Facebook Twitter WhatsApp

Mürüvvət

Sual: Mürüvvətin dinimizdəki yeri nədir?

CAVAB

Mürüvvət - insanlıq, igidlik, yaxşılıq, comərdlik, faydalı olmaq, yaxşılıq etmək arzusu kimi mənalara gəlшr ki, halların ən gözəlinə riayət etmək deməkdir. Hədisi-şərifdə, “Kimsəyə zülm etməyən, yalan danışmayan və sözündə duran, mürüvvət sahibidir” buyuruldu. (Ədəb-üd-dünya)

Hikmət əhli şəxslər buyurur ki:

Mürüvvət, hər zaman süfrəsi açıq olmaq və insanların işini görmək üçün hazır gözləməkdir.

Mürüvvət iffətli olmaq, darlıqda və genişlikdə çox ehsan etməkdir.(Həzrəti Həsən)

Mürüvvət, qulun dinini mühafizə edib nəfsini qorxutması, qonağını yaxşı qarşılaması, münaqişələrdə gözəl davranması deməkdir. Ululuq isə, qonşuya əziyyət etməmək və çətinliklərə sinə gərməkdir. Kərəm də istəmədən vermək, yerində yemək yedirmək, istəyənə yumşaq davranmaq və çox verməkdir. (Həzrəti Həsən)

Mürüvvət, dilin doğru olması, dostunun qüsurlarına səbir göstərmək, hər kəsə yaxşılıq etmək, qonşunun sıxıntılarına dözməkdir. (Həzrəti Həsən-i Bəsri)

Mürüvvət altıdır, üçü vətəndə, üçü səfərdədir. Vətəndə olanlar - Qurani-kərimi oxumaq, məscidləri abad etmək, Allah üçün qardaş tapmaqdır. Səfərdə olanlar isə, azuqəni çoxaltmaq, yol yoldaşı ilə az ixtilafa girmək, günah olmayan işlərdə könül almaq üçün zarafatlaşmaqdır. (Həzrəti Rabiayi Rai)

Mürüvvət, açıq qapı, bol yemək, insanların işini görmək üçün hazır olmaqdır.

Mürüvvət, sözündə doğru olmaq, vədini yerinə yetirmək, faydalı yerdə bol xərcləməkdir.

Mürüvvət, dili doğru olmaq, yoldaşlarının qüsurlarına dözmək, hər kəsə çox yaxşılıq etməkdir. İnsanların əlində olana qarşı iffətli davranıb onlardan gələn qüsurlara fikir verməyən gerçək mürüvvət əhlidir.

Mürüvvətin şərtləri:

Günahlardan təmizlənmək, insafla hökm etmək, zülmdən çəkinmək, haqqı olmayan bir şeyə göz tikməmək, heç kimi əvəzsiz çalışdırmamaq, zəifə qarşı qüvvətliyə kömək etməmək, pisi yaxşıya seçməməkdir.

Mürüvvətin hamısı bu ayəti-kərimədə bildirilmişdir:

“Allah ədaləti, yaxşılığı, qohuma köməyi əmr edər. Çirkin işləri, pisliyi və azğınlığı da qadağan edər. Yaxşı düşünüb əməl edəsiniz deyə sizə öyüd verir.”  [Nəhl 90]

Həzrəti Həsən birinin, pul-pul dediyini eşidəndə, “Allah, pula lənət etsin. Pulun sözünü edən, pula tapınanın mürüvvəti yoxdur. Mürüvvəti olmayanın dini də olmaz” buyurdu.

Dindarla  oturun. Dindar tapa bilməzsəniz, dünya əhlinin mürüvvət sahibi olanları ilə oturun. Çünki onlar, pis söz etməzlər. (Həzrəti Abdulvahid b.Zəyd)

İbni Ziyad, bir qəbilə rəisinə mürüvvətin nə olduğunu soruşdu. Rəis dedi ki:

Bizə görə mürüvvət dörd şeydən ibarətdir:

1- Günah işləməkdən uzaq dayanmaq. Günah işləyən zəlil olar. Zəlilin mürüvvəti olmaz.

2- Maldan yaxşı istifadə etmək, boşa xərcləməmək. Malından yaxşı istifadə etməyib möhtac vəziyyətə düşənin mürüvvəti olmaz.

3- Ailəsinin ehtiyacı üçün çalışmaq. Ailəsini ələ möhtac edənin mürüvvəti yoxdur.

4- Özünə uyğun olanı yeyib, içmək. Bu mürüvvət üçün kamal sayılar.

Qeysər, Qays ibn Sabitə soruşdu:

  • Ən yaxşı ağıl nədir?
  • İnsanın özünü bilməsidir.
  • Ən yaxşı elm nədir?
  • İnsanın cəhalətini bilməsidir.
  • Ən yaxşı mürüvvət nədir?
  • İnsanın üz suyunun tökülməməsidir.

Yalançının mürüvvəti, xəsisin dostu, həsəd edənin və pis xasiyyətlinin rahatı yoxdur. (Ahnəf b. Qays)

Ana-atasına yaxşılıq edən, qohumunu ziyarət edən, yoldaşlarına ikramda edən, ailəsi və xidmətçisi ilə yaxşı dolanan, dinini qoruyan, malını təmiz tutub çoxunu paylayan, dilini tutan, gözünü haramdan qoruyan, gərəksiz işlərdən uzaq dayanan mürüvvət sahibidir. (Fudayl ibn İyad)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину