meydana çıxar, deyər.

2- Həmişə özündən sual soruşulmasını, başqasından soruşulmamasını istəmək, bildiyi, bilmədiyi hər suala cavab verməyə çalışmaq, bilmirəm deyə bilməmək.

3- Yol soruşmaqdan çəkinmək. Yol və sual soruşa bilməmək, ayıblanma, qınanma qorxusundan irəli gəlir.

4- Müdirindən icazə istəməyə çəkinmək.

5- Qonaq getdiyi evdə imamlığa layiq çox kimsə var ikən, ev sahibi icazə vermədən imamlığa keçmək, hər kəsdən çox özünü imamlığa layiq görmək.

6- Bir yığıncaqda həmişə özünü danışmasını istəmək, başqalarının sözə qatılmasından narahat olmaq, onların quzu kimi dinləmələrini istəmək.

7- Yoldaşlarına bir şeylər bildiyini göstərmək üçün onlara hər fürsətdə bir şeylər anlatmağa çalışmaq, səhv zənn etdiyi şeyləri dərhal düzəltməyə, tənqid etməyə çalışmaq.

8- Məsciddə boşluğu doldur deyə, ona-buna əmr vermək və əmr verilənin də buna kədərlənməsi.

Yaşına baxmadan hər kəsin bir-birinə qardaş deyilməsi adət olan yerlərdə qardaş deyə bilməmək, yalnız adıyla və ya “Əli bəy, Vəli bəy” deyə xitab etmək.

9- Təriflənilməkdən xoşlanmaq, tənqidə dözə bilməmək. Səhvini söyləyənə təşəkkür edə bilməmək.

10- Haqqı qəbul etməmək. Bu şey belədir, deyiləndə yozmağa çalışmaq, yüz səbəb söyləyib qəbul etmək istəməmək. Halbuki haqqı söyləyən uşaq da, cahil də olsa sevərək qəbul etmək lazımdır.

11- Vəsvəsə etmək də kibrdən ola bilər. Özünü ehtiyatlı zənn edər, hər kəsin səhv etdiyini düşünər. Nəsihət qəbul etməz, vəsvəsəsinə davam edər.

12- Başçı olmağı istəmək, əmr verməkdən xoşlanmaq. Bəzi cəhətlərini üstün görmək.

İnsanlar yanına getməkdən və ya bir şey soruşmaqdan çəkinirlərsə, bu da kibr əlamətidir.

13- Təvazökar olduğunu göstərmək. “Buyursunlar əfəndim” deyərək çox təvazö göstərmək. Bəndəniz, deyə danışmaq. Bəzi yazarlar bəndəniz deyərək insanlara yol göstərir, nəsihət edir. Bəndə, qul deməkdir. Kölə necə nəsihət edər ki, necə yol göstərər ki? Ona, bunu belə et deyilsə, qəbul etməz. Bəs bəndə yəni qul idin? Qul heç etiraz edərmi? Bu, kibrini örtməyə çalışmaqdan başqa bir şey deyildir.

Özü, təvazö olsun deyə, mən fağır, mən aciz, mən günahkar dediyi halda, az tənqid ediləndə, acizliyi, fağırlığı qalmayıb hirslənmək.

14- Hər kəsə sıxıntı vermək, kədərləndirmək. Birini digərinə şikayət etmək. Başqalarının qüsurlarını söyləyərək özünün belə olmadığını bildirmək.

15- Tövbəni gecikdirmək, namaz qılmamaq, Allahu təalaya qarşı kibrli olmaqdır.

16- Mübahisənin sonunda, haqqını halal et deyilsə, halal etməmək, bu hələ haqlı olduğunu müdafiə etmək olar.

17- Bir toplantıda həmişə özünün danışıb başqalarının danışmamasını istəmək.

 

Nəticə: Həddini bilmək təvazö, həddini bilməmək kibr əlamətidir.

Mən kibrliyəm?

Sual: Bir insan özünün kibrli olub olmadığını necə anlayar? Kibr, böyük günahların ən böyüklərindən olduğuna görə, kibrli kimsə saleh ola bilər?

CAVAB

            Əgər kirbli olduğu açıqca bilinirsə saleh ola bilməz. Kibrini başqaları da anlayırsa fasiqdir. Təvazökar deyilsin deyə, “bu aciz”, “bu yazıq”, “bu günahkar”, “bəndəniz” kimi sözlər deyərək kibrini gizləməyə çalışırsa, başqası anlamırsa, buna fasiq deyilməz. 

            Kibr, Allahu təalanı unutmağın əlamətidir. Kibr hər yaxşılığa maneədir, hər pisliyin açarıdır. Kibr şeytanın sifəti və qovulma səbəbidir. Güclü insan təvazökar, aciz insan kibrli olar. Kibrlə küfr arasında çox incə bir zər vardır. Kibrin bir addım sonrası küfrdür. Aciz insan, nöqsanlığını tamamlamaq üçün kibrli olar. Fəzilətli kimsənin kibrlənməyə ehtiyacı yoxdur. Bütün pisliklərin başı kibrdir. Kibrli olan çox axmaq və ağılsız olar. Mənfəətini, zərərini düşünə bilməz. Kibr şirkin qardaşıdır. Kibr daşıyan başda ağıl olmaz. Nəfsi aradan götürmək, özümüzdən iyrənməyimiz lazımdır. Özündən iyrənməyən xilas ola bilməz. 

