Facebook Twitter WhatsApp

Kibr (təkəbbür) və böyüklənmək

Sual: Kitablarda, “Allah kibriya sahibidir” deyilir. Kibriya isə böyüklük? yəni kibr deməkmiş. Allah kibri qadağan edərkən, özü niyə kibr sahibidir?

CAVAB

     Bu, çox qəribə bir sualdır. İnsanlar tənqid edilə bilər, amma Allah da tənqid edilərmi heç?

    Bir oxucu da Peyğəmbər əfəndimizin, “Mən peyğəmbərlərin əfəndisiyəm və şəfaət edənlərin birincisiyəm” sözü üçün, “Peyğəmbərimiz niyə özünü tərifləyib kibrlənir?” deyə soruşmuşdu.

     Allah və Rəsulu haqqında sual soruşarkən çox diqqətli olmaq lazımdır. Məsələn, “Görəsən burada nə demək istənilir” kimi ədəbə uyğun soruşmaq lazımdır. Allahı və Peyğəmbərimizi tənqid edən kafir olar.

     Baş nazirin, prezidentin, “Bizim vəzifəmiz budur” demələri kibr olmaz. Belə demək, öyünmək deyil, gerçəyi bildirməkdir. Bir peyğəmbərin də, “Mən peyğəmbərəm” deməsi öyünmək deyil, vəzifəsini bildirmək olur.

       Bəzi sözlərdən bir neçə mənada istifadə edilə bilir. Bəziləri də səhv olaraq istifadə edilir. Məsələn, kapitan gəmi sürücüsü ikən, indi şoferlərə də kapitan deyilir. Hafiz, hədis alimi deməkdir. Bu gün Qurani-Kərimi əzbərdən oxuyanlara hafiz deyilir. Hətta Qurani-Kərimi əzbərləməyə gedən uşağa belə hafiz deyilir. Bu səhv istifadələrdən ötəri bəzi ifadələr doğru aydın ola bilmir.

      Kibr, böyük və böyüklük demək isə də, Azəricə də daha çox, özünü böyük göstərmə, özünü, başqalarından üstün görmə xəstəliyi olaraq istifadə edilir. Kibr, insanlar üçün böyük xəstəlikdir. Bu mənada haşa Allah üçün istifadə edilməz.

      Kəbir də böyük deməkdir. Əkbər ən böyük deməkdir. Böyüklük tək Allaha məxsusdur. Heç kim Onun kimi böyük ola bilməz. Birinə Peyğəmbər demək səhv olduğu kimi, Peyğəmbərə də Allah demək səhvdir, amma Allaha Allah demək, “Allah ən böyükdür”  demək səhv olmaz. Bir kimsənin “Mən yaradıcıyam, mən ən böyükəm” deməsi, kibrdir, yalandır, amma Allahu təalanın “Mən yaradanam” deməsi həqiqəti söyləməkdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину