Gözəl İslam / Evlənəcək qızlara tövsiyələr

Evlənəcək qızlara tövsiyələr

Sual: Evlənəcək qızlara tövsiyəniz nədir?

CAVAB

Kişi üçün də, qadın üçün də yola getmək, fədakarlıq və səbir tələb olunur. “Külfətsiz nemət olmaz” buyurulmuşdur.

Yaxşı dolanmaq üçün, çətinliklərə dözmək və hər vaxt özünü haqlı görməmək lazımdır. Mən haqlıyam demək dolanışıqsızlığa yol açar.

Təcrübəli və müsəlman bir ananın əsrlər əvvəl qızına verdiyi bir öyüd:

Doğulub böyüdüyün, illərlə yaşadığın bir ailədən çıxaraq, yad bir yerə gedəcək, xasiyyətini bilmədiyin bir insanla yaşayacaqsan.

Sən ona yer ol ki, o sənə göy olsun.

Sən ona ev ol ki, o da evin dirəyi olsun.

Sən ona cariyə ol ki, o da sənə kölə olsun.

Ona sıxıntı vermə ki, sevgisini azaltmasın.

Ondan uzaq qalma ki, səni unutmasın!

Onun gözünü, burnunu və qulağını qoruyasan ki, gözü səndən başqasını görməsin, səndən başqasının qoxusunu almasın və səndən həmişə gözəl şeylər eşitsin.

Evində otur, ev və əl işləriylə məşğul ol!

Yemək, içmək barəsində o nə gətirərsə, onunla qənaət və  bunu ala bilmirik deyə əsla şikayət etmə!

Ər haqqını öz haqqından üstün bil!

Ərinin qohumunun haqqını da öndə tut!

İntizama və təmizliyə diqqət et!

Qonşularınla yaxşı dolan, onlardan gələcək çətinliklərə səbr et!

Xüsusilə qonşular arasında söz gəzdirmə! Dedi-qodudan çəkin! Namazlarını vaxt girər girməz qıl!

Sual: Yeni evlənən qızıma necə nəsihət edim?

CAVAB

Aşağıdakı məktub təcrübəli bir ananın qızına yazdığı nəsihətlərdir:

Övladım! İndi sənə qırx illik evliliyimin təcrübələrinə əsaslanaraq bəzi nəsihətlər edəcəyəm. Bu nəsihətlərimə riayət etsən dünyada xoşbəxt bir ömür keçirdiyin kimi, axirətdə də əbədi səadətə qovuşarsan.

10-04-2018, 11:02
Geri