Facebook Twitter WhatsApp

Evlənəcək qızlara tövsiyələr

Sual: Evlənəcək qızlara tövsiyəniz nədir?

CAVAB

Kişi üçün də, qadın üçün də yola getmək, fədakarlıq və səbir tələb olunur. “Külfətsiz nemət olmaz” buyurulmuşdur.

Yaxşı dolanmaq üçün, çətinliklərə dözmək və hər vaxt özünü haqlı görməmək lazımdır. Mən haqlıyam demək dolanışıqsızlığa yol açar.

Təcrübəli və müsəlman bir ananın əsrlər əvvəl qızına verdiyi bir öyüd:

Doğulub böyüdüyün, illərlə yaşadığın bir ailədən çıxaraq, yad bir yerə gedəcək, xasiyyətini bilmədiyin bir insanla yaşayacaqsan.

Sən ona yer ol ki, o sənə göy olsun.

Sən ona ev ol ki, o da evin dirəyi olsun.

Sən ona cariyə ol ki, o da sənə kölə olsun.

Ona sıxıntı vermə ki, sevgisini azaltmasın.

Ondan uzaq qalma ki, səni unutmasın!

Onun gözünü, burnunu və qulağını qoruyasan ki, gözü səndən başqasını görməsin, səndən başqasının qoxusunu almasın və səndən həmişə gözəl şeylər eşitsin.

Evində otur, ev və əl işləriylə məşğul ol!

Yemək, içmək barəsində o nə gətirərsə, onunla qənaət və  bunu ala bilmirik deyə əsla şikayət etmə!

Ər haqqını öz haqqından üstün bil!

Ərinin qohumunun haqqını da öndə tut!

İntizama və təmizliyə diqqət et!

Qonşularınla yaxşı dolan, onlardan gələcək çətinliklərə səbr et!

Xüsusilə qonşular arasında söz gəzdirmə! Dedi-qodudan çəkin! Namazlarını vaxt girər girməz qıl!

Sual: Yeni evlənən qızıma necə nəsihət edim?

CAVAB

Aşağıdakı məktub təcrübəli bir ananın qızına yazdığı nəsihətlərdir:

Övladım! İndi sənə qırx illik evliliyimin təcrübələrinə əsaslanaraq bəzi nəsihətlər edəcəyəm. Bu nəsihətlərimə riayət etsən dünyada xoşbəxt bir ömür keçirdiyin kimi, axirətdə də əbədi səadətə qovuşarsan.

  • Qənaətkar ol! Yəni, ərin tərəfindən gətirilən yemək və geyəcək hər şeyi məmnuniyyətlə qəbul et! Çünki, qənaət qəlbi hüzura qovuşdurar.
  • Deyilənləri daim yaxşı dinlə və ərinin dinə uyğun əmrlərinə itaət et!
  • Evin və hər şeyin hər zaman təmiz, müntəzəm və nizamlı olsun!
  • Ərinin yemək saatı ilə yuxu saatına diqqət etməlisən! Aclıq insanı əsəbi edər, yuxusuzluq isə hirsləndirər.
  • Evinin mallarını və əşyasını yaxşı qoru! Etdiyin işləri, yaxşılıqları başa qaxma! Yaxşılığa qarşı yaxşılıq tez unudular, fəqət pisliyə qarşı edilən yaxşılıq unudulmaz.
  • Ərinin yaxınları ilə gözəl rəftar et! Ərinin səhvlərini tək ikən mülayim bir şəkildə söylə!
  • Ərinin sirlərini heç kimə demə! Ər-arvad arasındakı sirlər qəbrdə bir yerdə basdırılmalıdır.
  • Ərinin kədərini və sevincini paylaş! Ona hər baxımdan yaxşı bir həyat yoldaşı ol! Yalan ailəni içəridən yıxan bir qurddur.
  • Aranızdakı problemləri özünüz həll edin! Əsla bunları bizə və başqasına daşıma! Kimsədən mədət ümid etmə!
  • Ərindən almaqda çətinlik çəkəcəyi, gücünün çatmayacağı şeyləri istəmə!
  • Qadının gözəl əxlaqlısı ərinə Cənnət nemətidir. Sən ərinə Cənnət neməti ol! Əzab çəkdirmə!
  • Bunları edə bilməyin ancaq onun istəklərini öz istəklərinə, onun razılığını öz arzularına tərceh etməklə mümkün ola bilər. Həmişə öz istək və arzularını ön plana çıxardarsan, bu nəsihətlər riayət etməyin mümkün olmaz.
  • Beş vaxt namazını şərtlərinə uyğun qılmasan, bu fəlakət olaraq sənə də ərinə də uşaqlarına da yetər. Beş vaxt namazın doğru olması üçün qüsl və dəstəmazın doğru olması lazımdır. Bunların faydasını görməyin üçün etiqadının doğru olması lazımdır. Doğru etiqad əhli-sünnət etiqadıdır. Hər şeydən əvvəl bunları öyrənin və tətbiq edin. Bunlar varsa hər şey zamanla düzələr.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину