Facebook Twitter WhatsApp

İşi ən gözəl etmək

Sual: Bir hədisi-şərifdə, Allahu təalanın etdiyimiz işi ən gözəl şəkildə etməyimizi əmr etdiyi bildirilir. Bir işi ən gözəl etmək nə deməkdir?

CAVAB

Ən gözəl demək, elmə yəni şərtlərinə uyğun və ixlasla etmək deməkdir. Əgər o iş elmsiz və ya ixlassız isə gözəl olması qeyri-mümkündür. İxlas, yalnız Allah rizası üçün etmək deməkdir. Bir kimsədə elm və ya ixlasdan biri yoxsa edilən iş qiymətsizdir.

Elmsiz fəqət ixlaslı işə Həzrəti Mövlana bu örnəyi verir:

Meşədə bir ayının ayağı kötük arasına sıxışar, qurtara bilməz. Biri bunu görüb ayının ayağını kötük arasından çıxarar. Ayı da onaə yaxşılıq edən bu adama meşədəki arıların etdiyi  pətəkləri alıb gətirər. Adam balı yeyəndə orada yatmağa başlayar. Fəqət ağcaqanadlar adamın üzünə qonaraq narahat edərlər. Ayı isə adam rahat yatsın deyə ağcaqanadları qovmağa çalışar. Baxar qovmaqla getmir, ağcaqanadları öldürüm deyə, böyük bir daş alıb adamın üzünə qonan ağcaqanadlara vurar. Adamın başı əzilər. Ayı elm sahibi olmadığı üçün ağcaqanadlara vurduğu daşın adama zərər verəcəyini düşünə bilməz. Ayının niyyəti yaxşı idi, yəni ixlaslı və səmimi idi, ancaq elmi olmadığı üçün səhv iş etdi.

Böyüklərimiz, “Əməlsiz elm vəbal, elmsiz əməl pozğunluqdur” buyurmuşdur. Yaxşı iş demək, elm və ixlasla edilən və axirətdə faydası olan iş deməkdir.

Bu ayəti-kərimə də axirətdə bizə yaxşı işlərin fayda verəcəyi bildirir:

“İnsana ancaq dünyada çalışıb [ixlasla] etdiyi işlər [axirətdə] fayda verər.” [Nəcm 38,39]

Bu iki hədisi-şərif də ixlaslı əməlin əhəmiyyətini vurğulayır:

“Allahu təala ancaq ixlasla edilən əməli qəbul edər.” [Darə Qutni]

“İxlas ilə edilən az əməl qiyamətdə sənə bəs edər.” [Əbu Nuaym]

Bu iki hədisi-şərif də elmin əhəmiyyətini bildirir:

“Elmlə az əmək faydalı olar, elmsiz çox əməlin qiyməti olmaz.” [Deyləmi]

“Allahu təala elmsiz əməli qəbul etməz.” [B.Arifin]

Demək ki, yaxşı iş elm və ixlasla edilən işdir.

İxlassız, yalnız elmlə yəni şərtlərinə uyğun edilən işin dünyada faydası görülsə də, axirətdə faydası olmaz. Əbədi həyat üçün faydasız işə də yaxşı iş deyilməz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину