Facebook Twitter WhatsApp

Sağlamlıq üçün faydalı bilgilər

Sağlamlıq üçün faydalı bilgilər

  • Kifayət qədər su içməyə səy göstərmək lazımdır.
  • Hər tərəvəz və meyvəni mövsümündə yemək lazımdır. Mövsümü olmayan meyvədən uzaq durmaq lazımdır.
  • Hər gün qatıq və bir az bal yemək lazımdır.
  • Nanə, kəklikotu, kətan toxumu, çörək otu kimi bitkiləri evdən əskik etməmək lazımdır.
  • Hər gün bir alma və bir kök yemək lazımdır.
  • Çox duz və şəkərdən uzaq durmaq lazımdır.
  • Əti az yemək lazımdır.
  • İki gündə üç pay yemək lazımdır. Bu mümkün olmazsa, gündə iki pay yemək lazımdır. Bu da olmazsa, səhər yeməyi yaxşı, nahar yüngül, şam daha yüngül olması lazımdır.
  • İsti yeməklər üçün torpaq və şüşə qabdan istifadə etmək lazımdır.
  • Qışda sitrus meyvələri yemək lazımdır.
  • Zehni çalışdıran kişmiş yemək lazımdır.
  • Kəpək çörəyinə üstünlük vermək lazımdır.
  • Yağlardan zeytun yağını seçmək lazımdır.
  • Marqarinlər zərərlidir.
  • Hər səhər 20 dəqiqə dərin nəfəs alıb verməli, hər nəfəsdə 4-5 saniyə nəfəsi tutmaq lazımdır.
  • Səhərlər yarım saat gəzmək lazımdır.
  • Hər gün günorta vaxtı qaylulə etmək, yəni bir az yatmaq lazımdır.
  • İmkan olanda, torpağa yalın ayaqla basmaq lazımdır.
  • Acmadan yeməmək, doymadan qalxmaq lazımdır.
  • Çox soyuq və çox isti şeylərdən uzaq durmaq lazımdır.
  • Sakit olmaq, ani sevinc və kədərlərdən uzaq durmaq lazımdır.
  • Ər-arvad bir-birini üzməməsi lazımdır. Üzülərsə, əsəblər pozular, xəstəliklər başlayar.
  • Ruhun qidası dini elmdir. Ruha da qidasını vermək, onu xəstə etməmək lazımdır. Hər gün, İmam Rəbbani həzrətləri kimi Əhli-sünnət alimlərinin kitablarından, nəqli əsas alan elmihal kitablarından, bir neçə səhifə oxumaq lazımdır. Namazı da əsla tərk etməmək lazımdır. Namaz qılmaq maddi və mənəvi huzura qovuşdurar.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину