Sual: Dost və yoldaşlarla necə yola getmək lazımdır? İnsanlara yük olmaq uyğundur?
CAVAB
Yoldaşlarla yaxşı yola getmək üçün ona yük olmamaq lazımdır. İmkan daxilində ehtiyaclarını ondan gizləmək, kömək tələbində olmamağa səy göstərmək lazımdır! Mal, pul kimi şeylər də istəməmək lazımdır! Bir məqama keçmək üçün ondan kömək tələbində də olmamaq lazımdır!
Çox hörmət, ikram və lazımsız xidmətlərlə ona əziyyət verməmək lazımdır! Özünün etmək istəmədiyi bir şeyi yoldaşından gözləmək ona zülm etmək deməkdir. Dostuna bir iş etdirməyən fəzilət göstərmiş olar. Alimlər buyurur ki:
Dostların pisi, sənin üçün külfətə (əziyyət) girən, səni üzr istəməyə məcbur buraxandır. (Həzrəti Əli)
İki yoldaşın aralarının açılması, lazımsız külfətlər səbəbilədir. Ziyarətinə getdiyi dostu, lüzumsuz bir çox zəhmətə, külfətə girəndə, insan bir daha ziyarətinə getməz. (Fudayl ibn İyad)
İki yoldaşdan birinin digərindən çəkinməsi mütləq birinin qüsurundandır. (Cüneydi Bağdadi)
Yoldaşlarımdan mənə ən çox əziyyət verəni mənim üçün külfət və zəhmətə girən və bu surətlə ondan çəkindiyim kimsədir. Tək ikən necə isəm, onunla birlikdə olduğum vaxt da davranışımı dəyişdirmədiyim kimsəni isə çox sevirəm. (İmamı Cəfəri Sadiq)
Müxtəlif zəhmətlərə girən bir kimsə yoldaşına əziyyət vermiş olar. Bu surətlə ondan çəkinər. Tək ikən necə hərəkət edirsə, yoldaşı varkən də elə hərəkət edən kimsə ilə yoldaşlıq asan olar. Yanımızda ev paltarı ilə dayana bilməyən yoldaş bizdən çəkinir deməkdir. Bu isə səmimi ola bilməməyin əlamətidir. İki yoldaşdan biri digərindən çəkinirsə biri qüsurlu deməkdir.
Ülfətin şərti külfəti tərk etməkdir. Külfəti olmayanın ülfəti və sevgisi artar. Hədisi-şərif də, “Özünə rəva gördüyünü, sənə rəva görməyənin yoldaşlığında xeyir yoxdur.” buyuruldu. (İ.Adiy)
Yoldaşlarla yaxşı yola getmək, sadəcə onlara yük olmamaq, onlara çətinlik verməmək deyil, onlardan gələcək çətinliklərə də dözmək deməkdir. Allahu təala Musa əleyhissəlama, “Məni sevən, yoldaşının əziyyətinə qatlanar” deyə vəhy etdi. (İmamı Qazali)
Ehtiyaclarımızı görəcək, sıxıntılarımıza dözəcək yoldaş axtarırsaq, yoldaş deyil, bir xidmətçi axtarırıq deməkdir. Ehtiyaclarına qaçacağımız, əziyyətlərinə qatlanacağımız, dərdlərinə ortaq olacağımız insanlarla Allah üçün yoldaş olmalıyıq. Həzrəti Aişə anamız, “Mömin möminin qardaşıdır, onu nə qənimət bilər, nə də ondan çəkinər” buyurdu. Lüzumsuz təkliflər edərək yoldaşa yük olmamaq lazımdır! Mümkün mərtəbə ehtiyacını yoldaşdan saxlamaq lazımdır! Ondan mal və vəzifə istəməmək lazımdır!
Həzrəti Əbu Bəkir dəvə ilə gedərkən, ipi düşdü, düşüb ipi aldı. Oradakılar, “Bizə icazə versəydin də biz götürüb sənə verərdik” dedilər. Həzrəti Əbu Bəkir dedi ki: “Rəsulullah “Xalqdan bir şey istəmə” buyurdu.”
Əshabı-kiramdan Həzrəti Səvbanın, dəvə üzərində ikən qamçısı yerə düşən zaman heç kimə, “Onu mənə verərsinizmi?” deməz, dəvədən enər, özü götürərdi. [Dəvəyə enib minmək çox çətindir.] Hədisi-şəriflərdə də buyuruldu ki:
“Salehlər, yaxşılar külfət və zəhmət verməz.” [Darə Qutni]
“Xalqdan bir şey istəməyəcəyinə söz verənin Cənnətə girməsinə zaminəm.” [Nəsai]
“Əsla kimsədən bir şey istəmə! Qamçın düşsə belə, başqasından istəmə, enib özün götür! Əmanət bir şey də almamağa çalış!” [İ.Əhməd]
“Verən əl, alan əldən üstündür.” [Buxari]
Yaxşı bir dost olmaq üçün yoldaşımız günah işləyəndə bizim əfv etməyimiz, səhv edəndə bizim üzr istəməyimiz, çətin anlarında köməyinə çatmağımız və heç bir surətdə ona yük olmamağımız lazımdır.
Yoldaşımıza daim yaxşı xəbər verməli, kədərli olanları söyməməliyik!
Xalqın əfəndisi
Sual: Ülüləzm bir Peyğəmbərin, “Biz xidmət edilmək üçün deyil, xidmət etmək üçün gəldik” dediyi bildirilir. Bir Peyğəmbərin xidmət etməsi uyğundur?
CAVAB
Peyğəmbər əfəndimiz də xidmət etmişdir. Bir səfərdə bir qoyun kababı bişiriləcəyi zaman, birisi mən kəsərəm dedi. Biri də mən dərisini soyaram, dedi. Digəri də mən bişirərəm dedi. Rəsulullah əfəndimiz də mən də odun yığaram deyəndə, “Ya Rəsulallah, sən istirahət et, biz yığarıq” dedilər. “Bəli, sizin hər şeyi edəcəyinizi bilirəm. Fəqət, iş görənlərdən ayrılaraq oturmaram. Allahu təala yoldaşlarından ayrılıb oturanı sevməz” buyurdu. Qalxıb odun yığmağa getdi.
Mədinə valisi olan Əbu Hüreyrə həzrətləri odun daşıyırdı. Muhamməd ibn Ziyad bunu tanıyaraq, yanındakılara yol verin, vali gəlir, dedi. Gənclər heyrət etdilər.
Övliyanın böyüklərindən olan İbarhim ibn Ədhəm, əvvəl Bəlh padşahı idi. Səltənəti buraxıb Məkkəyə gəldi. Kürəyində odun daşıyaraq çörək pulu qazanardı.
Xidmət etməklə əlaqədar dörd hədisi-şərif məali:
“Xalqın əfəndisi onlara xidmət edəndir.” [Əbu Nuaym]
“Səfərdə bir birliyin əfəndisi onlara xidmət edəndir. O birlik, ən çox xidmət edəni, şəhidlik xaric heç bir əməllə keçə bilməz.” [Hakim]
“Allah yolunda döyüşənlərin ən üstünü döyüşənlərə xidmət edəndir.” [Tabərani]
“Qonağa xidmət etdirmək ağıl nöqsanlığıdır.” [Deyləmi]
В корзине: 0 шт.
на сумму: 0