Facebook Twitter WhatsApp

Qəriblərin qiyməti

Sual: Qəribəm deyənə üzümə baxan yoxdur. Halımı, xətrimi soruşan yoxdur. Acsanmı, susuzsanmı deyən yoxdur. Nə oldu bizə belə? Qəribik deyənə öləkmi?

CAVAB

Qərib kimsələrin ümumiyyətlə insanların yanında qiyməti yoxdursa da Allahu təalanın qatında dəyəri böyükdür. Hədisi-şəriflərdə buyurulur ki:

“Qərib qürbətdə Allah yolundakı mücahid kimidir. Qəriblərə hörmət edin. Çünki qiyamətdə onların şəfaət haqqı vardır. Ümid var ki, onların şəfaət səbəbi ilə qurtulasınız.” [Əbu Nuaym]

 “Qərib xəstələndiyi zaman sağına, soluna, önünə, arxasına baxıb tanıdığı bir kimsəni görmədiyi vaxt Allahu təala onun günahlarını bağışlayar.” [Deyləmi]

 “Qərib ikən ölən şəhiddir.” [İ. Əsakir]

 “Qəribə yardım edən Cənnəti qazanar.” [Deyləmi]

 “Möminin doğulduğu yerdən kənarda qərib olaraq ölməsi nemətdir.” [Tabərani]

 “Qəriblərin dost və yardımçısı Allah və Rəsuludur.” [Tirmizi]

 “Qəriblər çoxluqda az olan salehlərdir. Onları sevməyən sevəndən çoxdur.” [İ. Əhməd]

Allahu təala buyurur ki: Təkəbbürlənməyən, gününü Allahı anmaqla keçirən, [Allahın razı olduğu işlərlə məşğul olan] günahda israr etməyib istiğfar edən, ac doyurdan, qəribi qoruyan, kiçiyə mərhəmət, böyüyə hörmət edənin namazlarını qəbul edərəm. Belə bir kimsələrin istədiklərini verərəm. Dua edərlərsə dualarını qəbul edərəm.” [Darəqutni]

“Mömin dünyada qəribdir.” [Əbu Nuaym]

Böyüklər, “Mal qürbətdə vətəndir. Kasıbçılıq vətəndə qürbətdir. Bir kimsə kasıbdırsa, harada olursa olsun qəribdir” buyurur. Şair də, “ Mən qürbətdə deyiləm, qürbət mənim içimdədir” deyir. Bu qəribliyin səbəbi isə insanların getdikcə pozulmasındadır. Hədisi-şəriflərdə buyuruldu ki:

 “İnsanların ən yaxşısı mənim əsirimdə olan müsəlmanlardır. [Əshabı-kiramdır]. Onlardan sonra ən yaxşıları onlardan sonra gələnlərdir. [Tabiindir]. Onlardan sonra da ən yaxşılar onlardan sonra gələnlərdir. [Təbəi-tabiindir]. Onlardan sonra gələnlərdə yalanlar yayılar. Onların sözlərinə, işlərinə inanmayın.” [Buxari]

 “Qiyamətə yaxın elim azalar, cəhalət artar.” [İbni Macə]

 “Bu din qərib olaraq başladı, axırı da qərib olar. Xalqın pozduğu sünnətimi düzəldən qəriblərə müjdələr olsun!” [Tirmizi]

 “Bir zaman gələcək sünnətim unudulacaq, bidətlər yayılacaq. Sünnətə uyanlar qərib olacaq, tənha qalacaq. Bidətçilər özlərinə çoxlu dost, yardımçı tapacaq. O zamandakı müsəlmanlar sudakı duz, sirkə içindəki qurdcuq kimi çətin şərtlər altında yaşayarlar, dinlərini qorumaqları çətinləşər, ovucdakı atəş kimi, atsalar sönər, saxlasalar əllərini yandırar.” [Şira]

 “Qəriblər dörddür: Zalımın sinəsindəki Quran, içində namaz qılınmayan məscid, bir evdəki oxunmayan müqəddəs kitab, pis kimsələr arasında olan saleh insan.” [Deyləmi]

 “İki qərib şey var: Biri səfeh (keyfinə düşgün) kimsədən çıxan “hikmətli sözü” ki, onu qəbul edin. Digəri hikmət əhlindən çıxan səfeh sözü ki, onu əfv edin. Çünki heç bir hikmət əhli yoxdur ki, ayağı sürüşməsin və təcrübə sahibi olmasın.” [Deyləmi]

 “Haqqın arxasında olmaq qərib və tənha qalmaq deməkdir.” [İbni Əsakir]