Facebook Twitter WhatsApp

Böhtan atmaq

Sual: Yalan və böhtanın dindəki yeri nədir?

CAVAB

            İmam Rəbbani həzrətləri buyurur ki:

            Yalan söyləmək və böhtan atmaq haramdır, çəkinmək lazımdır. Bu iki pislik, hər dində də haram idi. Cəzaları çox ağırdır. (C.3, m.34)

            Böhtan böyük günahdır və çox pisdir. Bunda yalan söyləməkdə vardır ki, yalan hər dində haramdır. Böhtanda bir mömini incitmək də vardır ki, bu da ayrıca haramdır. Bunlardan başqa, böhtan atmaq yer üzündə fəsad çıxarmağa, ortalığı qarışdırmağa səbəb olar ki, bu da haramdır. (C.3, m.41)

            Müsəlmanlara sui-zənn, zülm etmək, mallarını qəsb etmək kimi və həsəd, böhtan və yalan danışmaq və qeybət etmək  kimi haramdır. (Hadiqa)

            Hədisi-şəriflərdə buyuruldu ki:

            “Bir kimsə, bir mömin haqqında olmayan bir şey söyləyərsə, böhtana məruz qalan kimsə, onu əfv edənə qədər, Allahu təala onu Cəhənnəmə soxar.” (Əbu Davud)

            “Bir mömində hər xasiyyət ola bilər. Ancaq xəyanət və yalan ola bilməz.” (İbni Əbi Şeybə)

            “Yalan, münafiqlikdən bir qapıdır.” (İbni Adiy)

Ən çox düşməni olan kimdir?

            Ən çox düşməni olan Allahu təaladır! Bir gün Musa əleyhissəlam, insanların danışmalarından bezmiş, “Ya Rəbbi, nə olar bu insanlar mənim haqqımda danışmasın” deyə dua etmiş. Allahu təala buyurmuş ki:

            “Ya Musa, sənin istədiyin o şeyi mən, özüm üçün belə etmədim. Görmürsənmi, eşitmirsənmi, Mənim haqqımda nələr danışırlar.”

            Peyğəmbər əfəndimiz Allahın həbibi idi, aləmlərə rəhmət idi. İnsanları Cənnətə dəvət üçün ən acı çətinliklərə məruz qaldı. Ona ağıla, xəyala gəlməyəcək böhtanları etdilər, haşa sehrbaz dedilər, haşa məcnun dedilər, haşa şair dedilər, haşa xanımı Aişə anamıza böhtan atdılar, çox əziyyət etdilər, yollarına tikanlar döşədilər. Allahın həbibi ilə döyüşdülər. Halbuki O rəhməti-ilahi idi, insanlar yanmasın deyə çırpınırdı. “Bilmirlər, bilsəydilər etməzdilər” buyururdu. Hədisi-şərifdə buyurulur ki:

            “Bir kimsə, bir mömin haqqında olmayan bir şey söyləyərsə, böhtana uğrayan kimsə, onu əfv edənə qədər, Allahu təala onu Cəhənnəmdə buraxar.” (Əbu Davud)

Qurani-kərimdə məalən buyurulur ki:

            “Yalan söyləyənlər, böhtan atanlar, ancaq Allahın ayətlərinə inanmayanlardır. Onlar əsl yalançıdırlar.” (Nəhl 105)

            İkinci minin mücəddidi, hədisi-şəriflə müjdələnən İmam Rəbbani həzrətlərinə etdikləri əziyyət və digər böhtanların yanında nə dedilər bilirsinizmi, Sərhənd cahili dedilər, bu adla da yazılar yazıb payladılar.

            Rəsulullahın varislərinin istisnasız hamısı da eyni əziyyət və çətinliklərlə qarşılaşmışdılar, müxtəlif böhtanlara məruz qalmışdırlar. Hətta İbni Abidin həzrətləri, xocası Mövlana Xalidi Bağdadi həzrətlərinə edilən böhtanlara dözə bilməyib, böhtan edənlərə və onlara inananlara bir rəddiyə risaləsi yazdı. Bu risaləyə də  Səll-ül-Hüsamül-Hindi li-Nusrəti Mövlana Şeyx Xalid Nəqşibəndi  adını verdi.

            İmam Qazali həzrətləri də böhtanlara məruz qalan böyüklərdəndir. Fəlsəfəçilər və bidət əhli olanlar hələ bu böyük imama böhtanlarına davam edirlər.

            Kim Muhamməd əleyhissəlama çox bənzəyərsə o dərəcə, bu çətinliklər, bu böhtanlar başına gələr. Bunlar, bu yolun şanındandır. Edən özünə edər. Allahu təala kimi əzaba atmaq istəyərsə böyüklərin üstünə salar, yəni o insan böyüklərə dil uzadar. Yaradılışında said (Cənnətlik) olanlar qətiliklə böyüklərə dil uzatmazlar. Başqa günahları ola bilər amma böyüklərə dil uzatmazlar.

            İmam Rəbbani həzrətləri buyurur ki:

            Şeyx-ul-İslam Abdullahi Ənsari Hirevi, “Ya Rəbbi! Dostlarını elə etdin ki, onları tanıyan sənə qovuşur və sənə qovuşmayan, onları tanımır” buyurur. Bu böyüklərə düşmənlik etmək, sonsuz ölümə sürükləyən bir zəhərdir. Onları incitmək sonsuz fəlakətlərə səbəb olar. Allahu təala bu bəlaya düşməkdən qorusun! Şeyx-ul-İslam yenə buyurdu ki, “Ya Rəbbi, hər kimi fəlakətə salmaq istəyərsən, onu bizim üzərimizə atarsan” (m.106)  

            Peyğəmbərlərdən başqa hər kəs günah işləyər. Allahu təala sevdiyi qulların günahlarının cəzasını axirətə buraxmaz. Günahın qarşılığı cəzadır. Dünyada üç çətinlik verər:

1- Xəstəlik verər. Səbir edərsə əfv edər. Səbəblərə sarılmaq və gələni Allahdan bilmək lazımdır. Və nə məqsədlə gəldiyini bilərək şükür etmək lazımdır.

2- Günahlarının əfvi üçün ikinci yol maddi çətinlikdir. Borclu olmaqdır. Borclarını ödəmək üçün çəkilən çətinlikdir. Bu da günahlarının bağışlanmasına səbəbdir.

3- İnsanların yalan, dedi-qodu və böhtanlarıyla haqsız olaraq böhtana məruz qalmaqdır. 

Böhtana cəza

Sual: Həzrəti Aişə anamıza böhtan edilən zaman ayəti-kərimə enmişdi. Bu ayəti-kəriməyə görə böhtan edənlər cəzalandırıldı?

CAVAB

            Bəli, iki kişi ilə bir qadına kazf haddi edildi.(Əbu Davud)

Kazf haddi: Kafz, atmaq deməkdir. İslamiyyətdə muhsan olan (evli olan namuslu) kişi və ya qadına zina sözü atmaq olub, böyük günahdır. Kazf edilən kimsənin istəməsiylə kafz edənə had vurular.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину