Müsəlman, digər Müsəlman qardaşını ən az özü qədər düşünməlidir. Özünə rəva görmədiyini başqalarına da rəva bilməz. Hədisi-şərifdə buyuruldu ki: “Özü üçün sevdiyini din qardaşı üçün sevməyən kamil mömin ola bilməz.” (Buxari)
Müsəlman, başqalarına gözəl öyüd verər. Hədisi-şərifdə buyuruldu ki: “Siz din qardaşınızın aynasısınız. Onda gördüyünüz ləkəni silin!” (Əbu Davud)
Müsəlman, hər kəsin könlünü xoş etməyə, qəmini dağıtmağa çalışar. Peyğəmbər əfəndimiz hədisi-şəriflərdə buyurdu ki:
“Bir mömini sevindirəni Allahü təala qiyamət günü sevindirər.” (İbni Mübarək)
“Bir kimsənin qəmini və sıxıntısını aparanı və ya bir məzluma kömək edəni Allahü təala yetmiş üç dəfə məğfirət edər.” (Haraiti).
“Allah dərgahında ən məqbul əməl bir mömini sevindirmək, kədərini unutdurmaq, borcunu ödəmək və ya qarnını doyurmaqdır.” (Beyhəqı)
Müsəlman, başdan-ayağa faydalı insan deməkdir. O halda, digər Müsəlmanlara əlindən gələn yardımı etməlidir! Peyğəmbər əfəndimiz buyurdu ki: “Bu iki şeydən daha pisi yoxdur: Allaha şərik qoşmaq və Onun qullarına zərərli olmaq. Bu iki xislətdən də daha üstünü yoxdur: Allaha iman etmək və Onun qullarına faydalı olmaq.” (Deyləmi)
Həmçinin buyurdu ki: “Din qardaşının müşkül bir işinə bir müddət nəzarət edən şəxs, o işi görsə də, görə bilməsə də iki aylıq etiqafdan daha çox savab alar.” [Hakim]
Peyğəmbər əfəndimiz, “Məzlum da, zalım da olsa din qardaşınıza kömək edin” buyurduqda, “Ya Rəsulallah, zalıma necə yardım edə bilərik?" dedilər. Cavabında buyurdu ki: “Onun zülmünə mane olmaqla kömək edə bilərsiz.” (Buxari)
Müsəlman, digər Müsəlmanlara hər gün dua etsə, məqbul insan olar. Namaz qılan mömin, namazda “Əttəhiyyatü” duasını oxuduqda saleh qullara da dua etmiş sayılır. Ona görə namaz qılmayan insan möminləri bu duadan məhrum qoyur. Axirətdə qul haqqından hesaba çəkiləcək.
Müsəlman, insanların haqlı olduğu işlərində ona vasitə olmalı, beləcə onlara kömək etməli, imkanı daxilində onların ehtiyaclarını görməlidir.
Hədisi-şəriflərdə buyuruldu ki: “İnsanlardan yanıma gəlib ehtiyaclarını bildirirlər. O anda yanımda olanlar onlara kömək etməlidirlər ki, əcr qazansınlar. Allahü təala sevdiyi şeyi peyğəmbərlərin əli ilə verir.” (Müslim)
“Ehtiyacları üçün yanıma gələnlərə siz də kömək edin! Mən etməyi düşündüyüm şeyləri sizin vasitənizlə, əcr qazanmağınız üçün bir az gecikdirərəm.” (Nəsai)
“Dil ilə olan yardımdan daha fəzilətli bir sədəqə ola bilməz. Vasitəçi olmaq sayəsində qan davasını durdurub, mənfəət təmin edilər və zərərin qarşısını almaq olar.” (Haraiti)
В корзине: 0 шт.
на сумму: 0