Sual: Çox yatmaq zərərlidirmi?
CAVAB
Bəli, xəstəliyi yoxdusa çox yatmaq zərərlidir. Oxucularımızdan Əhməd Qantərin göndərdiyi şeir belədir:
Az ye qəlbini təmizlə,
Yuxunu qəbirə saxla.
Az yatmaq nemətdir,
Çox yatmaq qəflətdir.
Qəflət isə zərərdir,
Qəlbimizi qaraldar.
Çox yuxunu at,
Ehtiyacın qədər yat.
Səhər çox müqəddəsdir,
O an qalxan xoşbəxtdir.
Səhər rəhmət qapısı açılar,
Oyanıq olana nemət saçılar.
Az ye, az yat, çox danışma,
Bir gün vəli olsan çaşma.
Övliyalığa bunlarla girilər,
Sonra saysız nemətlər verilər.
Çox yuxu əziyyətdir,
Az yuxu məziyyətdir.
Çox yuxu çox fəzilət götürər,
Qəflət və tənbəllik gətirər.
Çox sevmə sən yatağı və yorğanı,
Yuxu tənbəlləşdirər hər orqanı.
Unutma ki, yuxu ölümlə birdir,
Qəflətlə yatanın sonu atəşdir.
Ariflər səhərə hər an həsrətdir,
Bilirlər çox yatmaq müsibətdir.
Gecələri nə günəşlər doğular,
Qəflətlə yatanı zülmət boğar.
Oyanıqlıq hüzurda ədəbdir,
Çox yuxu peşmanlığa səbəbdir.
Mədəsi boş olana yuxu gəlməz,
Az yatana qorxu gəlməz.
Arif, səhərdən ləzzət alar,
Qafillər bundan məhrum qalar.
Az yuxu qəlbə ciladır,
Çox yuxu isə bəladır.
Zənn etmə çox yemək qan olar,
Çox yatan unutqan olar.
Çox yatmaq eyibdir,
Qiymətli vaxtdan qeybdir.
Az yatmaq neməti
Sual: Çox yatmağın zərərli, az yatmağın faydalı olduğunu söyləyirlər. Bu barədə bilgi verərsiniz?
CAVAB
Çox əsər vermiş şəxslərin həyatı araşdırılarsa, az yatıb çox çalışdıqları görülər. Ancaq ehtiyac miqdarı yatmaq lazımdır! Hikmət əhli buyurur ki:
Allah sevgisinin əlamətlərindən biri az yatmaqdır. Gecə çox az, gündüz çox yatmaq, xəstəliyə səbəb olar. Az yemək bədənə, az yatmaq ruha rahatlıq verər. Çox yatmaq zərərlidir. Çox yeyib-içən istəməsə də çox yatar. Az yeyib-içmək və az yatmaq lazımdır. Çox yeyən çox su içər. Çox su içən çox yatar. Çox yatanın ömrü yuxu ilə keçdiyi üçün dünya və axirət qazancına mane olar. Bir hədisi-şərifdə, “İşlərin xeyirlisi vasat olanıdır. Din, ifrat və təfritin ortasındadır” buyuruldu. (Beyhəqı)
[Vasat, orta yoldur. İfrat, normaldan çox, təfrit, normaldan az deməkdir. Məsələn, çox yatmaq ifrat, çox az yemək təfritdir.]
Yuxuya düşkün olan murada çata bilməz, gecə paylanılan neməti görə bilməz. Cənabı Haqq hər gecə, “Dua edən yoxdurmu, duasını qəbul edim” buyurur. (Buxari)
Hədisi-şəriflərdə buyuruldu ki:
“Cəhənnəmdən qaçıb,Cənnəti istəyənin gözünə yuxu girməz.” [İ.Məndə]
“Ümmətim üçün ən çox qorxduğum şey, göbək böyüklüyü, yuxuya davam, tənbəllik və iman zəifliyidir.” [Deyləmi]
“Ən üstün əməl hər kəs yuxuda ikən gecə namaz qılmaqdır.” [C.Yolu]
“Yeməkdən sonra yatmaq qəlbi qatılaşdırar.” [İbni Macə]
“Çox yatmaq insanı axirətdə kasıb edər.” [Beyhəqi]
“Allahu təala çox yatanı sevməz.” [İ.Qəzali]
“Səhər yuxusu acizlik, tənbəllik, zəiflik və unutqanlığa səbəb olar.” [İ.Maverdi]
“Səhər namazından sonra günəş doğana qədər yatmayın!” [Beyhəqı]
“Səhərləri yatan kürək və bel ağrılarına mübtəla olar.” [İ.Şarani]
“Quşluq yuxusu vaxtsız, qaylulə faydalıdır. Axşam üstü yatmaq axmaqlıqdır.” [İ.Maverdi]
“Çox yeyib-içəni və çox yatanı Allahu təala sevməz.” [İ.Qəzali]
“Anası Həzrəti Süleymana “ Çox yatmaq, çox yuxu qiyamətdə insanı kasıb buraxar” dedi.” [İbni Macə]
“Səhər yuxusu ruziyə manedir.” [Beyhəqı]
Həzrəti Fatimə buyurur: Sübh namazından sonra yatdım. Atam məni oyandırıb, “Qızım qalx, qafillərə bənzəmə! Allahu təala ruziləri sübh namazının vaxtında verər” buyurdu. [Beyhəqı]
Allahu təala, “Məni sevdiyini söyləyib amma səhərə qədər yatan yalançıdır. Çünki dost dostla söhbət istəyər. Qəfləti buraxıb məni anar, söhbətimə qovuşar” buyurdu. (M.Namə)
Səhər qalxarkən
Erkən yatıb, erkən qalxmağa çalışmaq lazımdır! Üzrsüz səhər vaxtı yatmaq uyğun deyildir. Hədisi-şərifdə buyuruldu ki:
“Günün əvvəlində yatmaq ağlı azaldar, ortasında yatmaq [qaylulə etmək] ənbiya və övliyanın əxlaqındandır. Gündüzün sonunda yatmaq tənbəllikdir.” [Şirə]
“Bu dörd şeyə riayət edənin özü və ailəsi möhtac vəziyyətə düşməz:
Hər səhər qalxanda bunları etmək lazımdır:
Yatmaq üçün məkruh olan vaxtlar
Sual: Bir hədisi-şərifdə, “Səhər yuxusu ruziyə manedir” buyurulur. Səhər nə vaxt yatmaq uyğun deyildir? Yatmaq uyğun olmayan başqa hansı vaxtlar vardır?
CAVAB
Günəş doğduqdan 50 dəqiqəyə qədər, yəni işraq vaxtına qədər olan vaxtda yatmaq məkruhdur. Bir neçə hədisi-şərif məali belədir:
“Sübh namazından sonra günəş doğana qədər yatmayın!” [Beyhəqı]
“Səhərləri yatan kürək və bel ağrılarına mübtəla olar.” [İ.Şarani]
“Səhər yuxusu tənbəllik və unutqanlığa səbəb olar.” [İ.Maverdi]
Həzrəti Fatimə buyurur:
Sübh namazından sonra yatmışdım. Atam, “Qızım qalx, qafillərə bənzəmə! Allahu təala ruziləri, sübh namazının vaxtında verər” buyurdu. (Beyhəqı)
[Ruzilərin paylanması sübh namazından sonra olur. Mənəvi ruzilərin paylanması isə əsr namazından sonradır. Bu iki vaxtda yatmamağa diqqət etmək lazımdır.]
“Qaylulə [günorta vaxtı] faydalıdır. Axşam üstü yatmaq axmaqlıqdır.” [İ.Maverdi]
Rəsulullah əfəndimiz işa namazından əvvəl yatmağı uyğun görməzdi.
İşadan əvvəl yatmaq və işanı qıldıqdan sonra [ehtiyacsız] danışmaq məkruhdur. İşadan sonra danışmaq ancaq faydasız söz söyləməyə səbəb olacağı üçün məkruhdur. Mühüm bir ehtiyacdan dolayı olarsa məkruh deyildir. Quran oxumaq, zikr etmək, övliya mənqibələrini anlatmaq, fiqh oxumaq və qonaqla danışmaq məkruh olmaz. (Rədd-ül muxtar)
Gündüz yatmaq
Sual: Günortadan əvvəl və günortadan sonra olmaq üzrə iki dəfə yatmağın zərəri varmı?
CAVAB
Bir ehtiyac olmadan gündüz iki dəfə yatmaq məkruhdur. Gecə ibadəti edib yuxusuz qalmadan gündüz yatmamaq lazımdır. (Əhya)
Gecə işləyən gündüz yata bilər və ya xəstə yata bilər. Yəni, bir üzr ilə yatıla bilər. Bəhanəsiz, gündə iki dəfə yatmaq və ömrü yuxu ilə keçirmək uyğun olmaz.
В корзине: 0 шт.
на сумму: 0