Facebook Twitter WhatsApp

Sədaqət  göstərmək

Sual: İnsanlarda sədaqət də qalmadı. Yalvara-yalvara bir işə girir. Yerini bir az möhkəmləşdirəndə, çalışdığı qurumun əleyhinə danışır. Bir it qədər sədaqət göstərmir. Sədaqət də öldümü?

CAVAB

Pozulma hər sahədə olur. Ancaq hər kəsin pozğun, hər kəsin pis olduğunu söyləmək doğru olmaz. Dinimizdə sədaqətin önəmi çox böyükdür. Hər işin nizam və intizamı sədaqət ilədir. Hədisi-şərifdə buyuruldu ki:

“Sədaqət yaxşılığa, yaxşılıq Cənnətə aparar.”  [Müslim]

Bir qurum işsiz bir insanı işə almaqla, ona bir yaxşılıq etmiş olar. İşə girməsinə vəsilə olanlara dua və təşəkkür etmək lazımdır. Təşəkkür etməyən nankordur. Allahu təala, “Şükür edərsəniz, nemətlərimi artıraram. Nankorluq edərsəniz, əzabım çox şiddətlidir” buyurur. (İbrahim 7)

Peyğəmbər əfəndimiz də, “Özünə edilən yaxşılığı xatırlamaq şükür, gizləmək isə nankorluq olar”  buyurur. (Əbu Davud)

Çalışdığı yerin idarəçilərini pisləmək, dedi-qodu etmək nankorluq olar. Yemək yediyi süfrəyə bıçaq batırmaq qədirbilən bir kimsəyə yaraşmaz. İşindən və ya idarəçilərdən məmnun olmayan ayrıla bilər. Qıtmir adlı bir köpək sahibinə sədaqətindən ötəri, bir çox insanın məhrum qaldığı nemətə qovuşub, Cənnətlik olur.