Facebook Twitter WhatsApp

Bir ata qızını evləndirəcəyi vaxt

Sual: Müsəlman bir atanın qızını evləndirəcəyi vaxt nələrə diqqət etməsi lazımdır?

CAVAB

Qızını evləndirəcəyi kişinin saleh müsəlman olmasına, Əhli-sünnət etiqadında olmasına, namaz qılmasına, içki içməməsinə, yəni İslamiyyətə tabe olmasına və ehtiyacını qazanacaq qədər iş sahibi olmasına diqqət etməsi lazımdır. Qızını bu xüsusiyyətdə olanla evləndirməyən övladını fəlakətə sürükləmiş, Cəhənnəmə atmış olar. 

Hədisi-şəriflərdə buyuruldu ki:

“Qızını fasiq bir kişilə evləndirənə, hər gün min lənət enər, onun ibadətləri və duası qəbul olmaz, fərz və nafiləsi məqbul deyildir.” [Şirə şərhi] [Fasiq, açıqdan günah işləyən deməkdir. Məsələn, namaz qılmayan, təsəttürə riayət etməyən fasiqdir.]

“Qızını və ya ailə fərdlərindən birini içki içənə verən, onu atəşə atmış olar.” [Deyləmi]

“Fasiq kişilə evlənməyə razı olanın, qəbrindən qalxarkən alnında, “Allahın rəhmətindən ümidini kəsmiş” yazısı olar.” [M.Cinan]

“Qızını evləndirmək, onu eldən çıxarmaq deməkdir. O halda qızınızı evləndirərkən hara verdiyinizə diqqət edin!” [Beyhəqı]

“Qızını fasiqə verən, Allahu təalanın əmanətinə xəyanət etmiş olar. Əmanətə xəyanət edənin gedəcəyi yer, Cəhənnəmdir.” [S.Əbədiyyə]

“Qızını fasiqə verən kimsə, lənətlənmişdir.” [S.Əbədiyyə]

“Şəfaətimə qovuşmaq istəyən qızını fasiqə verməsin!” [Şirə]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину