Facebook Twitter WhatsApp

Xərçəng xəstəsiyəm

Sual: Mən 54 yaşında bir qadınam. May ayında öd kisəsi əməliyyatı oldum. Əməliyyatımda mədə xərçəngi olduğum və xərçəngin yayıldığı ortaya çıxdı. Həkimim, “Bu mərhələdən sonra müalicə nəticə verməz, kimyaterapiya dərmanları sizi zəiflədər” dedi və 6 aylıq ömrümün olduğunu söylədi. İndi son günlərimi yaşayıram. Ölməkdən çox qorxuram. Bəzən çox pis olanda, nə olacaqsa olsun deyirəm, bir az yaxşılaşanda da ölməkdən çox qorxuram. Çox narahatam. Məni rahatlatmaq üçün nə tövsiyə edərsiniz? Ölümlə əlaqədar məni rahatlaşdıracaq kitablar göndərə bilərsiniz? Lütfən mənə kömək edin, bu dünyam onsuzda bitmək üzrə, amma axirətimi də itirmək istəmirəm.

CAVAB

Allahu təala şəfalar versin. Kimin nə vaxt öləcəyini həkimlər də bilməz. Allahu təaladan başqa heç kim bilməz. Kazım əmi deyə bir qohumumuz vardı. Böyrəkləri tamamilə sıradan çıxmış, çox arıqlayıb bir dəri bir sümük qalmışdı. Həkim, bir neçə aya qalmaz, ölər demişdi. O halıyla 20 ilə qədər yaşadı.

Onun üçün bu qədər ömrün qaldı, kimi sözlərə etibar edilməz. Bu heç ölməyəcəksiniz demək deyil, biz də öləcəyik, siz də öləcəksiniz, yəni hər canlı öləcək. Hamımız axirətə gedəcəyik. Əsl həyat orada. Müsəlman ölməkdən qorxmaz, əksinə bir an əvvəl ölsəm də uca Rəbbimə, sevgili Peyğəmbərimə, əsl vətənimə qovuşsam, deyə sevinclə gözləyər.

Hamımızın səhvi günahı çoxdur. İbadətlərimiz qüsurludur. Sevgili Peyğəmbər əfəndimiz  “İmanla öl, gerisinə qarışma” buyurur. Bunun üçün, imanla ölmək üçün dua etmək lazımdır. Məsələn, belə dua edilə bilər:

“Ya Rəbbi, bilərək və ya bilməyərək küfrə səbəb olan bir iş etdimsə, bir söz söylədimsə, mən hamısına tövbə etdim, peşman oldum, məni əfv et. Mən sənə iman etdim. Mən Peyğəmbər əfəndimizə və bütün bildirdiklərinin hamısına iman etdim, hamısını qəbul etdim, bəyəndim. İmanla ölməyimi nəsib et. Şeytanın, nəfsimin şərrindən sənə sığınıram. Məni bunlardan və digər şərlərdən mühafizə et, imanla canımı al.”

Şəhidliyə səbəb olan xəstəliklər, səbrin əhəmiyyəti kimi yazılar da göndərdik, onları oxuyarsınız. Ayrıca ünvanınıza ən qiymətli iki din kitabı göndərdik. Bunları sevərək oxuyun, nə yazılıbsa hamısını qəbul etdim, inandım deyə dua edin.

Bir başqa xüsus da, sevgili Peyğəmbər əfəndimiz xərçəng kimi daxili xətəliklərdən ölən müsəlmanın şəhid olacağını bildirmişdir. Şəhid olmaq böyük nemətdir. Buna görə də heç kədərlənməmək lazımdır. Sevgili Peyğəmbər əfəndimizin nəvələri olan tanıdığımız seyyidlər var ki, çoxu xərçəngdən vəfat etdi. 

Demək ki, siz də çox sevgili qulsunuz ki, xərçəngə tutulmusunuz. Müsəlman üçün vaqe olanda xeyir vardır. İnsanıq, acizik, insanlıq zərurətindən kədərlənirik, ancaq nəticəsinə də sevinmək lazımdır.

Allahu təala sizə də bizə də son nəfəsdə şəhidlik nəsib etsin. Bir də göndərdiyimiz qiymətli kitabda xərçəng üçün bu dərman tövsiyə edilir:

Sarımsaq, sayıla bilməyəcək qədər çox faydası olan əla bir bitkidir. Soyulmuş bur ovuc sarımsaq, axşam bir litr süd ilə, jele halına gələnə qədər qaynıdılır, nəmlənməsi üçün səhərə qədər çöldə saxlanılır. Südünü ac ikən [bir və ya bir neçə dəfə] içilərsə xərçəngə qarşı faydalıdır. [Bu işə bir həftə davam edilə bilər. Sonra həftə də bir, daha sonra da  ayda bir içilməsi yaxşı olar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину