Sual: Unutqanlığa səbəb olan şeylər nələrdir?
CAVAB
Çox səbəb vardır. Bəziləri bunlardır:
Günah işləmək. “Üsyanı [günahı] çox olanın, nisyanı [unutması] çox olar” buyurulur. Sübh namazı vaxtı yatmaq, dünya üçün çox kədərlənmək, dünya ilə çox məşğul olmaq, duzlu ət yemək, çox isti yeyib içmək, çox zarafat etmək, qəbiristanlıqda gülmək, məzar daşlarını oxumaq, ayaq yolunda dəstəmaz almaq, çox qüslsüz durmaq, əllərini paltarına silmək, məscidə sol ayaqla girmək, övrət yerinə baxmaq, çox ac qalmaq, həmişə tox qalmaq, işlərin dağınıq olması, pis qoxulu şeylər yemək, narkotikdən istifadə etmək, turş alma yemək.
Zehni açan və unutqanlığı aradan qaldıran şeylər:
Kərəviz, quru üzüm, çörək otu yemək, qoyun südü içmək, başı gül yağı ilə yağlamaq, badam yemək, müşk və qərənfildən istifadə etmək, zirə unu iyləmək, ud buxarını tənəffüs etmək, bal yemək.
Hədisi-şəriflərdə buyurulur ki:
“Hacamat, ağlı artırar, yaddaşı qüvvətləndirər.” [Hakim]
“Yaddaşı qüvvətləndirmək üçün bal yeyin!” [M.Nəsihət]
“Balqabaq beyni bəsləyər, ağılı artırar.” [Deyləmi, İ.Münavi]
Unutmamaq üçün günah işləməmək lazımdır. Daim Allahu təalanı xatırlamaq, Peyğəmbər əfəndimiz əleyhissalama salavatı şərifə gətirmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:
“Söyləyəcəyi şeyi unudan, xatırlamaq üçün mənə salatü-salam gətirsin!” [İbni Sünni]
Unutmamaq üçün
Sual: Bir şeyi unutmayıb xatırlamaq üçün saatı sağ qola taxmanın zərəri olar?
CAVAB
Heç zərəri olmaz, yaxşı olar. Peyğəmbər əfəndimizin də bir şeyi unutmamaq üçün barmaq və ya üzüyünə ip bağladığı hədisi-şəriflə bildirilmişdir. (Hakim)
В корзине: 0 шт.
на сумму: 0