Hər kəs özünün kibrli olub olmağını anlaya bilər. Məsələn, bunlar varsa kibrlidir:

1- İstişarə etmirsə, məsləhətləşmirsə, soruşa bilmirsə, oldu deyə bilmirsə, səhvini qəbul edə bilmirsə, üzr istəyə bilmirsə, kimsədən dua istəyə bilmirsə, hər şeyə hirslənirsə, başqalarını bəyənmirsə, birindən yol soruşarmağa belə çəkinirsə,

2- Üzərində haqqı olanları, kasıbları, qəribləri ziyarət etmirsə,

3- Daima özünü haqlı qəbul edirsə, öz fikrinin doğru olduğunu anlatmağa çalışırsa, haqlı olduğunu isbat üçün dəlillər tapırsa, “Bu kitablarda belə deyir, filankəs, böyük şəxs belə buyurdu” deyərək özünün haqlı olduğunda israr edirsə,

4- “Mənim dediyim doğrudur” və ya “Mənim dediyim olacaq” deyərək müzakirəyə girirsə,

5- Kibrini örtmək üçün təvazökar və ədəbli görünməyə çalışırsa, “bəndəniz”, “bu günahkar”, “Biz bu işlərdən anlamarıq” kimi şeylər söyləyirsə,

6- Əmri-məruf ediləndə, qəbul etməyən, “Allahdan qorx bunu et, bunu etmə!” deyiləndə, əgər qəbul etməzsə, o adam nəfsinə məğlub olmuş, kibrə düşmüş deməkdir.

7- Hər kəsə sıxıntı verib, hər kəsi şikayət edirsə, [Təvazökar olan nə şikayət edər, nə şikayət edilər. Təvazökar ölü deməkdir. Ölü, heç kimi şikayət etməz, ölünü də şikayət edən olmaz.]

8- Hər kəsdə qüsur, qəbahət axtarırsa, onları bilgisiz, cahil, özünü onlardan üstün görürsə,

Fürsət tapdıqca rütbəsindən, fəzilətindən bəhs edirsə. [Məsələn, “Mən kapitan ikən ərlərin namaz qılmasına icazə verərdim”, “Baş məmur ikən kasıblara kömək edərdim”, “Həkimliyimdə, kasıblara pulsuz baxdım, dərmanlarını verdim” deyə öyünürsə vəziyyəti yaxşı deyildir.]

9- Bir şəxs bir az bilgilidirsə, ibadət də edirsə, belə olmayan insanı adam yerinə qoymaz, həlak olmuş yazıq biri kimi görər.

10- Özü üçün sevdiyini başqası üçün sevə bilməz. Haqqı və həqiqəti başqalarından eşitsə qəbul etməz. Onların nəsihətinə, tövsiyəsinə tabe olmağı nəfsinə yedirə bilməz.

Bir mənqibə:

            Yeni gəlmiş bir tələbə, bir gün dərgaha girmək istəyərkən, dərgahın iti hürərək girməsinə mane olar. Nə etsə faydası yox. İt heç kimi içəri qoymaz. Müridin xocası vəziyyəti gizlicə təqib edər. Mürid itə yaxınlaşıb, “Sən də, mən də bu qapının bir köpəyiyik. Çəkil içəri girim” deyəndə, köpək quyruğunu yelləyib çəkilir və mürid də içəri girər. Xocası buna dərhal icazət verər. İllərcə dərgaha xidmət edən tələbələr vəziyyətə təəccüb edincə, xocaları deyər ki:

            “O, kibrlənmədi, özünü köpəkdən üstün görmədi. Burada olma məqsədini anladı və məqsədinə çatdı.”

Kibr əlaməti

Sual: S.Əbədiyyədə “Kişilərin şalvarı ayaqlarını örtəcək qədər uzatması məkruhdur” deyilir. Uzun və ya qısa olması niyə məkruh olur?

CAVAB

            Köhnədən ətəkləri yerlə sürümək kibr əlamətiydi. Şalvarın paçalarının yerə dəyməsinə indiki vaxtda dağınıqlıq deyilsə belə, kibrlilərə də bənzədiyi üçün məkruh olur. Bir hədisi-şərifdə, “Əvvəlki ümmətlərdən kibirli birisi, ətəklərini yerlə sürüyərək gəzərdi. Allahın qeyrətinə toxunaraq yer bunu uddu” buyuruldu. (İslam Əxlaqı)

            Bunun kimi bir kişi qadınlara bənzəmək niyyəti olmasa da, sırğa, boyunbağı taxırsa, qadınlara bənzəmiş olar, caiz olmaz.

            Qadınların da ətəklərinin yerlə sürülməsi caiz deyildir. Kişilərə bənzəmək niyyəti olmasa da qadınların şalvar geyinməsi də caiz olmaz.

Ətəklərin yerlə sürünməsi

Sual: Qadınların ətəkləri və ya plaşları uzun olub yerlərə sürünməsi, kişilərin də şalvarlarının yerə qədər uzun olması uyğundurmu?

CAVAB

            Uyğun deyildir. Kibr əlaməti olduğu üçün kişilərin də qadınların da o qədər çox uzun geyinməmələri lazımdır. Ən çox ayaq üstünə qədər uzun olmalı, hətta bir az daha qısa olması lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину