Facebook Twitter WhatsApp

Qeyri-müsəlmanla evlənmək

Sual: Müsəlman kişi və ya qadın qeyri-müsəlmanla evlənə bilər?

CAVAB

Müsəlman kişi kitabsız kafirlə evlənə bilməz. Kitablı kafir qadın da yəni Xristian və Yəhudilərlə evlənməsi caiz isə də təhrimən məkruhdur, harama yaxındır. Zimmi [İslam ölkəsindəki qeyri-müsəlman] ilə evlənməsi tənzihən məkruhdur. (Hindiyyə)

İslam idarəsi altında zimmi olaraq yaşayan kitab əhli qadın ilə evlənmək tənzihən məkruh idi. Zimmi olmayan öz məmləkətində yaşayan qeyri-müsəlmanlara hərbi-kafir deyilir. Bu gün yer üzündə zimmi kafir yoxdur. Onun üçün bu gün kitab əhli qadınla evlənmək təhrimən məkruhdur. Zərurətsiz evlənməmək lazımdır.

Müsəlman qadın kitabsız kafirlə evlənə bilmədiyi kimi, istər hərbi olsun, istər zimmi olsun, heç bir kitab əhli kafirlə də evlənə bilməz. Evlənməyə qərar verdiyi an kafir olar. (Rədd-ül Muxtar)

Mövzu ilə əlaqədar ayəti-kərimələrdən üçünün məali belədir:

“Kitab əhli [Yəhudi və Xristian] qadınlarla evlənməyiniz halaldır.” [Maidə 5]

“İmanlı qadınların kafirlərlə evli qalmaları halal deyildir.” [Mümtəhinə 10]

“İman etmədikcə, müşrik [dinsiz, bütpərəst] qadınlarla evlənməyin. İmanlı bir cariyə bəyəndiyiniz, qibtə etdiyiniz müşrik bir qadından əlbəttə daha üstündür. Qadınlarınızı da iman edənə qədər müşrik kişilərlə evləndirməyin! Mömin bir kölə müşrik bir kişidən əlbəttə daha üstündür.” [Bəqərə 221]

Allahu təalanın əmrini bəyənməyən

Sual: Bir kişi dinsiz bir qadınla evlənməyə niyyət etdiyi zaman, bir qadın da Müsəlman olmayan bir kişi ilə evlənməyə qərar verdiyi zaman niyə dərhal imanı gedər? Yalnız haram işləmiş olmur? Haram işləyənə kafir deyilir?

CAVAB

Haram ilə küfr fərqlidir. Allahu təalanın əmrini yerinə yetirməmək və ya qadağan etdiyini etmək haramdır. Ancaq, Allahu təalanın əmrini bəyənməmək, onu səhv görmək küfrdür. Bu incəliyi yaxşı anlamaq lazımdır. Quranı-kərimdə evlənməsi qadağan edilən qadınlar bunlardır:

“Ana, qız övladı, bacı, bibi, xala, qardaş qızı, süd ana, süd bacı, qayınana, ögey qız, gəlin və iki bacını nikah etmək.” [Nisa 23]

“Müşrik qadın” [Bəqərə 221]

Burada bildirilən qadınlarla zina edən böyük günah işləmiş olar, fəqət kafir olmaz. Ancaq bunlarla evlənmək caizdir, deyən Allahu təalanın əmrini bəyənməmiş olar, əhəmiyyət veməmiş olar. Kafir olması zina etməsindən dolayı deyil, Allahu təalanın əmrini səhv qəbul edərək evlənməyini doğru qəbul etməsindəndir.

Sual: Xristian qadına mehr vermək lazımdır? Hansı haqları vardır?

CAVAB

Mehr verilər. Məsələn, on qızıl verilsə yaxşı olar. Hər haqdan faydalana bilər. Bir Müsəlman xristian olan zövcəsinin kilsəyə getməsinə və evdə şərab etməsinə mane ola bilər. Hayz və nifas sonunda qüsl etməyə məcbur edə bilməz. Hicaba məcbur edə bilməz, örtünməsinə səbəb olarsa yaxşı olar. 

Sual: Dostum bir Hollandiyalı qadınla danışır. Qadın donuz ətini çox sevirmiş. Yoldaşım isə qadının donuz əti yeməməsini istəyir. Çünki evlənərsələr kişi donuz ətini evdə istəmir. Evlənməyi ciddi olaraq düşünürlər. Qadın deyir ki, “Yoldaşım məndən bunu istəyə bilərmi, yəni bu haqqı vardırmı? Varsa tabe olacam.”

CAVAB

Bir Müsəlman Xristian zövcəsinin kilsəyə getməsini və evdə şərab düzəltməsini qadağan edə bilər. Hayz və nifas sonunda qüsl almadırğa məcbur edə bilməz. Təsəttür etdirərsə yaxşı olar. (Neməti-İslam)

Kişi evə donuz əti gətirilməsini də qadağan edə bilər.

Sual: Bir Xristian qadınla evlənmək istəyirəm. Bu qadına təsəttürü məcbur edə bilərəmmi?

CAVAB

Xristian qadınla evlənmək tahrimən məkruhdur. Yəni, harama yaxındır. Evlənəndə başını bağlaması lazım olmaz. Heç bir ibadəti etdirməyiniz də lazım deyildir. Çünki qeyri-müsəlmanın əvvəl iman etməsi lazımdır. İmansız ibadətlərin faydası olmaz.

Sual: Müsəlmanlığı qəbul etmiş bir xariciylə evlənməyin, ana-ata razı olmasa da, onların icazəsi olmadan evlənməyin dinimizdə hökmü nədir? Gələcəkdə adət-ənənədəki fərqlər  problem çıxara və bu evlilik yaşanmaz bir hal ala bilərmi?

CAVAB

Həqiqətən Müsəlmanlığı qəbul etmişsə, adət-ənənə fərqi o qədər mühüm olmaz. Çünki əsas olan dinə tabe olmaqdır. İnanılırsa hər ikisi də dinə tabe olacaq. Çox problem olmaz. Bəli, bölgə faktoru belə evliliyə təsir edir. Bir tərəf anlayışlı olanda problem qalmır. Bəli, xarici çox şeyi bilməz. Müsəlmanlığı qəbul edəndə dinin qaydalarını tətbiq etməsi lazımdır. Ana-atanın dinə zidd olan əmrlərinə tabe olmaq olmaz. Məsələn, ana-ata namaz qılmayan biri ilə evlən deyə bilməz, desələr, sözlərinə əməl etmək lazım deyildir. Xarici millətdən olan müsəlman ilə evlənmək yaxşı ola bilər. Bəlkə o qohumlarının da müsəlman olmasına səbəb ola bilər. Hər ana-atanın deyil, dinini yaxşı bilən əhli-sünnət olan ana-atanın sözünə etibar  edilir. Xarici də olsa uyğun biri tapanınca evlənilə bilər.

Sual: Kafirə aşiq olmaq caizdir?

CAVAB

Bəli. Əhli-kitab isə evlənmək də caizdir.

Sual: Müsəlman kişi ilə xristian qadının nikah əqdi necədir?

CAVAB

Müsəlman kişi ilə müsəlman qadının nikahı kimidir. Fəqət, bu nikahın səhih olması üçün xristian qadının əhli-kitab olması lazımdır. Tək söz ilə Xristianlıq olmaz.

Sual: Xristian bir qadınla evləndim. Sonradan öyrəndim ki, Xristian qadınla evlənmək tahrimən məkruh imiş. Bir dəfə tahrimən məkruh işlədim, yoxsa ömür boyu tahrimən məkruh işləyirəm?

CAVAB

Xristian qadınla evlənmək tahrimən məkruhdur. Bir dəfə məkruh işlənmiş sayılır.

Sual: Mən ateistəm. Müsəlman bir qadınla evlənə bilərəm?

CAVAB

Ateist isəniz dinən nikah olmaz. Yəni, o mömin qız dərhal kafir olar. O qızın qanına girməyin. Özünüz də müsəlman olmadıqca müsəlmanlarla evlənməyin. İrəlidə problem olar.

Sual: Bir aya Amerikaya gedəcəm. Orada bir Xristian qadını ilə nikah edib qayıtdığım vaxt onu boşamağım uyğun olar?

CAVAB

Bu iki baxımdan səhvdir:

  1. Dinimizdə kitablı qadın zimmi isə tənzihən məkruh, hərbi isə onunla evlənmək tahrimən məkruhdur. İndiki zamanda dünyada zimmi kitab əhli qadın yoxdur. Hamısı hərbidir. Zərurətsiz tahrimən məkruh işləmək caiz olmaz. O sizin xanımınız olacağına görə onun işləyəcəyi bəzi günahlara ortaq olarsınız. Bu isə əsla caiz olmaz.
  2. Bəlli bir müddət ilə nikah etmək haramdır. Bu müddət istər qısa, istər uzun olsun. Buna mütə nikahı deyilir, haramdır.

Ər-arvadın Cənnətdə birlikdə olması üçün

Sual: Hədisi-şərifdə, “Hər kəs sevdiyi ilə bərabərdir” buyurulur. Kitab əhli bir qızı sevib evlənən Cənnətə onunla birlikdə olar?

CAVAB

Müsəlman olmayan heç kim əsla Cənnətə girə bilməz. Hədisi-şəriflərdə, Cənnətə comərd, gözəl əxlaqlı və mərhəmətli olanların girəcəyi bildirilmişdir. İmanı olmayan comərd, gözəl əxlaqlı, mərhəmətli, təmiz olsa da yenə Cənnətə girə bilməz. Müsəlman olan bu xüsusiyyətlərə sahib olmasa belə günahlarının cəzasını çəkdikdən sonra və ya əfvə uğradıqdan sonra mütləq Cənnətə girər. Hədisi-şərifdə buyuruldu ki:

“Cənnətə ancaq Müsəlman olan girər.” [Buxari, Müslim]

Müsəlman olmayan hər kəs əbədi Cəhənnəmdədir. Quranı-kərimdə məalən buyuruldu ki:

“Şübhəsiz, kafirlərə Cəhənnəm əzabı əbədidir.” [Zuxruf 74]

Bu gün ki, Yəhudilər Həzrəti Musanı, Xristianlar Həzrəti İsanı sevsə də axır zaman Peyğəmbəri Muhamməd əleyhissalama inanmadıqları üçün Cəhənnəmə gedəcəkdirlər.

Kafirə əsla əfv yoxdur

Allahu təala möminlərdən istədiyinin günahlarını əfv edəcəyini, fəqət, müşrikləri, yəni kafirləri əsla əfv etməyəcəyini Quranı-kərimdə açıqca bildirir. (Nisa 116)

Zərrə qədər imanı olan Cənnətə girəcəkdir. Hədisi-şərifdə buyuruldu ki:

“Cəbrayıl əleyhissalam, “Allaha şirk [ortaq] üzrə ölməyən Cənnətə girər” dedi.” [Buxari]

Peyğəmbər əfəndimiz bir neçə günah adı sayıb, “Bu günahları işləyənlər də Cənnətə girəcəkdir?” deyə soruşanda, Cəbrayıl əleyhissalam, “Bəli” dedi. Bunun üçün günah nə qədər çox olarsa olsun Allahu təalanın rəhmətindən ümid kəsməmək lazımdır. İmanlı ölən hər kəs gec də olsa Cənnətə girəcəkdir. (Hadiqa)

Bu halda bir insanı təmizliyindən, comərdliyindən, etdiyi yaxşılıqlardan ötəri sevmək ayrı, müsəlman olduğu üçün sevmək ayrıdır. Bir çox qeyri-müsəlman Peyğəmbər əfəndimizi təqdir edər, insanlığa etdiyi xidmətlərdən ötəri sevər. Müsəlman olmadıqları üçün bu sevgilərinin heç bir faydası olmaz. Müsəlman Peyğəmbər əfəndimizi sevərsə, Cənnətdə sevdiyi ilə birlikdə olar. Qadının da Cənnətdə əri ilə birlikdə ola bilməsi üçün mömin olaraq ölməsi lazımdır. Qadının mömin əri kafir olaraq ölərsə, yenə ikisi birlikdə ola bilməz. (Bəriqa)

Yaxşılarla birlikdə olmaq

Sual: Bir kimsə həm yaxşıları, həm də pisləri sevsə, hansıları ilə birlikdə olar?

