Facebook Twitter WhatsApp

Baş ağrısı üçün

Sual: Tibbi bir çarə tapa bilməyən bir şəxs baş ağrısına qarşı nə etməsi lazımdır?

CAVAB

Başqa həkimlərə də getməsi lazımdır. Bəzi qidaların da baş ağrısına qarşı faydalı olduğu bilinir:

1.Meyvə tərəvəzlər

Çörək otu çörəklə yeyilərsə, bağ ağrısını aparar. Badam, xaşxaş toxumu, nanə, rozmarin, şokolad, alma yemək baş ağrısına kömək edir. Qara istiot darçınla içilərsə baş ağrısını aradan qaldırar. Şüyüd toxumu xronik baş ağrısına faydalıdır. Qovun, qarpız baş ağrısını aradan qaldırar. Bir hədisi-şərif məali belədir:

“Qabaq baş ağrısına qarşı faydalıdır.” [Müslim]

Nanə, limon, mixək tozu və iki çay qaşığı sirkəni 5 dəqiqə qaynadıb balla şirinləşdirərək iki-üç stəkan içmək, çörək otunu, mixək tozunu burunotu kimi iyləmək, duzlu və ya sirkəli kartofu və ya xiyarı ikiyə bölərək alına qoymaq, çörək otunun dumanının tüstüsünü iyləmək, qovurulmuş qəhvəni iyləmək, qabaq suyunu buruna çəkmək, soğan əzməsinə sirkə əlavə edərək alına qoymaq, təzə kahını sirkəylə yemək, qaynadılmış noxud yemək, limonu qəhvə ilə qarışdıraraq yemək, limon qabığı tozunu balla yemək, buruna 2-3 damcı soğan suyu damlatmaq, qulağa acı badam yağı damlatmaq, küknar ağacının qozasını dəmləyib çayını gül suyuyla qarışdıraraq başa sürmək baş ağrılarına faydalıdır. 

2.Çaylar

Melisa otu çayı, zəncəfil çayı, şahtərə çayı, qarabaş otu çayı, çobanyastığı çayı, yovşan otu çayı içmək baş ağrısını aparar.

200 qram üzərlik toxumu 5 lt. üzüm suyu ilə 1.5 lt. qalana qədər qaynadılıb hər gün iki stəkan bir ay içilərsə, xronik baş ağrısını və sara xəstəliyini sağaltdığı təcrübə edilmişdir.

Bir ovuc arpa bir litr suda qabıqları ayrılana qədər qaynadılır. Şüşə qrafinə süzülür. İlıq olduqdan sonra üzərinə bir limon sıxılır. Balla şirinləşdirilib içilər yarım baş ağrısına qarşı faydalıdır. 

Cirə, cökə, gilas sapı, reyhan çayını içmək, kəklik suyu içmək, iki qram qara istiotu 3 çay qaşığı darçınla içmək, bir stəkan qaynar suya 4-10 qram zirə qoyub dəmləyərək içmək də baş ağrılarına yaxşı gələr. 

3.Hərəkətlər etmək

Dərini hər gün ilıq suyla ovuşdurmaq, həftədə iki dəfə ilıq suyla yumaq lazımdır. Bir hədisi-şərif məali belədir:

“Hamamdan çıxarkən ayaqları soyuq suyla yumaq baş ağrısını aradan qaldırar.” [Əbu Nuaym]

Açıq havada gəzmək, yaşıllığa və axar suya baxmaq da yaxşıdır. Baş ağrısı üçün başa xına qoymaq da faydalıdır.

4.Dua oxumaq

Dəstəmazlı olaraq Bəqərə surəsinin 196-cı ayəsi fəmən dən əv-nüsük-ə qədər yazılıb başa qoyulur. İslam hərfləriylə, başına Bəsmələ və sonuna üskün lillah yazılır. Baş ağrısına faydalıdır. (Mənafi-un nas)

Həzrəti Əlinin rəvayət etdiyi hədisi-şərifin məali belədir:

“Ya Əli, başın ağrıyanda, iki əlini başın üzərinə qoyub, Həşr surəsinin sonu olan Ləv ənzəlnə ayəti kəriməsindən sonuna qədər oxu!” [M.Ç.Y. Güzin]