Gözəl İslam / Evlənəcək kişilərə tövsiyələr

Evlənəcək kişilərə tövsiyələr

Sual: Evlənəcək kişilərə tövsiyələriniz nələrdir?

CAVAB

Bunlara riayət edən kişi xoşbəxt olar:

“Müsəlmanların ən yaxşısı, ən faydalısı xanımına qarşı yaxşı və faydalı olandır.” [Nəsai]

Evlənənə kömək

Sual: “Evlənənə, ev tikdirənə Allah kömək edər” deyə bir söz vardır. Kasıblıqdan evlənə bilməyən kimsə evlənməyə təşəbbüs etsə, Allah ona kömək edər?

CAVAB

Əgər haramdan qorunmaq niyyətiylə evlənirsə, əlbəttə Allahu təala ona kömək edər. Dörd hədisi-şərif belədir:

“Haramdan qorunmaq üçün evlənənə Allahın köməyi haqq olar.” [İbni Meniy]

“Evlənərək ruzi axtarın!” [Deyləmi]

“Allahu təala evli bir ailənin zarafatlaşmasından xoşlanar və bundan ötəri ikisinə də savab yazar, ruzilərini də halalından artırar.” [İbni Adiy]

“Bir ailə bir-birinə yaxşılıq və ikram etdiyi zaman Allahu təala onlara bol ruzi verər və onları himayəsinə alar.” [İbni Asakir]

10-04-2018, 11:02
Geri