CAVAB

Yaxşı ilə pisi sevmək, təmiz ilə çirki qarışdırmaq deməkdir. Qarışım pis olar. Bir kimsə, həm Peyğəmbər əfəndimizi, həm də Əbu Cəhilin etiqadını sevsə Cəhənnəmə gedər.

“Allah və Rəsulunu sevirəm” deyən bir kimsəyə Peyğəmbər əfəndimiz buyurdu ki:

“Qiyamətdə sevdiklərinlə birlikdə olarsan.” [Müslim]

Alimlər, “İnsan sevdiyi ilə birlikdə olar” hədisi-şərifini belə açıqlayır:

Bir kimsə saleh bir mömini sevər, onun kimi etiqada sahib olub, onun kimi əməl işləməyə səy göstərər. Allah dostlarını dost, Allah düşmənlərini də düşmən bilərsə, axirətdə sevdiyi kimsə ilə birlikdə Cənnətdə olar.

Bir kimsə də həm müsəlmanları, həm də qeyri-müsəlmanları sevər, qeyri-müsəlmanların etiqadlarını bəyənərsə, qeyri-müsəlmanlarla birlikdə Cəhənnəmə gedər.

“İnsan sevdiyi ilə birlikdə olar” demək sevdiyi kimsənin dərəcəsinə qovuşar demək deyildir. Fəqət yaxşıları sevdiyi üçün Cənnətdə onlarla birlikdə olar. Hər kəs imanının parlaqlığına, qüvvətinə görə fərqli dərəcələrdə olar. (Məktubatı Rəbbani, Hadiqa)

Bu yazıdan aydın olur ki, imansızları sevmək, onların etiqadını bəyənmək, insanı əbədi Cəhənnəmə aparar. Axirətdə yaxşılarla birlikdə ola bilmək üçün dünyada da onlarla birlikdə olmaq, onları sevmək, onların yolundan getmək lazımdır.

Sual: Müsəlman bir kişi Yəhudi və Xristian qadınla evlənə bilir, Müsəlman qadın qeyri-müsəlman bir kişilə niyə evlənə bilmir?

CAVAB

Dinimiz elə əmr edir. Bunun əlbəttə hikmətləri vardır, fəqət dinimizin əmr və qadağanlarının hər hikməti bildirilməmişdir. Hikmətini bilib, hikmətindən ötəri inanmaq, “qeybə iman”a zidd olar. Din nə bildirmişsə eləcə inandım demək lazımdır. Əvvəllər zimmi olan qeyri-müsəlman qadınla evlənilirdi. Uşaqlar atanın və ətrafın təsiri ilə Müsəlman olaraq böyürdülər. İndi Avropada Xristian qadınla evlənən kişi uşaqlarını Müsəlman olaraq yetişdirə bilmir. Onun üçün dinimiz bu evliliyi, yəni zimmi olmayan əhli-kitab qadınla evlənməyi tahrimən məkruh olaraq bildirmişdir. Belə bir səbəb olmasa belə dinimizin əmri nə isə ona tabe olmaq lazımdır.  

Müsəlman olmayan qadınla evlənmək

Sual: İndiki vaxta Yəhudi və Xristianla evlənmək caizdir?

CAVAB

Müsəlman bir qadının Müsəlman olmayan bir kişilə evlənməsi caiz deyildir. Evlənməyə niyyət etdiyi anda imanı gedər. (S.Əbədiyyə)

Bu gün dünyada zimmi olmadığı üçün bir kişinin Xristian və ya Yəhudi qadınla evlənməsi tahrimən məkruh, yəni harama yaxındır, caiz deyildir, günahdır.

Müsəlman olmayan qadınla evlənmək dünyaya gələcək olan uşaqları baxımından da çox zərərlidir. Əvvəllər İslam dövlətində uşaqlar ətrafının təsiriylə dinini qoruya bilirdilər. Bu gün Xristian ölkəsində evlənən kişinin uşaqlarını ətrafından qoruması çox çətindir, bəlkə mümkün belə deyildir. Xalqı Müsəlman olan bir ölkədə olsa belə, belə bir vaxtda anası Müsəlman olmayan bir uşağı İslam tərbiyəsi ilə yetişdirmək qeyri-mümkün kimidir. Uşağını kafir olaraq yetişdirmək qədər böyük günah olmaz. Onlarla birlikdə özü də Cəhənnəmə gedər. İki hədisi-şərif məali belədir:

“Hamınız bir sürünün çobanı kimisiniz. Çoban sürüsünü qoruduğu kimi, sizin də evinizdə və əmriniz altında olanları Cəhənnəmdən qorumağınız lazımdır! Onlara Müsəlmanlığı öyrətməsəniz, məsul olarsınız.” [Müslim]

“Çox Müsəlman övladı ataları üzündən Veyl adındakı Cəhənnəmə gedəcəkdir, çünki bunların ataları yalnız pul qazanmaq və kef sürmək həvəsinə düşüb və yalnız dünya işləri arxasında qaçıb, övladlarına Müsəlmanlığı və Quranı-kərimi öyrətmədilər. Mən belə atalardan uzağam. Onlar da məndən uzaqdır. Uşaqlarına dinlərini öyrətməyənlər Cəhənnəmə gedəcəkdir.” [S.Əbədiyyə]

Anası Xristian olan bir uşağa dinini öyrətmək çox çətindir! Hər hansı bir səbəblə uşağına dinini öyrətməzsə, onunla birlikdə Cəhənnəmə gedəcəyi yuxarıdakı hədisi-şərifdə bildirilir.

Haramı caiz görmək

Sual: S. Əbədiyyənin nikah bəhsi ilə namazı pozanlar 21-ci maddəsində, kafirlə evlənməyə qərar verən Müsəlman qızın dərhal mürtəd, kafir olacağı bildirilir. Halbuki, nikah bəhsində ana ilə, bacı ilə və müşrik qadınla evlənməyin haram olduğu bildirilir. Burada haram küfr deməkdir?

CAVAB

Sualda bildirilən qadınlarla zina edən böyük günah işləmiş olar, fəqət kafir olmaz. Ancaq anayla, bacı ilə və müşrik qadınla evlənməyi qəbul edən bu evliliyi dinə uyğun görmüş olur, Allahu təalanın əmrini bəyənməmiş olur və kafir olur. Kafir olması zinadan dolayı deyil, Allahu təalanın əmrini səhv qəbul edərək evlənməyi dinə uyğun qəbul etməsindəndir. Allahu təala, “Müşrik qadınla evlənmək olmazbuyurur. Bu əmrə əhəmiyyət verməyib evlənən kimsə isə, “Niyə evlənmək olmaz ki, mən evləndim” demiş sayılır.

Zina ilə evlilik fərqlidir. Zinanın haram olduğunu bilərək edən yalnız haram işləmiş olar. Müşrik qadınla və ya anayla evlənən isə haramı caiz gördüyü üçün kafir olur. Müsəlman qızın qeyri-müsəlmanla evlənməsinin haram olması da belədir. Evlənməyə qərar verən zaman mürtəd olur, çünki bu evlənməyi dinə uyğun görmüş olur. Bu incəliyi hər kəsin anlaması əlbəttə asan deyildir. Məcmuəyi-Zühdiyədə belə bildirilir:

“Bəqərə surəsinin, “İman etmədikcə müşrik qadınlarla evlənməyin!” məalindəki 221-ci ayəti, səmavi bir dinə mənsub olmayan və ya Allahu təalanı inkar edən  dəhriyyə [ateistlər], bütpərəst, atəşə tapınan və dindən dönən [mürtəd] qadınlarla evlənməyin şirk olduğunu qətiliklə bildirir. (Dürər, Hələbi, Bəhr-ül-raık, Rədd-ül-muxtar)

Bu xüsusu mərhum xocamıza da soruşmuşdum. Sual və cavab belə idi:

Sual: Atəşpərəst, dinsiz bir qadınla evlənən kişi mürtəd olur?

CAVAB

Bəli, mürtəd olur.

Dinimiz müşrik, dinsiz qadınla evlənməyi haram qılmışdır. Belə bir qadınla evlənən kişi zina etdiyi üçün deyil, Allahın bu haram əmrini bəyənmədiyi, əhəmiyyət vermədiyi üçün evlənməsi küfr olur.

Müşriklə evlənmək

Sual: S.Əbədiyyənin nikah bəhsində, “Evlənməsi müvəqqəti haram olan yeddi qadından altıncısı müşrik qadındır” deyilir. Niyə haram deyilir? Müşrik qadınla evlənmək küfr deyil?

CAVAB

Bəli, küfrdür. “Evlənməsi caiz deyildir” deyiləndə, caiz olmayan şey məkruh ola bilər, haram ola bilər, küfr də ola bilər. “Evlənməsi müvəqqəti haramdır” demək, “Müşrik qadın iman edərsə evlənilə bilər” deməkdir. İman etməzsə, onunla evlənmək küfr olar. Buna, “Evlənməsi müvəqqəti küfrdür” deyilməz. Dini təbirlərdən yerli yerində istifadə etmək və doğru anlamaq lazımdır.

S.Əbədiyyənin nikah bəhsində, “Müsəlman qızın kafir kişilə evlənməsi uyğun deyildir. Kafir kişilə evlənməyə niyyət edən zaman mürtəd olur. İki kafir bir-biriylə evlənmiş olar” deyilir. Yenə S.Əbədiyyədə namazı pozan şeylərin 21-ci maddəsində, “Bir qız bir kafirlə evlənməyə qərar verərsə dərhal kafir olar” deyilir. Demək ki, müşriklə yəni kafirlə evlənmək küfr olur. 

Böyük günahlar bildirilərkən şirk də böyük günahlar arasında sayılır. Məsələn, İslam Əxlaqı kitabında 71 böyük günahın qırxıncısı, “Allahu əzm-üş-şana şirk [ortaq] qoşmaq” deyə bildirilir. Namaz kitabında isə qırxıncı maddədə şirk böyük günah olaraq bildirilir.

Böyük günahların ən böyükləri yeddidir:

  1. Şirk,
  2. Adam öldürmək,
  3. Sehr, yəni cadulamaq,
  4. Yetim malı yemək,
  5. Faiz alıb vermək,
  6. Müharibədə düşmən qarşısından qaçmaq,
  7. Təmiz qadınlara namussuz deyə böhtan atmaq. (Cavab Verə Bilmədi kitabı)

Burada da şirk böyük günahlar arasında zikr edilmişdir. Bu xüsus Buxaridəki hədisi-şərifdə də eynilə bildirilir.

Məcmuəyi-Zühdiyyədə belə bildirilir: Bəqərə surəsinin, “İman etmədikcə müşrik qadınlarla evlənməyin!” məalindəki 221-ci ayəti, səmavi bir dinə mənsub olmayan və ya Allahu təalanı inkar edən ateist, bütpərəst, atəşə tapınan və mürtəd qadınlarla evlənmək şirkdir, deyə bildirir. (Dürər, Hələbi, Bəhr-ür-Raik, Rədd-ül-muxtar)

Müşrik bir qadınla evlənən Müsəlman kafir olar. (Əşbah, Hadiqa)

Qurana görə imiş

Sual: Bir ilahiyyatçı professor qeyri müsəlmanla və ya bir ateistlə evlənmək istəyən qadının sualına, “Mən hədislərə, Əbu Hənəfiyə və ya başqa məzhəbə görə deyil, Qurana görə deyirəm: Müsəlman bir qadın, Əhli kitab olsun olmasın, Müsəlman olmayan bir kişilə evlənə bilər. Kişi də ateist də olsa kafir qadınla evlənə bilər” deyir. Peyğəmbər əfəndimizin və məzhəb imamlarının evlənə bilməyəcəyini söyləmələri Qurana ziddirmi?

 CAVAB

“Tək Quran”, “Qurandakı din”, “Qurana görə Müsəlmanlıq” kimi damğalarla İslamiyyəti yıxmağa çalışan məzhəbsizlərə görə İmamı-əzəm və digər böyük İslam alimlərinin Quranı-kərimdən anladıqları hökmlər səhvdir, yəni Qurana ziddir, doğru olan isə yalnız öz pozğun fikirləridir. Hətta hədisi-şərifləri, yəni Peyğəmbər əfəndimizin Qurandan anladığını belə qəbul etmirlər. Kitablarında hədislərə yer yoxdur. Onlara görə hədislərin hamısı uydurma, hədisləri nəql edən Əshabi-kiramın və hədisləri kitablarına yazan hədis alimlərinin hamısı da yalançıdır. 

Məzhəbsizlər bidət əhli olduğu üçün Qurani-kərimi anlaya bilməzlər. Anlaya bilmədikləri də yazdıqları məallərdən də aydın olur.

İndi biz Müsəlman qadının Müsəlman olmayan kişilə evlənməsi haqqında onların inanmadığı, amma inanar kimi göründükləri Qurani-kərimə baxaq:

Müsəlman kişinin Əhli kitab olan kafir qadınlarla evlənməsi məkruh olaraq caiz isə də, kitabsız kafirlərlə, ateistlərlə evlənməsi əsla caiz deyildir, küfrdür. Yəni, onlarla evlənən kişi kafir olar. Müsəlman qadın isə kitablı və ya kitabsız heç bir kafir kişilə evlənə bilməz. Evlənməyə niyyət etdiyi andan etibarən kafir olar. Bu mövzudakı üç ayəti-kərimə məali:

“İmanlı qadınların kafir kişilərlə evli qalmaları halal deyildir.” [Mümtəhinə 10] (Bu ayəti-kərimə Müsəlman qadınların hər növ kafir kişilə evlənməsini açıqca qadağan edir.”

“İman etmədikcə müşrik [dinsiz, ateist] qadınlarla evlənməyin. İmanlı bir cariyə bəyəndiyiniz, qibtə etdiyiniz müşrik bir qadından əlbəttə daha üstündür. Qadınlarınızı da iman edənə qədər müşrik kişilərlə evləndirməyin! Mömin bir kölə müşrik bir kişidən əlbəttə daha üstündür.” [Bəqərə 211] (Bu ayəti-kərimə həm Müsəlman kişilərin, həm də Müsəlman qadınların müşriklərlə, yəni ateistlərlə evlənməsini qadağan edir.)

“Kitab əhli [Yəhudi və Xristian] qadınlarla evlənməyiniz halaldır.” [Maidə 5] (Bu ayəti-kərimə isə Müsəlman kişilərin, yalnız Əhli-kitab olan kafir qadınlarla evlənməsinə icazə verir.)

Yuxarıdakı ayəti-kərimələrdən İslam alimlərinin anladıqları isə aşağıdakı kimidir:

Müsəlman kişi kitabsız kafirlə və ya ateistlə evlənə bilməz. Kitablı kafir qadınla yəni Yəhudi və Xristianla evlənməsi caiz isə də təhrimən məkruhdur, harama yaxındır. Zimmi ilə evlənməsi tənzihən məkruhdur.(Hindiyyə)

Zimmi İslam idarəsi altında yaşayan kafir deməkdir. Zimmi olmayan öz məmləkətində yaşayan qeyri-müsəlmana hərbi kafir deyilir. Bu gün yer üzündə zimmi kafir yoxdur. Onun üçün bu gün Əhli-kitab qadınla evlənmək təhrimən məkruhdur. Zərurətsiz evlənməmək lazımdır.

Müsəlman qadın kitabsız kafirlə, ateistlə evlənə bilmədiyi kimi, istər hərbi olsun, istər zimmi olsun heç bir Əhli-kitab kafirlə də evlənə bilməz. Evlənməyə qərar verdiyi vaxt kafir olar. (Rədd-ül muxtar- S.Əbədiyyə)

Nəticə: Məzhəbsizlərin və “Yalnız Quran” deyən zındıqların ölçüləri qətiliklə Quran deyildir. Bir qismi İslamiyyəti yıxmaq üçün “Yalnız Quran” deyirlər. Bir qismi isə Qurandan öz anladığı pozğun görüşlərə “Quran budur  deyir. Yəni, Qurani-kərimlə bir əlaqəsi olmayan öz fikrini yazaraq adına da Quran deyir. Qurani-kərimin mənasını anlayan İslam alimlərinə də hücum edirlər.