Facebook Twitter WhatsApp

Evlənəcək kişilərə tövsiyələr

Sual: Evlənəcək kişilərə tövsiyələriniz nələrdir?

CAVAB

Bunlara riayət edən kişi xoşbəxt olar:

  • Xanımına qarşı hər zaman gözəl xasiyyətli olması lazımdır. Allahu təala gözəl xasiyyətli olanları sevər, xasiyyətsizləri sevməz. Xanımını incitmək haramdır. Ona qarşı hər zaman mülayim davranmaq lazımdır. Evə gələndə salam verib hal və xətirini soruşmalı, zarafatlaşması lazımdır. Xanımı ilə oynamaq savabdır. Sıxıntısını, düşmənlərini, borclarını söyləyərək onu üzməməsi lazımdır. Kədərli isə, onu çox sevdiyini, söyləyib halını soruşmalı, şirin şeylər söyləməsi lazımdır.

“Müsəlmanların ən yaxşısı, ən faydalısı xanımına qarşı yaxşı və faydalı olandır.” [Nəsai]

  • Etməsi çətin olan şeyləri belə inşallah edərəm deyə söz verərək könülünü almaq lazımdır. Çünki o, özünə alışmış olan dostu, dərd ortağı, yeməklərini bişirən, uşaqlarını böyüdən fədakar yoldaşıdır.
  • Uşaq tərbiyəsində ona kömək etməsi lazımdır. Körpə gecə-gündüz ağlayıb anasına heç rahat verməyən, onu insafsızca üzən bir alacaqlıdır. O halda ona kömək edənə Allahu təala kömək edər.
  • Ona gücü çatırsa o şəhərdə adət olan paltarın, zinətlərin ən qiymətlisini alması lazımdır. Küçəyə çıxarkən bunları da örtməsi lazımdır, yadlara göstərməməsi lazımdır. Halalından ən yaxşı qidalar alması lazımdır. Yeməyi tək yeməməsi lazımdır. Ailə ilə yemək savabdır. Evin ehtiyaclarını alarkən qısmamalı, israf da etməməlidir. Ailəyə verilən pulun savabı sədəqə savabından daha çoxdur. Ehtiyaclarını təmin edə bilməyənin evlənməsi haramdır.
  • Xanımı ilə yaxşı dolanması lazımdır. Onu danlamamalı, yüksək səslə danışmamalıdır. Mala və namusa xəyanət etməyən qadınları döymək deyil, onları heç bir surətlə üzmək caiz deyildir. Dünya işlərindəki qüsuru üçün döymək belə dayansın, acı, sərt belə söyləməmək lazımdır. Qadınların qəlbləri incə və nazik olduğu üçün bir-birlərini çəkə bilməyənləri çoxdur. Bu baxımdan, xüsusilə yeni evlilərin oyanıq olması lazımdır, ana, bacı və başqa qadınların xanımı barəsindəki dedi-qodularına aldanmamalı, belə şeylər deyilməsinə fürsət verməməsi lazımdır. Belə sözlərə uyaraq yoldaşını incitməkdən çəkinməsi lazımdır. Anası və bacıları üçün xanımının söylədiklərinə qarşı da oyanıq olması lazımdır. Anaya əziyyət edilməsinə fürsət verməməsi lazımdır. Anasına özü, xanımı və uşaqları mütləq hörmət göstərməsi lazımdır. Ana-ataya, qayınana və qayınataya hörmət, xidmət etmək birinci vəzifə olması lazımdır. Böyüklərin razılığını, duasını almağa çalışmaq lazımdır, xeyir-dualarını böyük qazanc bilmək lazımdır.
  • Xasiyyətsizliyini mülayim qarşılamaq lazımdır. Onunla yaxşı dolanmağa çalışmaq lazımdır. Ağıllı evlilər bir-birini üzməz. Həyat yoldaşını üzmək axmaqlığın əlamətidir. Xasiyyətsiz kimsənin həyat yoldaşı davamlı üzülərək sinirləri pozular. Sinir xəstəsi olar. Beləcə müxtəlif xəstəliklər meydana gələr. Həyat yoldaşı xəstə olan pərişan olmuş deməkdir. Həyat yoldaşının xidmət və köməklərindən məhrum qalmış deməkd Ömrü onun dərdlərinə çarə axtarmaqla keçər. Bütün bu çətinliklərə öz xasiyyətsizliyi səbəb olmuşdur. Təəssüf ki, bu peşmanlığının faydası olmaz. O halda, həyat yoldaşının edəcəyi xasiyyətsizliyin zərəri özünə olar. Ona qarşı həmişə gülər üzlü, şirin dilli olmağa çalışması lazımdır.
  • Xasiyyəti dəyişsə, günahı özündə tapıb, mən yaxşı olsaydım, o da belə olmazdı, deməsi lazımdır.
  • O hirslənəndə susması lazımdır. Beləcə, peşman olub, üzr diləyə bilər. Yaxşılıqları görüləndə Allaha şükr etməli və ona dua etməlidir. Elə davranmalı ki, ərim məni çox sevir düşünməsi lazımdır.
  • Günah olmayan qüsurlarını görməməsi lazımdır. Günahlardan imtina etməsini, namaza, oruca və qüslə davam etməsini şirin və mülayim sözlərlə anlatması lazımdır. Qiymətli şeylər alacağını söz verərək ibadətləri etdirməli, günahlarını önləməsi lazımdır. Ayıblarını, sirlərini, hər kəsdən gizləməsi lazımdır. Quran oxumasını və elmihalını öyrətməlidir. Əhli-sünnət alimlərinin kitablarını oxuması lazımdır.
  • Ona həmişə xeyir-dua etməsi lazımdır. Çünki, o, evinin gözətçisi, aşbazı, dərzisi, həyat yoldaşıdır.

Evlənənə kömək

Sual: “Evlənənə, ev tikdirənə Allah kömək edər” deyə bir söz vardır. Kasıblıqdan evlənə bilməyən kimsə evlənməyə təşəbbüs etsə, Allah ona kömək edər?

CAVAB

Əgər haramdan qorunmaq niyyətiylə evlənirsə, əlbəttə Allahu təala ona kömək edər. Dörd hədisi-şərif belədir:

“Haramdan qorunmaq üçün evlənənə Allahın köməyi haqq olar.” [İbni Meniy]

“Evlənərək ruzi axtarın!” [Deyləmi]

“Allahu təala evli bir ailənin zarafatlaşmasından xoşlanar və bundan ötəri ikisinə də savab yazar, ruzilərini də halalından artırar.” [İbni Adiy]

“Bir ailə bir-birinə yaxşılıq və ikram etdiyi zaman Allahu təala onlara bol ruzi verər və onları himayəsinə alar.” [İbni Asakir]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину