Facebook Twitter WhatsApp

Riya

Sual: İxlas və riya nə deməkdir?

CAVAB

İxlas, istər bədən ilə, istər mal ilə edilən fərz və ya nafilə bütün ibadətləri Allah rizası üçün etməkdir. Mal, vəzifə, hörmət, şöhrət qazanmaq üçün edilən ibadətlə ixlas olmaz, riya olar. Belə ibadətlərə savab verilməz. Günah olar, əzaba layiq olar. Haram işləyənlərlə, bidət əhli ilə, kafirlərlə yoldaşlıq, qohumluq edənlərin ixlasları qalmaz.

İmamı Rəbbani həzrətləri buyurur ki:

İbadət edərkən Allahu təala əmr etdiyi və bəyəndiyi üçün etməyə niyyət etmək lazımdır. Bütün işlərin, yaxşılıqların həmişə ixlas ilə edilməsi lazımdır. Kimdəsə ixlas özünü məcbur edərək hasil olar və qısa bir zaman davam edər. Sonra qəlbə nəfsin arzuları gələr. (c.1, m.59)

Muxlis olaraq ibadət etmək təriflənmişdir. Hədisi-şərifdə də buyuruldu ki:

“İxlas ilə edilən ibadət az da olsa insana kafi gələr.” [Darə Qutni]

Davamsız olan ixlas ilə edilən ibadətlər də zamanla nəfsi zəiflədər, davamlı ixlas əldə etməyə səbəb olar. Süfyanı Səvri həzrətləri, “Allah rizasına niyyət etmədən yeməyə dəvət edənə bir günah, niyyət etmədən gedənə də iki günah yazılar.” buyurur. 

Hədisi-şəriflərdə buyurulur ki:

“Əməllərinizi Allah üçün xalis qılın. Çünki Allahu təala ancaq özü üçün ixlasla edilən əməli qəbul edər.” [Darə Qutni]

“İbadətlərə riya qarışdırmayın ki, əməlləriniz boşa getməsin.” [Deyləmi]

“İbadətinə riya qarışdırana axirətdə deyilər ki: Get savabını o adamdan istə.” [İbni Macə]

“Allah rizası üçün məscid inşa edənə Cənnətdə bir köşk verilər.” [Tabərani]

“Kim Allah üçün qəzəbini yenərsə, Allah da ondan əzabını dəf edər.” [Tabərani]

“Allah rizası üçün ana-atasına itaət edərək günə başlayana Cənnətdən iki qapı açılar.” [İ.Asakir]

“Dünya və axirət xeyrlərinə qovuşmaq üçün Allahı xatırlayanlarla birlikdə ol, həmişə Allahı xatırla, Allah üçün sev, Allah üçün nifrət et.” [Əbu Nuaym]

“İbadətlərini ixlas ilə et! İxlas ilə edilən az əməl qiyamətdə sənə çatar.” [Əbu Nuaym]

“Səbirli və ixlaslı olanlar, hesaba çəkilmədən Cənnətə girər.” [Tabərani]

“40 gün Allah üçün ixlasla ibadət edənin, qəlbindən dilinə hikmət bulaqları axar.” [Əbuşşəyx]

“İxlaslı olanlara müjdələr olsun. Onlar fitnə zülmətləri içində, parlayan işıqdırlar.” [E.Nuaym]

“İxlasla “La ilahə illəllah” deyən Cənnətə girər.” [Bəzzar]

“Allah rizasından başqa məqsəd üçün elm öyrənən və ya elmini dünya mənfəətinə alət edən, Cəhənnəmdəki yerinə hazırlansın!” [Tirmizi]

Qurani-kərimdə salehlər təriflənərkən buyurulur ki:

“Onlar, öz canları çəkərkən yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.Biz bunları Allah rizası üçün veririk, sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləyirik” deyərlər.”  [İnsan 8, 9]

Sual: İbadət edərkən diqqət ediləcək xüsuslar nələrdir?

CAVAB

İbadətdə əsas qəlbini tamamilə Allahu təalaya bağlamaqdır. İbadət, bir adət olaraq deyil, Allahu təalanın hüzuruna çıxıb, Ona can və könüldən şükr etmək və Ona yalvarmaq üçün edilir. Riya [göstəriş] olaraq edilən bir ibadəti Allahu təala qəbul etməz. Qurani-kərimdə məalən buyuruldu ki:

“Ey Rəsulum, qiyaməti inkar edən, yetimi sərtlik və sitəmlə dəf edib haqqını qəsb edən, kasıbı doyurmayan və başqalarını da kasıba yaxşılığa təşviq etməyən o kimsəni gördünmü? Namazlarını qəflət ilə qılanlara və riya, göstəriş edənlərə və zəkatı verməyənlərə şiddətli əzab vardır.” [Maun]

İmamı Rəbbani həzrətləri buyurur ki:

Bir  ibadətin bilgilərini öyrənməyənin, şərtlərini bilməyənin, etdiyi ibadət ixlas ilə edilmiş olsa da, səhih olmaz. Heç etməmiş kimi Cəhənnəmdə yanar. Şərtlərini bilərək və diqqət edərək edənin, ibadəti səhih olar. Cəhənnəm əzabından xilas olar. Fəqət, ixlas ilə etmədi isə, bu ibadəti və heç bir yaxşılığı qəbul olmaz. Savab qazanmaz. Allahu təala bu ibadətlərini və xeyir və həsənətini bəyənməyəcəyini bildirir. Elm və ixlas ilə edilməyən ibadətin faydası olmaz. İnsanı küfrdən, günahdan, əzabdan xilas etməz. Ömür boyunca, belə ibadət edib, küfr üzrə vəfat edən münafiqlər çox görülmüşdür. Elm ilə, ixlas ilə edilən ibadət insanı dünyada küfrdən, günahdan xilas edər və əziz edər. Axirətdə də Cəhənnəm əzabından xilas edəcəyini Allahu təala vəd edir. (Maidə 9) Allahu təala vədində sadiqdir. Verdiyi sözü əlbəttə edər.   

İmam Qəzali həzrətləri buyurur ki:

Günahların böyüyü üç ədəddir. Bunlar:

  1. Xəsislik
  2. Həsəd

Riya namaz, oruc, sədəqə və yol, məscid inşa etdirmək kimi xeyirli əməlləri, insanlar görsün də bəyənsin deyə etməkdir. Belə bir məqsədlə edilən işlərin hamısı riyaya daxildir. Riya, kiçik şirkdir. Tövbə etmədikcə qətiyyən bağışlanmaz. Elmi ilə əməl etməmək, əməlində doğrunun və ixlasın olmaması din alimlərinə, ibadət edənlərə, azana, mübarək günlərə qiymət verməmək də şəkavət (Cəhənnəmlik) əlamətidir.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Allahu təalanın birliyinə iman edib şirk qoşmadan və ixlasla namazını qılıb, zəkatını verəndən Allah razı olar.” [İbni Macə]

“İxlasla əməl edin! Allahu təala ancaq ixlasla edilən əməli qəbul edər.” [Darə Qutni]

Sual: Zəkatı gizli vermək aşkar verməkdən yaxşıdırmı, açıqdan vermək riya olarmı?

CAVAB

Fərz olan zəkatı aşkar vermək riya olmaz, daha savab olar. Zəkatın belə açıq-aşkar verilməsi, zəkatını verməmək töhmətindən xilas edər, başqalarına da örnək təşkil olar. İbni Abbas həzrətləri gizlicə verilən nafilə sədəqənin savabı, açıq-aşkar veriləndən 70 qat çoxdur, buyurdu. Açıqdan verilən zəkatın savabı isə gizlicə verilənlərinə görə 25 qat çoxdur. İmamı Rəbbani həzrətləri buyurur ki: Bir qəpik zəkat vermək, milyonlarla sədəqə vermədən daha savabdır. Zəkat vermək Allahu təalanın əmrini yerinə yetirməkdir. Sədəqə və xeyir işlərin çoxu isə hörmət və nəfsin şəhvətlərini qazanmaq üçün olur. Fərzlər edilərkən araya riya, göstəriş qarışmaz. Nafilə ibadətlərdə isə göstəriş çox olur. Bunun üçündür ki, zəkatı açıqdan vermək lazımdır.(2/82)

Fərzdə riya olur?

Sual: Fərzlərdə də riya olur?

CAVAB

Riya, göstəriş deməkdir. Mal, vəzifə, hörmət, şöhrət qazanmaq üçün ibadət etmək riya olur. Riya ilə edilən fərzlər səhih olur. İbadət borcu ödənmiş olur isə də, savabı olmaz. Şərtlərinə uyğun olduğu üçün səhih olan bir namaz riya ilə göstəriş üçün qılınarsa, savab hasil olmaz, riya olar. Allahu təalanın rizası üçün namaza başlayıb, sonradan hasil olan riyanın zərəri olmaz. Allahu təalanın rizasını heç düşünmədən edilən riya isə çox pisdir.

Riyaya mane olmaq üçün nafilə ibadətləri gizli etmək lazımdır. Məsələn, sədəqəni gizli vermək, quşluq namazı qıldığını söyləməmək lazımdır, fəqət, ibadətlərini başqalarına göstərmək onlara öyrətmək və təşviq etmək niyyətiylə olarsa, riya olmaz və çox savab olar.

Fərzlərdə isə riya olacaq deyə ibadətləri gizləmək doğru deyildir. Məsələn, zəkatı, beş vaxt namazı gizləməmək lazımdır. Cuma namazına getmək lazımdır. Ramazan orucunu tutmaqda da riya olmaz.

İmamı Rəbbani həzrətləri buyurur ki:

Nafilə ibadətlərdə göstəriş çox olur. Fərzlər edilərkən, araya riya, göstəriş qarışmaz. Bunun üçündür ki, zəkatı aşkar vermək lazımdır. Bu surətlə insan böhtandan xilas olur. (2/82)

Sual: Dindar bir qardaşımıza Müsəlmanların qaynaşması niyyətiylə namaz qılan bir insan olduğumuzu bəlli etməyə çalışmaq riya olar?

CAVAB

Dindarlara göstərilə bilər. Riya olmaz. Önəmli olan fitnəyə səbəb olmamaq lazımdır. Riya qəlb işidir. 

İbadətə riya qarışdırmaq

Sual: İbadət edərkən maddi faydaları düşünülsə, məsələn, Allah rizası üçün oruc tutan kimsə, bu arada pəhriz də etmiş olub, çox çəkidən xilas oluram, deyirsə, Allah rizası üçün namaz qılarkən, gimnastika da olar deyirsə, bu ibadətlər qəbul olar? Ayrıca, ümumiyyətlə əsr və məğribin sünnətini qılmıram, amma başqa kəslər olanda, sünnəti tərk edir deməmələri üçün məcbur olaraq qılıram. Bu riyamı olur, namazım qəbul olmurmu?

CAVAB

İbadətlərinə riya qarışdıranın savabı azalar. İbadət edərək Allahu təaladan dünya mənfəətlərini istəmək, məsələn, yağış duasına çıxmaq, istixarə etmək kimi ibadətlər riya olmaz. Ödənişlə imamlıq və Qurani-kərim kursu xocalığı etmək, çətinlikdən, xəstəlikdən və kasıblıqdan xilas olmaq üçün ayəti-kərimə oxumaq da belədir. Bunlarda həm ibadət, həm mənfəət niyyətləri vardır. İbadət niyyəti heç olmazsa riya olar. İbadət niyyəti çox olarsa, savab hasil olar. İbadətlərini başqalarına öyrətmək və təşviq etmək niyyətiylə olarsa yenə riya olmaz, hətta savab olar. 

Allahu təalanın rizası üçün namaza başlayıb, sonra namaz içində hasil olan riyanın zərəri olmaz.

Sualda sadalananların hamısı Allah rizası üçün edilən ibadətlərdir. Hamısı da səhih olur. Riya qarışdırılarsa, riyanın çoxluğu qədər savab azalar.

Riya ilə namaz qılmaq

Sual: Namaz qılmağa Allah rizası üçün başlansa, yanına biri gəlsə, ayıblamasın deyə ona gözəl namaz qıldığını göstərmək üçün tədili-ərkanla qılsa, belə riya ilə qılınan namaz qəbul olarmı? Namazı Allah rizası üçün qılır, amma göstəriş də edir. Bunun vəziyyəti necə olur?

CAVAB

Allah təalanın rizası üçün namaza başlayıb, sonradan hasil olan riyanın zərəri olmaz. Riya ilə başlanan fərzlər səhih olar. İbadət borcu ödənmiş olarsa da, savabı olmaz. (İslam Əxlaqı)

Görüldüyü kimi, Allah rizası üçün başlamaqla, riya ilə başlamaq arasında çox fərq vardır. Allah rizası üçün başlayıb sonra riya gəlsə də yenə savabdan məhrum qalmaz.

Təsbeh çəkməkdə riya

Sual: Təsbeh çəkərkən başqalarının görməsi riya olar?

CAVAB

Riya, ibadəti göstəriş üçün etməkdir. Mal, vəzifə, hörmət, şöhrət kimi bir mənfəət qazanmaq məqsədiylə edilən ibadət də riya olur. Namaz, oruc, sədəqə və yol, məscid inşa etdirmək kimi xeyirli əməlləri görənlər bəyənsin və məni təqdir etsin deyə etmək riyadır. Belə ibadətlərə savab verilməz. Günah olar, əzaba layiq olar. Bir hədisi-şərif məali belədir:

“İbadətlərinə riya qarışdırana axirətdə, “Get savabını o adamdan istə!” deyilir.” [İbni Macə]

Riyanın ziddi ixlasdır. İxlas, istər bədənlə, istərsə də malla edilən fərz və ya nafilə ibadətləri tək Allah rizası üçün etməkdir. Allah rizasından başqa niyyətlə edilərsə riya olar.

Təsbeh çəkərkən başqasının görməsi deyil, qəsdən ona göstərmək riya olar, yəni hər kəs görsün, məni təqdir etsin deyə çəkilirsə riya olar. Vərdiş olduğu üçün və ya qəlbində heç göstəriş düşüncəsi yoxsa görülməsi riya olmaz. Ancaq hər kəsin gözü qarşısında çəkmək fitnəyə və ya sui-zənnə səbəb ola bilər. Qəlbdə riya olmadan, ailənin yanında, Quşluq, Təhəccüd, Əvvabin kimi nafilə namazları qılmaq, Quran oxumaq, təsbeh çəkmək, gündəlik oxuması lazım olan duaları oxumaq riya olmaz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину